Suriyada Vetendas Muharibesi - Wikipedia
Suriyada vətəndaş müharibəsi hələ davam etdiyi üçün məqalə tez-tez dəyişikliyə məruz qala bilər. Məqalənin hazırkı adı da sonradan dəyişdirilə bilər. Etibarlı mənbələrə istinad etməklə bu məqaləni zənginləşdirə və təkmilləşdirə bilərsiniz. Məqalənin son yenilənmə tarixi: 04:05, 9 dekabr 2024 (UTC) (40 saat əvvəl). |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Suriyada vətəndaş müharibəsi – Suriyada 2011-ci ilin Marrt ayında başlayan və davam edən, hökumət qüvvələri və ABŞ, Avropa Birliyi ölkələri, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında gedən silahlı qarşıdurmadır. Suriyada hökumət əleyhinə etiraz aksiyaları 2011-ci il martın 15-də başlamış Aprel ayında bütün ölkəyə yayılmışdır Ən geniş aksiyalar ölkənin cənubunda, Deraa şəhərində keçirilib. İlk öncə nümayişlər dinc xarakterli olsa da, daha sonradan nümayişçilər arasında peyda olan təxribatçılar tərəfindən polisə və nümayişçilərə atəş açılıb. Burada polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmalar zamanı rəsmi 43 nəfər, qeyri rəsmi isə 100 nəfər həlak olub. Artıq 13 ildir davam edən toqquşmalarda milyonlarca insanın həlak olduğu qeyd edilir. Hal hazırda Suriyada əsas qüvvələr müxalif qüvvvələrin dəstəkçisi Türkiyə ilə Rejim qüvvələrinin dəstəkçisi Rusiyadır. Fevral ayının 29-da İdlibdə Rusiya Hərbi Hava Qüvvələri tərəfindən Türk Silahlı Qüvvələri mövqeyinə açılan raket zərbələri nəticəsində rəsmi olaraq 33, qeyri-rəsmi isə 100dən çox Türk Əsgəri şəhid olmuşdur. Hal hazırda Türk Silahlı Qüvvələrinin dəstəyi ilə Müxalif Qüvvələr Saraqib yaxınlığında Rejim qüvvələriylə şiddətli atışmalara girmişdir.[1]
Suriyada vətəndaş müharibəsi | ||||
---|---|---|---|---|
Tarix | 15 mart, 2011 — hal-hazırda (12 il, 4 ay, 1 həftə) | |||
Yeri | Suriya əraziləri | |||
Nəticəsi | Döyüşlər davam edir | |||
Münaqişə tərəfləri | ||||
|
||||
Komandan(lar) | ||||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
Etiraz nümayişləri
redaktəSuriyanın Dəraa şəhərində polis və hərbçilərə küçələrə çıxmış nümayişçilər arasındakı təxribatçılar tərəfindən atəş açılıb. Gülləbaranda 5 nəfər həlak olub, onlarla insan yaralanıb. Öməri məscidinin yanında nümayiş keçirənlərə qarşı isə gözyaşardıcı qazdan istifadə olunub. Paytaxt Dəməşqdən 100 kilometr cənubda yerləşən Dəraa şəhərində prezident Bəşər Əsədə qarşı etiraz nümayişləri ötən həftənin cümə günü başlanıb. Nümayişçilərə qarşı polis rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib. Nümayişin dağıdılması nəticəsində həmin gün 6 nəfər həlak olmuşdu. 11 yaşlı oğlan isə gözyaşardıcı qazdan zəhərlənib ölmüşdü. Suriyada müxalifətçilərə qarşı güc tətbiqini ABŞ və Avropa Birliyi qətiyyətlə pisləyib.[2]
Daraa şəhərində hökumət əleyhinə keçirilən aksiyanın iştirakçıları martın 21-də dövlət hakimiyyətinin əsas simvollarından sayılan keçmiş prezident, hazırkı prezident Bəşər Əsədin atası Hafiz Əsədin heykəlini dağıdıblar. Aksiyaçılar şəhərdə qubernatorun iqamətgahını, hakim partiyanın mənzil-qərargahını, məhkəmənin binasını yandırıblar. Aksiyanı yatırmaq üçün şəhərə elitar tank qoşunlarının 4-cü diviziyası göndərilib. Martın 22-də hökumət qüvvələrin açdığı atəş nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb. Qeyri-rəsmi məlumatlara görə isə 20 nəfər ölüb. 300 nəfərdən çox insan yaralanıb.[3]
