Adilsah Sultan - Wikipedia
Adilşah Sultan (v. 19 dekabr 1803, İstanbul, Osmanlı imperiyası) — 26-cı Osmanlı sultanı III Mustafanın xanımlarından biri.[1][2]
Adilşah Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 19 dekabr 1803 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | qul[d] |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
redaktəHəyatının ilk illəri haqqında yetərli məlumat olmasa da, Sultan Mustafanın üçüncü xanımı olaraq saraya alındığı məlumdur. Bu səbəblə sultanın baş xanımı olan Aynülhəyat Sultanın vəfat etdiyi 1764-cü ildən sonra hərəmə alındığı anlaşılır. Qısa zamanda sultanın rəğbətini qazanan Adilşah Sultan 13 yanvar 1766-cı ildə ilk övladı Beyhan Sultanı, 14 iyun 1768-ci ildə isə Xədicə Sultanı dünyaya gətirdi. Ancaq uşaqları hələ körpə ikən 21 yanvar 1774-cü ildə həyat yoldaşı Sultan Mustafa anidən vəfat etdi və qardaşı I Əbdülhəmid taxta çıxdı. Adilşah Sultan və qızları isə sabiq sultanın digər hərəm üzvləriylə birlikdə Köhnə saraya göndərildi.
Burada qızlarının təlim-tərbiyəsi ilə məşğul olan Adilşah Sultan əmiləri Sultan Əbdülhəmidə məktub yazaraq evlilik çağına gələn qızlarının münasib görülən dövlət adamlarından biriylə evləndirilməsini istədi. Ardından sədrəzəm Həmid Paşaya yazılan məktubla münasib bir bəy namizədi axtarmağa başlayan Sultan Əbdülhəmid öncə 1784-cü ildə Beyhan Sultanı, daha sonra 1787-ci ildə Xədicə Sultanı evləndirdi. Qızlarının evlənərək saraydan ayrılmasının ardından tez-tez onları öz saraylarında ziyarət edən Adilşah Sultan qalan ömrünü xeyriyyə işləriylə keçirdi. 1795–1796-cı illərdə Təkfur sarayı qarşısında kiçik bir məscid və sübyan (yetimlər) məktəbi inşa etdirdi. Ancaq bir müddət sonra çıxan yanğın səbəbiylə hər iki bina yanmışdır.[3]
19 dekabr 1803-cü ildə vəfat edən Adilşah Sultanın cənazəsi Laləli külliyəsindəki Sultan Mustafa türbəsinə — həyat yoldaşının yanına dəfn olundu. Vəfatının ardından qızları tərəfindən onun adına bir çox xeyriyyə işləri görüldü. Qızlarının maliyyə dəstəyiylə 1805–1806-cı illərdə indiki Adilşah Qadın məscidi (digər adı Xədicə Sultan məscidi) inşa olundu. Böyük qızı Beyhan Sultan isə bacısının sahil sarayı önündə anasının xatirəsinə bir məktəb inşa etdirdi.
Övladları
redaktəMənbə
redaktə- Sakaoğlu, Necdet (2008). Bu Mülkün Kadın Sultanları: Vâlide Sultanlar, Hâtunlar, Hasekiler, Kandınefendiler, Sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-6-051-71079-2
- Aynur, Hatice (1995). Saliha Sultan'ın düğününü anlatan surnâmeler, 1834: Kısım. İnceleme ve tenkitli metin. Harvard University
İstinadlar
redaktə- ↑ Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken. ISBN 978-9-754-37840-5
- ↑ Peirce, Leslie (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. p. 108. ISBN 0-19-508677-5
- ↑ İstanbuldaki Camii'ler Arxivləşdirilib 2023-08-07 at the Wayback Machine — Hatice Sultan Camii, Fatih.