Teyyub Qurban - Wikipedia
Qurban Teyyub Yarməmməd oğlu (18 dekabr 1934, Bülbülə – 21 fevral 2018) — şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Azərbaycan gənclərinin III Ümumrespublika festivalının laureatı (1957), Rəsul Rza mükafatı laureatı (2002).
Teyyub Qurban | |
---|---|
Qurban Teyyub Yarməmməd oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 dekabr 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 21 fevral 2018 (83 yaşında) |
Partiya | |
Fəaliyyəti | ssenarist, yazıçı, dramaturq, şair |
Elmi fəaliyyəti | |
Elm sahəsi | ədəbiyyat[1], dram[1], poeziya[1] |
|
|
Təltifləri |
Həyatı
redaktəTeyyub Qurban 1934-cü ilin dekabr ayının 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olmuşdur. 1954-cü ildə burada 208 saylı orta məktəbi bitirəndən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1954–1959).
Hələ universiteti bitirməmişdən onu ADU-nun komsomol komitəsinin birinci katibi seçmişlər (1958–1961). Bakı Pioner və Məktəblilər Sarayının ədəbi yaradıcılıq dərnəyinin rəhbəri olmuş (1958–1976), yaxsşı işinə görə ÜİLKGİ-nin Fəxri fərmanı ilə təltif edilmişdir.
ADU-nun jurnalistika kafedrasının aspirantı olmuş (1961–1963), Azərbaycan Xalq Nəzarəti Komitəsində tərcüməçilik etmiş (1963–1976), orada komitə təşkilat şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir (1976-cı ildən), həm də ictimai əsaslarla metodika kabinetinə rəhbərlik etmişdir (1976–1992). Azərbaycan Yazıçılar Birliyi "Oğuz eli" assosiasiyasının işlər müdiri (1992), Suraxanı rayon icra hakimiyyəti başçısının birinci müavini (1992–1993), Bakı və Kəndlər Birliyi Mətbuat xidmətinin rəhbəri olmuşdur (1994–1996). Hazırda fərdi yaradıcılıqla məşğuldur (1996-cı ildən). Ədəbi fəaliyyətə 50-ci illərdən başlamışdır.
Onun "Koreyalı döyüşçüyə" adlı ilk şeri 1950-ci ildə "Pioner" jurnalının 12-ci sayında çıxmışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Şerləri ayrı-ayrı xalqların dilində çap olunmuşdur.
T.Qurban "Mənim gəncliyim", "Dostluğun gücü", "Unudulmayan", "Yanğı", "El yolu", "Gözəllik yarışı", "Ömrün gənclik yazı", "Dönməzlik", "Sara", "Məcra", "Düşmənlərindən güclü şəxsiyyət", "Müqəddəs məkanda Qüdsümüz vardır" və s. kitablarının müəllifidir
Onun Hacı ZeynalabdinTağıyevə həsr etdiyi "Yaşayan ömür" pyesi Azərbaycan Dövlət Gənclər Teatrında tamaşaya qoyulmuşdur (1993). M.Ə.Rəsulzadənin həyatından bəhs edən "Dönməzlik"povesti "Bakının səsi" qəzetinin 1994-cü il may-sentyabr saylarında dərc olunmuşdur. "Yaşıl rəngin işığı" (2002) kitabını tərtib etmişdir. Medlla təltif edilmişdir. 21 fevral 2018-ci il tarixində vəfat etmişdir.
Bülbülə kənd qəbirstanlığında dəfn edilmişdir. Teyyub Qurban Müsavat partiyasının üzvi idi.
Mükafatları
redaktə- 1957 — "Sənətin işığı" şeirinə görə Azərbaycan Gəncləri Üçüncü Respublika Festivalı Laureatı adını almışdır.
- 1959 — İctimai fəaliyyətinə görə Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
- 1960 — Azərbaycan Respublika Komsomol təşkilatının işində fəal işinə görə "Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin Fəxri Fərmanı" ilə təltif edilmişdir.
- 1978 — SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
- 1984 — Anadan olmasının 50-illiyi ilə əlaqədar Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin Fəxri Fərmanına layiq görülmüşdür.
- 1991 — Xalq nəzarətində fəal işinə görə SSRİ Xalq Nəzarəti Komitəsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
- 1994 — Məmməd Əmin Rəsulzadəyə həsr etdiyi iki hissəli "Azərbaycan, Azərbaycan" dramına görə "Araz" Ali Ədəbi mükafatı diplomu ilə təltif edilmişdir.
- 2002 — "Yaşıl rəngin işığı" kitabına görə Rəsul Rza Beynəlxalq mükafatı laureatı adını almışdır.
Əsərləri
redaktə- Mənim gəncliyil (şerlər), B., Azərnəşr, 1963, 42 səh., 5.000 nüs.
- Dostluğun gücü (publisistika), B., Azərnəşr, 1966, 43 səh., 2.000 nüs.
- Unudulmayan (şerlər), B., Azərnəşr, 1966, 72 səh., 5.000 nüs.
- Yanğı (şerlər), B., Azərnəşr, 1972, 80 səh., 6.500 nüs.
- Dostluq və qəhrəmanlıq səhifələri (publisistika), B., Elm, 1975, 41 səh., 500 nüs.
- Dirilik Gəmisi (tarixi dram, məqalələr, şeirlər, müsahibə) Bakı, Şirvannəşr, 2008, 148 səh.
- "Həqiqət olduğu kimi" (Kitabda ilk dəfə olaraq Mikayıl Rəfilinin fəaliyyəti indiyədək oxuculara məlum olmayan arxiv materialları əsasında göstərilir. Kitabda Mikayıl Rəfiliyə Mir Cəfər Bağırovun etdiyi köməkliklərdən də bəhs edilir). Bakı: 2008, 106 səh.
- Dönməzlik (tarixi roman), Bakı, 2011, Qanun Nəşriyyatı, 144 səh., 1000 nüs.
- Bir kərə yüksələn Bayraq (Dram və məqalələr), Bakı, 2014, "OL" MMC, 192 səh.
Filmoqrafiya
redaktəXarici keçidlər
redaktəhttp://m.apa.az/az/medeniyyet-xeberleri/incesenet-haqqinda/tedqiqatci-teyyub-qurban-vefat-edib-2991.html Arxivləşdirilib 2018-02-22 at the Wayback Machine
- ↑ 1 2 3 Qurban, Teyyub // Çex Milli Hakimiyyət Məlumat bazası.