Taraxacum Sect Taraxacum - Wikipedia
Taraxacum sect. Taraxacum (lat. Taraxacum sect. Taraxacum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü.
Taraxacum sect. Taraxacum | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Taraxacum sect. Taraxacum |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Botaniki xarakteristikası
redaktəTaraxacum sect. Taraxacum hündürlüyü 30 sm-ə çatan çoxillik ot bitkisidir. Kökləri yuxarı hissədə şaxələnən kökümsovdan ibarət, kiçik şaxəli olub, qalınlığı 2 sm, uzunluğu 60 sm-ə çatır. Yarpaqları çılpaq və ya orta damarla aşağı tərəfdə az toraoxşar tüklüdür, uzunsov, əksinə, yumurtaşəkilli, küttəhər, oyuqlu-dişlidir və yaxud enli və ya dar, üçkünc, sivriləşmiş, tamkənarlı və ya uzun dişli, arxaya yönəlmiş dilimlərə qismən dərin qayıqşəkilli kəsilmişdir. Çiçək oxu yarpaqlardan uzundur, düz, çılpaq və ya çiçəkləmə dövründə tüklüdür. Qın yarpaqları təpə hissədə qabarıq deyil, xaricdə yerləşənlər qismən enli xətvaridir, aşağı qatlanmışdır, daxildə yerləşənlər isə xətvaridir. Dilcikşəkilli çiçəklər açıq və ya tutqun-sarı rəngdədir, bir qədər qın yarpaqlarından uzundur. Toxumları açıq-qəhvəyi rənglidir, uzunluğu 3–3,5mm-dir, yalnız təpə hissəsində qısa piramidalı olub, sivri-qabarıqdır buruncuğu nazikdir, 3–4 dəfə toxumdan uzundur kəkili ağ rəngdədir, 2–2,5 dəfə buruncuqdan qısadır. Aprel-iyun aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqazın Quba sahəsində və qərbində, Kiçik Qafqazın mərkəzində, orta və subalp qurşaqlarında bitir.
Yaşayış mühiti
redaktəMeşələrdə, talalarda, çəmənlərdə rast gəlinir.
Təbabətdə
redaktəQurudulmuş kökləri iştahasızlığı, qəbizliyi aradan qaldırır və ödqovucu dərman kimi işlədilir. Köklərindən alınan qatı cövhərdən həb hazırlanır.
Sinonimləri
redaktəHeterotipik sinonimləri
redaktə- Chondrilla taraxacum (L.) Stokes
- Crepis taraxacum (L.) Stokes
- Leontodon officinalis (F.H.Wigg.) J.F.Gmel.
- Leontodon taraxacum L.
- Leontodon taraxacum var. villosum Lej.
- Leontodon taraxacum var. vulgare Benth.
- Leontodon vulgaris Lam.
- Taraxacum dens-leonis Desf.
- Taraxacum dens-leonis subsp. officinale (F.H.Wigg.) R.C.V.Douin
- Taraxacum officinale F.H.Wigg.
- Taraxacum officinale var. angustifolium Gray
- Taraxacum officinale subsp. dens-leonis (Desf.) Cout.
- Taraxacum officinale var. genuinum Willk.
- Taraxacum officinale subsp. vulgare Schinz & R.Keller
- Taraxacum palustre var. vulgare (Benth.) Fernald
- Taraxacum spathulatum H.Koidz.
- Taraxacum taraxacum (L.) H.Karst.
- Taraxacum vulgare Schrank
- Taraxacum vulgare var. dens-leonis (Desf.) Samp.