Tribunal - Wikipedia
Tribunal - Wikipedia - Haqqında Məlumat
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tribunal (latın tribunal-divanxana; Məhkəmə; əsas mənası: Qədim Romada mühüm vəzifəli şəxslərin-konsulların, pretorların xidməti vəzifələrini yerinə yetirməkdən ötrü
oturduqları hündür yer, təpə)
- İnqilab dövründə, bəzi dövlətlərdə (Böyük Fransa İnqilabi, Böyük Oktyabr İnqilabı) — əksinqilaba və xüsusilə təhlükəli cinayətlərə qarşı mübarizə aparmaq üçün təsis edilmiş fövqəladə Məhkəmələr;
- Hərbi Tribunallar -hərbi cinayətləri: hərbi qüvvələrin təhlükəsizliyi; hərbi nizam, hərbi xidmət qayda pozuntularını araşdıran Məhkəmələr;
- Beynəlxalq Hərbi Tribunallar -İkinci Dünya Müharibəsi bitdikdən sonra (1945), SSRİ, ABŞ, İngiltərə və Fransa dövlətlərinin birgə razılığı ilə təsis olunmuş, əsas hərbi canilərini təqib edən və cəzalandıran Məhkəmələr (Nyurnberq və Tokio prosesləri);
- Fransada, İtaliyada birinci instansiya Məhkəməsi və barışdırıcı Məhkəmənin baxdığı işlər üzrə appelyasiya Məhkəmə instansiyası; bəzi Ali Məhkəmələrin adı.