Sultan Mustafa Turbesi - Wikipedia
Sultan Mustafa türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XVIII əsrdə inşa olunan Laləli külliyəsinə aid türbə.
Haqqında
redaktəFateh rayonunun Laləli səmtində yerləşən bu türbə 26-cı Osmanlı sultanı III Mustafa tərəfindən 1759–1763-cü illərdə inşa olunan Laləli külliyəsinin strukturuna aiddir. Türbənin memarı dövrün saray memarı Mehmed Tahir ağadır. Tamamilə mərmərlə örütülü olan türbə onbucaqlı formasında olub, barokko üslubunda inşa edilmişdir. Türbənin həyət qapısı üzərində Ənkəbut surəsinin 57-ci ayəsi, türbənin öz giriş qapısı üzərində isə xəttat Mehmed Əmin Əfəndi tərəfindən Fəcr surəsinin 27,28,29 və 30-cu ayələri işlənmişdir. Türbədə Osmanlı mənsublarının məzarları ilə yanaşı Qədəm-i Şərif də ziyarət olunur.
Türbənin daxilində III Mustafa və oğlu III Səlim ilə yanaşı aşağıdakı şəxslər dəfn edilmişdir:
- Sultan Mustafanın xanımı Aynülhəyat Sultan (ö. 21 iyul 1764)
- Sultan Mustafanın xanımı Adilşah Sultan
- Sultan Mustafanın oğlu Şahzadə Mehmed (d. 10 yanvar 1767 — ö. 12 oktyabr 1772)
- Sultan Mustafanın qızı Hibətullah Sultan (d. 14 mart 1759 — ö. 7 iyun 1762)
- Sultan Mustafanın qızı Mihrimah Sultan (d. 5 fevral 1762 — ö. 6 oktyabr 1762)
- Sultan Mustafanın qızı Mihrişah Sultan (d. 9 yanvar 1763 — ö. 21 fevral 1769)
- Sultan Mustafanın qızı Fatma Sultan (d. 9 yanvar 1770 — ö. 26 may 1772)
- Sultan Mustafanın qızı Şah Sultanın qızı Şərifə Həvva xanım Sultan (ö. 1780)
- Sultan Səlimin xanımı Safizər Sultan (ö. 30 may 1792)
- Sultan Səlimin xanımı Tabısəfa Sultan (ö. 15 mart 1855)
- Sultan Səlimin xanımı Nurişəms Sultan (ö. may 1826)
- Sultan Səlimin xanımı Hüsnümah Sultan (ö. 1814)