Transgender - Wikipedia
Transgender — daxili hissləri doğulduğu cinsə uyğun gəlməyən fərd. Trans şəxslər xarici görünüşlərini gender kimliklərinə uyğunlaşdırmaq üçün hormon terapiyası və əməliyyatlar keçirməyi seçə bilər, digərləri isə buna ehtiyac duymaya bilər. Transseksual termini transgender cəmiyyətində çoxları tərəfindən köhnəlmiş termin kimi qəbul edilir. Bu termin tarixən cinsiyyət əməliyyatı keçirmiş şəxsləri damğalamaq məqsədilə istifadə edilmişdir.
Psixoloji cəhətdən transgender fərdlər gender disforiyası ilə qarşılaşa bilər, hansı ki, fərdin daşıdığı bədən onda narahatlığa səbəb olur. Transgender fərdlərin mövcudluğunda ictimai amillər də mühüm rol oynayır. Müxtəlif gender kimliklərini daha çox qəbul edən və təsdiqləyən cəmiyyətlərdə transgender fərdlər özlərini daha rahat və həqiqi şəxsiyyətlərini ifadə etməkdə dəstək hiss edə bilərlər.