Tyan San Daglari - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tyanşan dağları[1][a] — Orta Asiyada olan böyük dağ sistemlərindən biri.
Tyanşan | |
---|---|
天山 | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 7439 m |
Uzunluğu | 2500 km |
Eni | 400 km |
Hündür nöqtəsi | Qələbə zirvəsi |
Yaranma dövrü | Devon dövrü |
Süxurları | Maqmatik, metamorfik və çökmə mənşəli |
Yerləşməsi | |
42°02′15″ şm. e. 80°07′31″ ş. u.HGYO | |
Ölkələr | |
|
|
Rəsmi adı | Xinjiang Tianshan |
Tipi | Təbii |
Kriteriya | vii, ix |
Tarixi | 201337-ci sessiya |
İstinad nöm. | 1414 |
Ölkə | Çin |
Region | Asiya |
Rəsmi adı | Western Tien-Shan |
Tipi | Təbii |
Kriteriya | x |
Tarixi | 201637-ci sessiya |
İstinad nöm. | 1490 |
Ölkə | Qazaxıstan, Qırğıstan və Özbəkistan |
Region | Asiya |
Vikianbarda əlaqəli mediafayllar |
Geoloji quruluşu
redaktəTyanşanın geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir.
Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tyan- şanın yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.
Müasir allüvial çöküntülər başlıca olaraq böyük çay dərələrində geniş yayılıb çoxlu miqdarda terraslar yaradır. Ayrı-ayrı çay dərələrində terras miqdarı 9 və ya 10-a çatır.
Oroqrafiyası
redaktəTyanşan dağlıq sahəsinin bir sıra oroqrafik rayonlaşma sxemi mövcuddur. MDB ərazisi daxilində Tyanşan dağlarını əsasən Şimali, Qərbi, Cənubi və Mərkəzi Tyanşan olmaqla dörd böyük regiona ayrılır. Şimali Tyanşana enlik istiqamətə yaxın uzanan bir sıra dağlar (Qırğız, Talas, Zaili Alatausu, Kunqey Alatausu) və yarımqapalı dərin çökmə sahələri olan Rvuy və Talas daxildir. Şimali Tyanşan Mərkəzi Tyanşandan qapalı çökəkliklər ilə ayrılır ki, bunlarında ən böyüyü İssık-Kuldur. Bundan başqa həmin sistemə Koçkor, Çumqol Susamır və Getmen-Tyubin çökəklikləri daxildir.
Tyanşan dağları kifayət qədər yağıntı olmayan dağ sisteminə daxildir. Buna görə də onun ən başlıca xüsusiyyətlərindən biri burada quruluğunun aydın əks olunmasıdır. Tyanşan dağlarının mürəkkəb relyefə malik olan geniş ərazidə yağıntıların orta çox illik miqdarı 100 – 250 mm -lə , 800 – 1000 mm arasında dəüişir İssık-Kul çökəkliyinin qərb hissəsində yerləşən Rıbaçi şəhərində ən az yağıntı (110 mm) düşür. Maksimal yağıntı Çatkal dağlarının şərq kənar hissəsinin cənub qərb yamyclarında düşür. Burada illik yağıntıların miqdarı 800 – 1000 mm , suayrıcıya yaxın sahələrdə isə 1100 mm təşkil edir.
Çayları və onların hidroloji rejiminin əsas xüsusiyyətləri
redaktəTyanşan çox böyük dağ sistemi olub, onun uzunluğu 2500 km-ə yaxındır. Dağların mütləq yüksəkliyi 5000 m- dən artıqdır. Burada geniş yayılmış hamar relyefli sahələrin — sırımların mütləq yüksəkliyi 3000 – 4000 m arasında tərəddüd edir. Tyanşan dağları çoxlu miqdarda çayların olması ilə xarakterik olub, onlar bilavasitə Orta və Mərkəzi Asiyanın daxili hövzələrinə aiddir. Ərazinin böyük çayları Sırfdəya — (uzunluğu 2212 km) Çu (1305 km), İli (1439 km), Talas (661 km), Narın (578 km), Çatqal (240 km) və s. Bunlarla yanaşı ərazidə çoxlu miqdarda xırda dağ çayları da mövcuddur ki, onlar da bu və ya digər çay sisteminin qolları təşkil edir və yaxud öz sularını daxili çökəkliklərdəki göllərə çıxarır. Ərazi çayları müxtəlif qida mənbələrinə malikdir.