Suriyada azadlıq tələbilə paytaxt Dəməşq və ölkənin cənubunda Deraa şəhərində etiraz nümayişləri keçirilib. Dəməşqdə cümə namazından sonra təxminən 200 adam Deraa şəhərinin sakinlərinə dəstək məqsədilə nümayiş keçirib. Röyters xəbər agentliyinin məlumatına görə, onlarla adam həbs edilib.[4]
2011-cil martın 26-da Suriya hökuməti Saydnaya həbsxanasında saxlanılan 260 siyasi məhbusu azad edib. Həbsdən buraxılanların böyük əksəriyyəti radikal dini birliklərin üzvləridir. Bundan əlavə, 14 kürd də azad edilib. Hüquq müdafiəçiləri bildirirlər ki, hökumət məhbusları ölkənin liberallaşdırılması ilə bağlı kurs çərçivəsində azad ediblər. Rəsmi Dəməşq ərəb ölkələrində başlayan etiraz aksiyalarının Suriyaya keçməsindən sonra bu addımı atmağa məcbur olub. Hökumətin güzəştlərlə bağlı vədlərinə baxmayaraq, ölkədə etiraz aksiyaları dayanmır.[5]
"Əl-Ərəbiyyə" telekanalı bildirib ki, martın 29-da Suriya hökuməti istefaya göndəriləcək. Müşahidəçilərin fikrincə, nazirləri istefaya göndərməklə prezident Bəşər Əsəd ölkədəki etiraz aksiyalarına son veriləcəyinə ümid edir. Bundan başqa, Suriyanın Ana Yasasının 8-ci maddəsi də dəyişdirilir. Həmin müddəada bildirilirdi ki, hakim BƏƏS partiyası dövlətin və cəmiyyətin əsas partiyasıdır. Ötən gün Suriya prezidenti 1963-cü ildən bəri tətbiq edilən fövqəladə rejim də ləğv edib.[6]
Suriya hökuməti istefa verib. "Əl-Cəzirə" telekanalı prezident Bəşər Əsədin hökumətin istefasını qəbul etdiyi barədə məlumat yayıb.[7][8]
Müharibənin güclənməsi
redaktəQərb dövlətləri və Fars körfəzindəki monarxiyalar Suriyadakı müxalifətə çoxlu miqdarda silah və pul yardımı edir. Müxalifətin tərəfinə keçmiş suriyalılar və xaricdən göndərilən muzdlu terrorçular Türkiyə ərazisində qurulmuş xüsusi hərbi bazalarda təlim keçdikdən sonra Suriya ərazisinə göndərilir. 2011-ci ilin sonundan etibarən Türkiyə ərazisindən Suriyaya keçən silahlıların sayı çoxalmağa başladı. Onlar Suriya şəhərlərində dağıntılar törədir, əhalini pul qarşılığında girov qaçırdır, hərbi və polis məntəqələrinə hücumlar təşkil edirdilər. 2012-ci ilin iyun ayında Suriyadakı BMT müşahidəçilər missiyasının başçısı Erve Ladsus bildirib ki, Suriyadakı hazırkı vəziyyəti vətəndaş müharibəsi adlandırmaq olar.
2012-ci ilin dekabrın sonlarında müxalif silahlı qruplar və onlarla birlikdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin dörd pilotu Hələb şəhəri yaxınlığındakı aviabazaya hücum edərək qırıcı təyyarələri ələ keçirməyə cəhd edib. Lakin Suriya ordusu hücum edən terrorçuların bir çoxunu öldürüb, türkiyəli pilotlar da daxil olmaqla onların bir neçəsini həbs edib.[9]
Hadisələrin qısa xronikası
redaktə2011-ci il
redaktə- 15 mart — Dəməşqdə hökumətdən islahatlar tələbi ilə nümayiş təşkil olunur. 6 nəfər həbs olunub.[10].
