Trigonella - Wikipedia
Güldəfnə (lat. Trigonella) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Güldəfnə | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Güldəfnə |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Tarixçə
redaktəQədim misirlilər və yunanlar bitkidən tərəvəz kimi istifadə edirdilər. Güldəfnənin toxumları mumiyaların balzamlanması, eyni zamanda müalicəvi məqsədlər üçün tətbiq edilirdi. Məsələn, Böyük Karl bitkidən keçəlləşmə əleyhinə istifadə etmişdir. Hindistanda isə brahmanlar güldəfnənin yarpaqlarından istifadə edirdi. Bitkinin qovrulmuş toxumlarından şərq ölkələrində hərəmxana qadınları saçlarına gözəl görünüş bəxş etmək üçün yararlanırdılar.
Əsasən bu ölkələrdə bitki xüsusilə çox istifadə edilir: Yunanıstan, Misir, Livan, Suriya. Güldəfnə bu ölkələrdə becərilir: Fransa, Misir, Tunis, Mərakeş, Efiopiya.
Güldəfnə bir çox ölkələrin mətbəxində müxtəlif adlar altında ədviyyat kimi tətbiq edilir: fenuqrek, fenum-qrek, feniqrek otu, yunan otu, dəvə otu və s. Lakin daha çox tanınmış adı şəmbələdir. Şəmbələ və ya hindlilərin dilində desək, şambala Tibetdə əfsanəvi bir şəhər adıdır. Belə qeyd edirlər ki, bu şəhər bir zamanlar mövcud olmuş, daha sonra isə itmişdir. Onların inancına görə bu şəhərdə tantrizm və buddizmin sirləri gizlənir. Məhz buna görə də güldəfnə hindlilərin sevimli bitkisinə çevrilmişdir və onlar bitkiyə qarşı böyük hörmətlə yanaşırlar.
Botaniki özəllikləri
redaktəGüldəfnə birillik ot bitkisi olub paxlalılara (Fabaceae) aiddir. Gövdəsi az budaqlanan olub 50-60 sm-lik hündürlüyə malikdir. Çiçəkləri xırda olub sarı rənglidir. Güldəfnə çiçəkləmə vaxtı ətrafa özünəməxsus ətir saçır. 4 mm uzunluqlu rombşəkilli qəhvəyi-sarı rəngli xırda toxumları var. Meyvələri üçbucaqşəkilli qında yerləşmişdir. Bir qında 20-ə qədər meyvə olur. Meyvələrin dadı şirintəhər və azca acı olur, qovrulduqdan sonra dadı yaxşılaşaraq yanmış qəndin, şəkərin dadına çevrilir. Bitkinin vətəni Aralıq dənizi sahillərinin şərq hissəsi, Kiçik Asiya hesab edilir.
Bitki işıqsevəndir, ona görə də günəşli yerlərdə yetişdirilir, toxumlar vasitəsilə çoxalır. Güldəfnə əsasən yabanı halda bitir. Bitkinin paxlameyvələrinin qınları saralmağa başlayanda toplanır və qurudulur, bundan sonra döyülüb toxumlar tam qurudulur.
Kimyəvi tərkibi
redaktəBitkinin toxumlarının tərkibində 0,3%-ə qədər triqonellin alkoloidi, 3,5 mq% PP vitamini, rutin, steroid saponinləri və fitosterinlər, flavonoidlər, selikli və acı maddələr və s. mövcuddur. Bitkinin tərkibində olan 30%-ə qədər selik bakterisid plastırların, bəlğəmgətirici, antisklerotik preparatların hazırlanmasında istifadə edilir. Bitkinin tərkibində mövcud olan diosgenin maddəsi progesterona bənzəyir. Diosgenin orqanizmə daxil olduqda ondan steroid hormonlar və estrogen sintez edilir. Bitki mənşəli diosgenin orqanizmin hormonal balansını tənzimləyir.
İstifadəsi
redaktəTürkəçarə
redaktəQurudulmuş ot və toz halına salınmış şəkildə onlar güldəfnəni "yaşıl pendirə" əlavə edirlər. Bu ədviyyə yeməklərə qovrulmuş fındıq dadı bəxş edir. Onu da qeyd edək ki, bəzən karri ədviyyatının 15-20%-ni məhz güldəfnə təşkil edir. ABŞ-da rom və digər içkilərin ətirləndirilməsi üçün bu bitki istifadə edilir. Onu bəzən xəmirə də əlavə edirlər. Hindistanda isə ondan qəhvənin surroqatını, təzə dərilmiş tər formasından isə salatlar hazırlayırlar. Bitkinin toxumlarını toz halına salmaq bir qədər çətin olduğuna görə o, satışda toz halında mövcud olur. Güldəfnə toxumu süd artırıcı bitki çayının tərkibində mövcuddur.
