Turan Informasiya Agentliyi - Wikipedia
Turan İnformasiya Agentliyi, həmçinin qısaca Turan və ya TİA — Azərbaycanda fəaliyyət göstərən informasiya agentliyi. Azərbaycanda Yeni Azərbaycan Partiyası hakimiyyətinə müxalifdir[1] və müstəqil bir agentlikdir.[2][3][4][5] 1990-cı ildə yaradılmışdır.
Turan İnformasiya Agentliyi | |
---|---|
| |
Yaranma tarixi | may 1990 |
Mərkəzi | |
Sədr | Mehman Əliyev |
turan.az |
Tarixi
redaktə"Turan İnformasiya Agentliyi" 1990-cı ilin mayında[6] bir qrup jurnalist tərəfindən SSRİ-də ilk müstəqil informasiya agentliklərindən biri kimi yaradılmışdır.[7] "Turan İnformasiya Agentliyi"nin baş direktoru Mehman Əliyevdir.[8] Agentliyin operatoru Adil Bünyatov 17 mart 1995-ci ildə dövlət çevrilişinə cəhdi işıqlandırarkən öldürülmüşdür.[9] Baş direktor Mehman Əliyev 27 avqust 2017-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdir.[10][11] Çox keçməmiş, beynəlxalq təşkilatlar və bir sıra ölkələrin, o cümlədən ABŞ, Almaniya, Fransa, Norveç və Birləşmiş Krallığın rəsmi nümayəndələri Azərbaycan hakimiyyətini Əliyevi dərhal azad etməyə və insan hüquqlarına hörmət etməyə çağırmışdılar.[12] Onun vəkili ittihamların "tamamilə siyasi hakimiyyət tərəfindən uydurulmuş" olduğunu bildirmişdir və Əliyevin saxlanılmasından sonra agentlik öz fəaliyyətini müvəqqəti olaraq dayanmışdır,[13] lakin 11 sentyabrda Əliyev azad edilmişdir.[14] "Turan İnformasiya Agentliyi" oktyabr ayında fəaliyyətinə davam etmişdir.[15]
Agentlik xəbərlər, Azərbaycanla bağlı analitik məqalələr və icmallar hazırlayır. İnformasiya məhsulları siyasət, iqtisadiyyat, energetika, maliyyə, kommunikasiya, market, qanunvericilik, din, mədəniyyət, idman, fotomaterillar, məlumat və arxiv materiallarından ibarət bloklar şəklində təqdim olunur. "Reuters", "Agence France-Presse", "BBC", "CNN" kimi beynəlxalq media orqanları, eləcə də rəsmi dövlət və hökumət strukturları, diplomatik missiyalar, beynəlxalq təşkilatlar, dünya miqyaslı şirkətlərin nümayəndəlikləri və məşhur yerli işguzar dairələr "Turan"dan məlumat mənbəyi kimi istifadə edir.[8]
İstinadlar
redaktə- ↑ "Azeri police detain head of opposition-leaning news agency". 24 avq 2017. 2018-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26 – www.reuters.com vasitəsilə.
- ↑ "Azerbaijan's Last-standing Independent News Agency Facing Closure | Human Rights Watch". 17 avq 2017. 2023-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26.
- ↑ "Azerbaijan reinstates tax penalties against Turan Information Agency". 19 sen 2017. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26.
- ↑ "Azerbaijan's "Last Independent Media Outlet" Faces Persecution | Eurasianet". 2022-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2023-10-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-26.
- ↑ "Turan agentliyi 1 sentyabrdan fəaliyyətini dayandırır". 2017-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26 – www.bbc.com vasitəsilə.
- ↑ Baku, Shahin Rzaev |. "Criminal case against 'Turan' independent news agency launched in Azerbaijan - JAMnews". 11 avq 2017. 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-02.
- ↑ "Adil Bunyatov". cpj.org (ingilis). 5 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2018.
- ↑ "Turan agentliyinin direktoru Mehman Əliyev 3 aylıq həbs edilib" (az.). bbc.com/azeri. 2017-08-25. 2017-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.
- ↑ "Azerbaijan's Turan News Agency Says Director Has Been Detained By Authorities". 25 avq 2017. 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26 – www.rferl.org vasitəsilə.
- ↑ ""Они не хотят читать плохие новости про себя", – почему закрыли азербайджанское агентство Turan". Настоящее время. 2017-09-04. 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
- ↑ "Independent Azeri news agency to suspend operations after its head arrested". 25 avq 2017. 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26 – www.reuters.com vasitəsilə.
- ↑ "Azeri court releases head of independent Azeri news agency". 11 sen 2017. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26 – www.reuters.com vasitəsilə.
- ↑ "Independent Azeri news agency to resume work after "Black September"". 29 sen 2017. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26 – www.reuters.com vasitəsilə.