Terra Australis - Wikipedia
Naməlum cənub torpaq (lat. Terra Australis Incognita) — XV-XVIII əsrə aid dünya xəritələrində cənub yarımkürəsində təsvir edilən nəzəri materik.
Hər xəritəçəkənin öz istəyinə görə təsvir etdiyi bu ərazidə dağ, meşə və çaylar da təsvir olunurdu. Bu materikin mövcudluğu barədə fərziyyələr belə bir yanlış təsəvvürə əsaslanırdı ki, Şimal yarımkürəsindəki geniş quru ərazilərinin qarşılığı kimi Cənub yarımkürəsində də böyük quru sahəsi olmalıdır, əks təqdirdə Yer baş-ayaq çevrilər.[1] Sonradan Antarktida kəşf olunsa da, həmin dövrdə onun barəsində heç nə məlum deyildi, həm də Antarktidanın ölçüləri cənub torpağı barədə fərziyyələrdə irəli sürüləndən çox kiçikdir.
Terminin tarixi
redaktəBu terminin yaradıcısı məşhur yunan mütəfəkkiri Aristoteldir.[2]
Naməlum cənub torpağın xəritədə təsviri Eratosfen tərəfindən qeyd edilmişdir. Bu xəritədə Naməlum cənub torpaq Afrikanın qurtaracağı kimi təsvir olunmuşdu. Naməlum cənub torpağın mövcud olması barəsində dəqiq məlumat yoxdur.[3]
İstinadlar
redaktə- ↑ John Noble Wilford: The Mapmakers, the Story of the Great Pioneers in Cartography from Antiquity to Space Age, p. 139, Vintage Books, Random House 1982, ISBN 0-394-75303-8
- ↑ Naməlum cənub torpaq Arxivləşdirilib 2014-10-03 at the Wayback Machine Princeton.edu saytında, Yoxlanılıb: 20 avqust 2014
- ↑ Spieghel der Australische Navigatie; siteerattu teoksessa A. Lodewyckx, "The Name of Australia: Its Origin and Early Use", The Victorian Historical Magazine, Vol. XIII, No. 3, June 1929, pp. 100–191.