Sənayedə
redaktəBitkinin toxumları inəklər üçün çox dadlı bir yemdir. Hətta inəklərə verilən yeməyin dadını yaxşılaşdırmaq üçün onların yemlərinə güldəfnə qatılır. Güldəfnənin ətri təzə biçilmiş otun ətrinə çox bənzəyir. Bu ətri ona verən 3-hidroksi-4,5-dimetil-2(5H)-furanon kimyəvi birləşməsidir.
Növləri
redaktə- Trigonella adscendens (Nevski) Afan. & Gontsch.
- Trigonella afghanica Vassilcz.
- Trigonella anguina Delile
- Trigonella aphanoneura Rech.f.
- Trigonella arabica Delile
- Trigonella aristata (Vassilcz.) Sojak
- Trigonella astroides Fisch. & C.A.Mey.
- Trigonella badachschanica Afan.
- Trigonella balachowskyi Leredde
- Trigonella balansae Boiss. & Reut.
- Trigonella berythea Boiss. & Blanche
- Trigonella bicolor (Boiss. & Balansa) Lassen
- Trigonella cachemiriana Cambess.
- Trigonella caelesyriaca Boiss.
- Trigonella caerulea (L.) Ser.
- Trigonella calliceras Fisch.
- Trigonella cancellata Desf.
- Trigonella capitata Boiss.
- Trigonella cariensis Boiss.
- Trigonella cedretorum Vassilcz.
- Trigonella coerulescens (M.Bieb.) Halacsy
- Trigonella cretica (L.) Boiss.
- Trigonella cylindracea Desv.
- Trigonella dasycarpa (Ser.) Vassilcz.
- Trigonella edelbergii (Sirj. & Rech.f.) Rech.f.
- Trigonella elliptica Boiss.
- Trigonella emodi Benth.
- Trigonella emodi subsp. medicaginoidea (Širj.) H. Ohashi
- Trigonella esculenta Willd.
- Trigonella falcata Balf.f.
- Trigonella filipes Boiss.
- Trigonella fimbriata Benth.
- Trigonella foenum-graecum L.
- Trigonella freitagii Vassilcz.
- Trigonella geminiflora Bunge
- Trigonella gharuensis Rech.f.
- Trigonella glabra Thunb.
- Trigonella glabra subsp. uncata (Boiss. & Noe) Lassen
- Trigonella gladiata M.Bieb.
- Trigonella gontscharovii Vassilcz.
- Trigonella gracilis Benth.
- Trigonella graeca (Boiss. & Spruner) Boiss.
- Trigonella grandiflora Bunge
- Trigonella griffithii Boiss.
- Trigonella heratensis Rech.f.
- Trigonella ionantha Rech.f.
- Trigonella iskanderi Vassilcz.
- Trigonella kafirniganica Vassilcz.
- Trigonella koeiei Sirj. & Rech.f.
- Trigonella korovinii Vassilcz.
- Trigonella kotschyi Benth.
- Trigonella laciniata L.
- Trigonella latialata (Bornm.) Vassilcz.
- Trigonella laxiflora Aitch. & Baker
- Trigonella laxissima Vassilcz.
- Trigonella lilacina Boiss.
- Trigonella linczevskii Vassilcz.
- Trigonella lipskyi Sirj.
- Trigonella lunata Boiss.
- Trigonella macroglochin Durieu
- Trigonella marco-poloi Vassilcz.
- Trigonella maritima Poir.
- Trigonella media Delile
- Trigonella obcordata Benth.
- Trigonella occulta Ser.
- Trigonella ornithopodioides (L.) Lam. & DC.
- Trigonella pamirica Boriss.
- Trigonella podlechii Vassilcz.
- Trigonella podperae (Sirj.) Vassilcz.
- Trigonella popovii Korovin
- Trigonella procumbens (Besser) Rchb.
- Trigonella pycnotricha Rech.f.
- Trigonella ramosissima Meffert
- Trigonella rechingeri Sirj.
- Trigonella salangensis Vassilcz.
- Trigonella schischkinii Vassilcz.
- Trigonella siunica Vassilcz.
- Trigonella smyrnea Boiss.
- Trigonella spicata Sm.
- Trigonella spinosa L.
- Trigonella spruneriana Boiss.
- Trigonella spruneriana subsp. hierosolymitana (Boiss.) Ponert
- Trigonella spruneriana subsp. mesopotamica (Hub.-Mor.) Ponert
- Trigonella squarrosa Vassilcz.
- Trigonella stellata Forssk.
- Trigonella stenocarpa Rech.f.
- Trigonella strangulata Boiss.
- Trigonella suavissima Lindl.
- Trigonella subenervis Rech.f.
- Trigonella teheranica (Bornm.) Grossh.
- Trigonella tianschanica Vassilcz.
- Trigonella turkmena Popov
- Trigonella uncinata Banks & Sol.
- Trigonella velutina Boiss.
- Trigonella verae Sirj.
- Trigonella xeromorpha Rech.f.
- Trigonella zaprjagaevii Afan. & Gontsch.
İstinadlar
redaktə- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 338. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 776.