Tofiq Cavadov - Wikipedia
Tofiq Mirhaşım oğlu Cavadov (Mircavadov) (7 fevral 1925, Bakı – 20 avqust 1963, Moskva) — Azərbaycanlı rəssam.
Tofiq Cavadov | |
---|---|
Doğum tarixi | 7 fevral 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 20 avqust 1963 (38 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | dəmiryolu hadisəsi[d] |
Fəaliyyəti | rəssam |
Təhsili | |
Janrlar | peyzaj, natürmort, portret |
Həyatı
redaktəTofiq Cavadov 7 fevral 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur.[1] 1945–1948-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub. 1948–1952-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsində təhsil almışdır. Əyyub Məmmədov, Əbdül Xalıq, Əyyub Hüseynov və Baba Əliyev kimi Azərbaycan rəssamlarından dərs alıb.[2]
T. Cavadov 20 avqust 1963-cü ildə Moskva–Serpuxov elektrik qatarının Çepelyova stansiyasında hadisə zamanı dünyasını dəyişmişdir.[3] Cavad Mircavadovun qardaşıdır.
Yaradıcılığı
redaktə1950-ci illərin ikinci yarısından etibarən Tofiq Cavadov yeni mərhələyə — neorealizm dövrünə başlayır. Neorealizm mərhələsi neft və ağır sənayeyə həsr olunmuş tabloların və fəhlə obrazlarının timsalında özünü büruzə verir. "Neftçilər", "Sənaye mənzərəsi", "Operator qız", "Neftçi", "Poladəridən sexdə", "Poladəridənin portreti" kimi əsərləri bu dövrün məhsuludur.[3]
1955–1956-ci illərdən Tofiq Cavadovun yaradıcılığında "Buzovna" dövrü başlayır. Bu dövrdə rəssam özünün "Buzovnada küçə", "Kənd mənzərəsi", "Buzovna aşırımı" və bu silsilədən olan digər Abşeron mənzərələrini yaradır. 1959–1961-ci illərdə "Avtoportret" əsərini yaradır. 1963-cü ildə Rasim Babayev və Fazil Nəcəfovla birlikdə "Göyərçin" uşaq jurnalının bədii tərtibatını edir. Sonuncu böyük əsəri olan "Külək" tablosunu 1963-cü ildə yaradır.[2]
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ "Tofiq Cavadov". nar-gallery.com (az.). 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2021.
- ↑ 1 2 "Küləklə yoğrulmuş palitra". www.anl.az (az.). 20 fevral 2009. 2022-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2021.
- ↑ 1 2 "Rəssam Tofiq Cavadovun sirli dünyası". medeniyyet.az (az.). 8 mart 2019. İstifadə tarixi: 18 mart 2021.