Svetlana Zeynalova - Wikipedia
Svetlana Aftandil qızı Zeynalova (rus. Светлана Автандиловна Зейналова; 8 may 1977, Moskva, Rusiya SFSR, SSRİ) — Rusiya radio və televiziya aparıcısı, jurnalist İradə Zeynalovanın kiçik bacısı.
Svetlana Zeynalova | |
---|---|
rus. Светлана Зейналова | |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Rusiya SFSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Rusiya |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Psixologiya |
Təhsili | Moskva Dövlət Pedaqoji Universiteti |
Fəaliyyəti | televiziya aparıcısı, radioaparıcı[d], İntellektual oyunlar iştirakçısı[d] |
Fəaliyyət illəri | 2004-cü ildən |
Szeynalova.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə8 may 1977-ci ildə Moskvada qarışıq ailədə anadan olub. Atası Aftandil İsabala oğlu əslən azərbaycanlı, anası Qalina Alekseyevna isə rusdur. Svetlana jurnalist İradə Zeynalovanın kiçik bacısıdır.[1]
1994-1997-ci illərdə Lenin adında Moskva Dövlət Pedaqoji Universitetində psixologiya fakültəsində,[2] 1997-2001-ci illərdə isə M.S. Şepkin adına Ali Teatr Məktəbində oxuyub. Öz karyerasına aktrisalıqla başlayıb. Sonralar televiziya və radioda proqramlar aparıb.
2010-cu ilin məlumatına görə, bayramların təşkili üzrə agentliyin sahibidir.[3]
Şəxsi həyatı
redaktə2011-ci ilin sentyabr ayına olan məlumata görə, "Radio Maximum"un proqram direktoru Aleksey Qlazatovla evli olub. Bu evlilikdən Aleksandra adlı qızı dünyaya gəlib.[4] 2012-ci ilin oktyabr ayına olan məlumata görə, cütlük boşanıb.[2]
İstinadlar
redaktə- ↑ Афанасьева, Елена. "Разное телевидение сестёр Зейналовых". Радиостанция «Эхо Москвы». 2011-08-14. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-25.
- ↑ 1 2 Светлана Зейналова: Я за веселые новости Arxivləşdirilib 2019-03-24 at the Wayback Machine на сайте dni.ru, 23 октября 2012
- ↑ «Наше Радио» представило новое утреннее шоу с экс-ведущей радио «Максимум» Arxivləşdirilib 2011-12-29 at the Wayback Machine, daymusic.ru, 6 сентября 2010
- ↑ Светлана Зейналова: «У меня ещё мало детей, и я не всего добилась», 1tv.ru, 3 сентября 2011