Tapqislaq Mehellesi - Wikipedia
Tapqışlaq məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri.[1]
Haqqında
redaktəTapqışlaq məhəlləsi şimaldan Şərəfxanlı, Şahsevənlər, şərqdən Lətifli, cənubdan Qazaxlar, qərbdən Quru qobu ilə həmsərhəddir. Məhəllə indiki Təbriz küçəsinin bir hissəsində yerləşir. Tapqışlaq məhəlləsinin əhalisi Gəncənin ətraf kəndlərindən, bölgələrindən gəlmədirlər. Əvvəllər bura heyvanların qışlaq yeri olub. Məhəllə sakinləri heyvandarlıq, üzümçülüklə məşğul olurdular. Əkin yerlərini və məişətdə işlətdikləri suyu 1956-cı ilə qədər Xan arxından götürürdülər. Məhəllədə Məşədi Məmmədtağı dəyirmanı da var idi. Məhəllə sakinləri tərəfdən burada möhrədən üstü günbəzsiz məscid tikilmişdi. 1934-cü ildə Sovetlər dövründə məscid Qızıl Əskər kolxozunun ambarına çevrildi. O zamanlar məscidin bir hissəsində 3 otaqlı 4 illik ibtidai məktəb var idi. Bu məktəb Şərəfxanlı məhəlləsində (Eminbəyli küçəsində) olan M. F.Axundzadə adına 7 illik natamam orta məktəbin şöbəsi idi.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı: Şirvannəşr. 1998.
- ↑ Hamlet Allahverdiyev. "Gəncənin Tapqışlaq məhəlləsi". ganca.org. 6 aprel 2014. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2019.