Teodor Van Kirk - Wikipedia
Teodor Van Kirk (27 fevral 1921, Nortamberlend[d], Pensilvaniya – 28 iyul 2014[1], Stoun-Mauntin[d], Corciya) — 1945-ci il avqustun 6-da birinci atom bombasını daşıyan "Enola Gay" təyyarəsinin 12 nəfərlik heyət üzvündən biri[2].
Teodor Van Kirk | |
---|---|
ing. Theodore Van Kirk | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 fevral 1921 |
Doğum yeri |
|
Vəfat tarixi | 28 iyul 2014[1] (93 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Qoşun növü | ABŞ Ordusu Hava Korpusu |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəVan Kirk 1921-ci ildə Amerikada anadan olub. Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrində xidmət edib. Kapitan rütbəsinə yüksələn Van Kirkin 1942–1944-cü illərdə Amerikanın hüdudlarından uzaqlarda 58 hərbi döyüş uçuşu olub. 1944-cü ilin noyabr ayından isə Yaponiyada keçiriləcək əməliyyata hazırlıq təlimlərinə başlayıb.
Teodor Van Kirk hərbi xidmət illərində bir sıra orden və medallarla təltif edilib. O, 1946-cı ildə Amerika Birləşmiş Ştatlarının Hava Hücumu Qüvvələrindən zabit kimi ehtiyata buraxılıb. 1949–1950-ci illərdə Baknell universitetində təhsil alıb. Sonralar isə müxtəlif təşkilatlarda mühəndis texnik kimi fəaliyyətini davam etdirib.
Van Kirk 2007-ci ildə Yaponiyaya atom bombasını aparan "Enola Gay" təyyarəsinin bort jurnalını hərraca çıxardıb. Tarixi jurnal 358 min 500 amerika dollarına alınıb. "Enola Gay" təyyarəsi isə hal-hazırda Amerika Birləşmiş Ştatlarının Aviasiya və Kosmonovtika Milli Muzeyində saxlanılır.
28 iyul 2014-cü ildə Teodor Van Kirk vəfat etmişdir.[3]
İstinadlar
redaktə- ↑ 1 2 http://www.theguardian.com/world/2014/jul/29/enola-gay-atomic-bomb-crew-van-kirk-dies-93.
- ↑ İlham Cəmiloğlu, Yapon faciəsini törədən pilot: "Xirosimanı darmadağın etdim və…" — FOTOLAR [ölü keçid] — musavat.com saytı
- ↑ Elnarə Ağaoğlu. "Heç vaxt peşman olmayan Xirosima bombardmançıları". lent.az. 30-05-2016. 4 June 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 may 2016.