Toyuq Faberje Yumurtasi - Wikipedia
Toyuq Faberje Yumurtasi - Wikipedia - Haqqında Məlumat
"Toyuq" (rus. “Курочка — Первое императорское пасхальное яйцо” — “İlk imperator pasxa yumurtası”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. Karl Faberje 1885-ci ildə ilk olaraq “Toyuq” adlanan yumurtanı hazırlayır. Bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. “Toyuq” adlanan bu yumurta klassik yumurta şəklində, onun içərisindəki sarısı isə qızıldan hazırlanmışdır. Yumurta sarısının içində isə onun surprizi olan gözləri yaqut qaşı ilə işlənilmiş toyuq fiquru, onun içərisində isə yaqut daşlı tac yerləşdirilmişdir. Hündürlüyü 64 mm eni isə 35 mm olan bu yumurtanın ustası Erik Kollindir.
“Toyuq” Faberje yumurtası | |
---|---|
Hazırlanıb | 1885 |
Sifarişçi | III Aleksandr |
İlk sahibi | Mariya Fyodorovna |
Hazırkı sahibi | |
Sahibi | Rusiya, Moskva, Viktor Feliksoviç Vekselberq[rus.] fondu |
Alınıb | 2004 |
Dizayn və materiallar | |
Materialı | Qızıl, almazlar, yaqutlar, platin, büllur, emal |
Ölçüləri | 64 x 35 mm |
Sürprizi |
Qızıldan toyuq onun içində isə yaqut daşlı tac |
Vikianbarda əlaqəli mediafayllar |