Tayfun - Wikipedia
Tayfun - Wikipedia - Haqqında Məlumat
Tayfun (ing. typhoon, çin. 颱風, taifeng — böyük külək) — Sakit okeanın qərbində (Ekvatordan şimalda) yaranan (əsasən, yayda və payızda) tropik siklonlarının yerli adı. Hind-Çin, Çin, Koreya sahillərinə çatır, bəzi hallarda Rusiyanın Uzaq Şərqinin hava şəraitinə təsir edir. Orta hesabla ildə təqribən 30 dəfə təkrar olunur. Sürəti saatda 30–50 km, bəzən 100 km-dən çox olur. Tayfun dağıntılara, daşqınlara, böyük dəniz dalğalarının yaranmasına və s. səbəb olur.