Tommi Versetti - Wikipedia
Tomas Versetti (1951, Liberti Siti) — Grand Theft Auto: Vice City adlı oyundakı xəyali obraz.
Tommi Versetti | |
---|---|
ing. Tommy Vercetti | |
Grand Theft Auto personajı | |
İlk görünmə | Grand Theft Auto: Vice City (2002) |
Son görünmə | Grand Theft Auto: The Trilogy – The Definitive Edition (2021) |
Yaradan | Rockstar North |
Səsləndirən | Ray Liotta |
Doğum tarixi | 1951 |
Doğum yeri | Liberti Siti |
Məlumat | |
Tam adı | Tomas Versetti |
Növü | Xəyali obraz |
Cinsi | Kişi |
Həyatı
redaktəTomas Versetti 1951-ci ildə Liberti Sitidə italyan əsilli ailənin oğlu olaraq dünyaya gəlmişdir. 1971-ci ildə Sonny Forelli tərəfindən Harvudda bir adamı öldürmək tapşırığı verildi. Tommi bütün planları qurub adamı öldürmək üçün Harvuda gedəndə birdən çox adamın onu gözlədiyini görüb və böyük münaqişə baş verib. Baş verən münaqişədə 11 nəfəri öldürən Tommi, Harvud qəssabı ləqəbi ilə həbsxanaya girdi. Tommi həbsdə olarkən Sonni rəqiblərinin çoxundan qurtula bildi. 1986-cı ildə Tommi həbsdən azad edildi. Sonny Forelli bilirdi ki, uzun müddət keçsə də, Tommi Versetti hələ də unudulmayıb. Tommi Versettinin Liberti Sitidə olması Forelli ailəsinə zərər verəcəkdi. Sonni Forellinin tapşırığı ilə Tommi Vans qardaşları ilə vacib bir narkotik mübadiləsi aparmaq üçün iki Forelli qanqsteri, Harri, Li və vəkil Ken Rosenberg ilə Vaysport Botyarda getdi. Vays Sitinin narkobaronu Rikardo Diyaz öz ərazisində narkotik alveri edən bu adamlara hədlərini bildirmək istədi və əli silahlı üç adamını görüşmə yerinə göndərdi. Viktor Veyns, Harri və Lii hadisə yerində həyatını itirdi. Lens Veyns qardaşı Viktoru hadisə yerində buraxıb helikopterlə qaçmaq məcburiyyətində qalır. Tommi isə Kenin olduğu maşının arxa oturacağına oturub Sonninin pullarını orada qoyub hadisə yerindən uzaqlaşır. Ken öz qaldığı Harisson hotelə gedərkən, Tommi və Sonni ilə telefonda görüşmək üçün Okean Viev adında bir hotelə gedir. Burada Sonni ilə arasında telefon danışığı olur. Tomminin pulları orada buraxmasına əsəbləşən Sonni, başqası olsa bu hadisəni heç vaxt bağışlamayacağını ancağ Tommi ilə keçmişləri olduğu üçün ona bir fürsətdə verəcəyini dedi. Və bu andan etibarən Tommi üçün əsl mübarizə başladı.
Tommi başlanğıcda hücumun kimin tərəfindən edildiyini bilmirdi. Juan Qarcia Kortez, Averi Karrinqton və Rikardo Diaz kimi Vays Sitinin varlılarının kirli işlərini olduqca az miqdarda pul qarşılığı etdikdən sonra Tommi, Lensdən hücum edənin kim olduğun öyrənir. Tomminin bunu öyrəndiyi halda gec hərəkətə keçməsi ilə Lens daha tez davranaraq Diazdan intiqam almaq istəyir, ancaq Diazın adamları tərəfindən qaçırılıb Haitidə ki bir zibilxanada işgəncələr verildi. Bu vəziyyəti Kent Pauldan eşidən Tommi tez bir zamanda Lensə görə Haitiyə gedərək, onu Diazın cangüdənlərinin əlindən qurtarır və Lens ilə birlikdə Diazın məkanına gedib, onun cangüdənlərini öldürdükdən sonra Diazı öldürür. Diazın ölümündən sonra məkan Tomminin kontrol altına keçir. Vays Siti gün keçdikcə Tomminin hökümdarlığına keçərkən, onu yalnız buraxan və hər dəfəsində telefon açaraq onu daha da basqı altında saxlayan Sonni, Tomminin bu yüksəlişi qarşısında artıq heç bir şey edə bilməyəcəyinin fərqinə varır. Diazın ölümündən sonra Diaza hərac ödəyən bəzi mağazalar artıq Tommi üçün hərac verməyə başlayır. Tommi bu pulu Lens ilə paylaşırdı. Lens isə həm payından həm də Tomminin ona qarşı münasibətindən narazı idi və Tommi ilə bir neçə dəfə bunu müzakirə edir. Sonni isə Tomminin bu yüksəlişinin özünə zərəri olacağını bildiyinə görə, pullarını və mallarını bəhanə göstərərək Lens ilə yaxınlıq qurub bütün cangüdənlərini Tommidən hərac alması üçün Haitidə ki mətbəəyə yollayır, ancaq bütün kolleksiyaçılar Tommi tərəfindən öldürülür.
Sonni Forellinin Vays Sitidə olduğunu eşidən Tommi, ona olan borcunu vermək üçün 3 milyon dollar saxta pul hazırlatdı. Sonni bir neçə cangüdəni ilə birlikdə Tomminin malikanəsinə gəlir. Tomminin özünün xəyal qırıqlığına uğratdığını deyir. Daha sonra pulu alır ancaq Sonni getmədən öncə, öz payından məmnun olmadığına görə artıq gizlicə Sonni üçün işləyən Lens, açıq-açıq Tommi Versettiyə xəyanət edərək onu satdığını və gerçək pulun kassada olduğunu deyir. Sonni, "bu saxta pulları alacağımı düşünürdün?" dedi. Tomminin "xeyir, sadəcə səni öldürmədən öncə zarfatlaşmaq istədim." deməsi ilə çıxan mübahisədə Lens və Sonninində aralarında olduğu çox sayda adam öldü. Son səhnədə Tommi Kenə artıq Liberti Sitidəki mafiozlara marağının qalmadığın, indi cəmubda ən böyük təşkilata çevrildiklərini bildirərək, "Artıq şimal deyə bir şey yoxdur, hər şey cənubdadır!" dedi.
Tommi Versetti Vays Sitidəki ən güclü və ən varlı mafioz oldu. Tomminin daha sonra aqibətinin nə olduğu və ya hakimiyyətinin nə qədər davam etdiyi müzakirə olunsa da, 1992-ci ilə qədər yaşadığı Kenin Las Venturasdakı bir reabilitasiya klinikasından Tommi ilə görüşmək istəməsi sübut olaraq göstərilə bilər. Tomminin, Kenin telefonlarına cavab verməməsi və cangüdənlərindən birinin Kendən imtina etməsi, Tommi və Ken arasındakı münasibətin bitdiyi kimi düşünülə bilər, çünki Kenin narkotik istifadə etməyə başlamasına görə Tommi ilə araları heç yaxşı deyildi. Tommi həm də, 2002-ci ildə Kent Paulun internet saytında görünmüşdür.[1]
İstinadlar
redaktə- ↑ https://screenrant.com/grand-theft-auto-vice-city-tommy-vercetti-gta/ (#bare_url_missing_title). 2021-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.