- 18 mart — Son on ildə ən ciddi qarışıqlıq başlandı[11]. Minlərlə etirazçı küçələrə çıxdılar və "Allah, Suriya, Azadlıq" və antikorrupsiya şüarları səsləndirməyə başladılar.[12]. Deraa şəhərində nümayiş başladı, nümayiş zorla dağıdıldı, 2 nəfər öldürüldü. Mitinq Baniyas limanında və Xoms şəhərində də keçirildi.[13]. Başqa məlumata görə 3 və ya 4[14], yaxud 5 nəfər həlak olub[15].
- 27 mart — hakimiyyət Latakidə 12 nəfərin öldüyü haqda məlumat verir.[16] Hökumət 1963-cü ildən fövqəladə vəziyyət haqqında qanunun ləğv olunacağını elan edirlər.[17]
- 29 mart — KİV-in proqnozlarına görə Suriyada hökumət istefaya gedəcək. Axşam prezidentin televiziyada çıxışı gözlənilir.[18]
- 30 mart — Prezidentin parlament qarşısında çıxışı gözlənilir.
- 15 may 2011-ci il. Suriya. Rejimin təhlükəsizlik qüvvələri 20 nəfəri öldürmüşlər.
- 25 may 2011-ci il. Suriya. Rejimin təhlükəsizlik qüvvələri 55 nəfəri öldürmüşlər.
- 8 aprel 2011-ci il. Suriya. Rejimin təhlükəsizlik qüvəvləri 27 nümayişçini öldürmüşlər.
- 12 aprel 2011-ci il. Suriya. Rejimin təhlükəsizlik qüvvələri kənd sakinlərini atəşə tutmuşlar.
- 23 aprel 2011-ci il. Suriya. Rejimin təhlükəsizlik qüvvələri 75 nəfəri öldürmüşlər.
- 17 may 2011-ci il. Suriya. Rejim qoşunları 27 nəfəri öldürmüşlər.
- 20 may 2011-ci il. Suriya. Rejim qoşunları 34 nəfəri öldürmüşlər.
- 21 may 2011-ci il. Suriya. Rejim qoşunları 10 nəfəri öldürmüşlər.
- 27 mart 2011-ci il. Lazkiya. Suriya. Rejimin təhlükəsizlik qüvvələri 12 nəfəri öldürmüşlər.
- 10 aprel 2011-ci il. Dərra. Suriya. Rejimin təhlükəsizlik qüvvələri 26 nəfəri öldürmüşlər.
- 14 aprel 2011-ci il. Hələp. Suriya. Rejim polisi şagirdləri həbs etmişlər.
İstinadlar
redaktə- ↑ Suriyanın Deraa şəhərində minlərlə insan yenidən etiraz aksiyası keçirir [ölü keçid]
- ↑ "http://milli.az/news/world/41918.html Suriyada müxalifətçilərə divan tutulur". 2011-03-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-30.
- ↑ Suriya da silkələnir [ölü keçid]
- ↑ Suriya qaynayır [ölü keçid]
- ↑ Suriyada 260 siyasi məhbus azad edildi [ölü keçid]
- ↑ Sabah Suriya hökuməti istefaya gedəcək [ölü keçid]
- ↑ "Suriya hökuməti istefa verdi". 2011-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
- ↑ "Suriya hökuməti istefaya getdi". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-30.
- ↑ "Türkiyənin dörd pilotunu suriyalı hərbçilər həbs etdilər". 2013-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-01.
- ↑ "В Сирии прошли антиправительственные демонстрации". 2012-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-30.
- ↑ "Clashes erupt at protests in Syria" (ingilis). Aljazeera. 18 марта 2011 года. 2011-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-30.
- ↑ "Middle East unrest: Two killed at protest in Syria" (ingilis). BBC. 18 марта 2011 года. 2011-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-30.
- ↑ "Arxivlənmiş surət". 2013-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-30.
- ↑ "Arxivlənmiş surət". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-30.
- ↑ http://www.rbc.ru/rbcfreenews/20110319033008.shtml[ölü keçid]
- ↑ "Дамаск подтвердил гибель 12 человек в Латакии". 2012-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-30.
- ↑ Власти Сирии заявили, что закон о чрезвычайном положении будет отменен
- ↑ "Правительство Сирии ушло в отставку". 2014-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-30.