Son dövrlərə qədər bir sıra tədqiqatçılar belə hesab edirlər ki, Orta Asiyanın, o cümlədən də Tyanşanın çaylarının qidalanmasında əsas rolu müasir buzlaqlar oynayır. V. İ. Şultsun (1956, 1958) apardığı tədqiqatların nəticəsi bu fikrin düzgün olmadığını göstərir. Şübhəsiz ki, müəllifin düzgün olaraq göstərdiyi kimi hövzələrində buzlaqların geniş yayıldığı çayların qidalanmasında buzlaqların rolu böyük ehtiyac duyulan yayın ikinci yarısında artır. Tyanşan çaylarının qidalanmasında qar və buzlaqlarla yanaşı əksərən yazda və payızda düşən yağış suları da mühüm rol oynayır. Lakin yağış suları səthdən tez buxarlandığından və bitki örtüyü vasitəsiylə transprasiya olduğundan onların çayların qidalanmasında rolu daha azdır. Təbiidir ki, dağ çaylarının sutoplayıcısı ancaq mütləq yüksəklikləri əhatə etdikcə, onların qidalanmasında yağış sularının payı artır. Lakin sutoplayıcılarının ancaq dağlarda yerləşən çaylarda belə yağış suları ilə qidalanma onların ümumi axımının 10–15 dən artıq leyildir. Onu da göstərmək lazımdır ki, Tyanşan çaylarının bir çoxunun maksimal sərfinin formalaşmasında sellərin və daşqınların yaranmasında qısa müddətli leysan yağışların əhəmiyyəti böyükdür.
Qış mövsümündə çayların əsas qida mənbəyini yeraltı sular təşkil edir. Atbaşı, Keqen və Qərbi Aksayda və bir çox başqa çaylarda ümumi axımın 35 faizə qədərini yeraltı sular təşkil edir. Dağ ətəyi Şleyf zonalarında çıxan bulaqlardan başlanan kiçik çayların qidalanmasında yeraltı sular üstünlük təşkil edir. Çoxlu inkişaf edə bilən kiçik çaylar xalq arasında qarasu adlanır. Belə kiçik çaylar (qarasular) Qaraqoyun dərəsində, Orta Narın çökməsində və Qırğızıstanın dağlarının şimal yamacının dağətəyi hissəsində çox yayılmışdır.
Şəkillər
redaktə-
Ala göl
Torpaq örtüyü
redaktəTyanşan dağ sistemi uzun və mürəkkəb geoloji inkişaf yolu keçib tektonik hərəkətlərlə müxtəlif yüksəkliyə qaldırıldığından relyefin şaquli zonallığı yaranmışdır. Bu da öz növbəsində mövcud qurşaqlar üzrə torpaq örtüyünün müxtələfliyini yaratmışdır. Ərazinin torpaq örtüyü öz xüsusiyyətlərinə görə Orta Asiya və Mərkəzi Qazaxıstan torpaq - geobotaniki əyalətinə aid edilir.
Tyanşan materik daxili səhralar zonasının orta hissəsində yerləşdiyindən və bura üçün iqlimin quraqlığı səciyyəvi olduğundan onun torpaq örtüyü ilə (həmçinin bitki örtüyü ilə), Monqolustanın, Şərqi Pamirin, Tibetin və eləcə də Aral və Balxaş boyunun torpaq örtüyü arasında böyük oxşarlıq vardır. Bütün dağlıq ölkələrdə olduğu kimi Tyanşanın da torpaq örtüyü şaquli qurşaqlığa tabe olub zonalar üzrə müxtəliflik yaradır. Biz aşağıda yüksəklik landşaft zonaları üzrə ərazidə yayılmış əsas torpaq tiplərinin qısa səciyyəsini verəcəyik.
Düzənlik öndağlığın səhra zonası-dağətəyi maili düzənlikləri, dağ daxili çökəkliklərin diblərini və bir çox dağların ətək hissəsini tutub mütləq yüksəkliyi başlıca olaraq 800 – 1300 m arasında dəyişir. Bununla yanaşı səhralar fraqmentlər şəklində bəzi sahədə 2000 m — dən (Qərbi İssık — Kulda, Narın çayı dərəsində) yuxarı qalxa bilər. Bu zona üçün karbonatlı süxurlar üzərində inkişaf edən boz torpaqlar xarakterikdir.
Relyefin mütləq yüksəkliyinin artması istiqamətində boz — qonur torpaqların, açıq, adi və tünd növləri bir — birini əvəz edir. Açıq və boz qonur torpaqlar başlıca olaraq səhra zonası üçün xarakterikdir.
Adi və tünd boz qonur torpaqlar isə yarım səhra zonası üçün xarakterikdir. Bu torpaqlar öz mexaniki tərkiblərinə görə də çox müxtəlifdirlər. Kənd təsərrüfatının inkişafı cəhətdən bu torpaqların ən qiymətlisi gillicəli boz — qonur torpaqlardır ki, bunlarda mədəni suvarma əkinçiliyində geniş istifadə olunur. Gipsli boz — qonur torpaqların inkişaf etdiyi daşlı — qırıntılı səhralar üçüncü dövr və təbaşir yaşlı çay daşlarının, konqlomeratların, əhəng daşların, şistlərin yayıldığı sahələrdə inkişaf etmişdir ki, bunlar da müxtəlif duzlar və gips vardır.
Düzənlik öndağlıq yarımsəhra zonasının torpaqları başlıca olaraq boz — qonur və qismən şabalıdı torpaqlar tiplərinə aid edilir. Boz — qonur torpaqlar əsasən lyos və lyosabənzər gillicələr üzərində inkişaf etmişdir. Səhra zonasından fərqli olaraq burada adi və boz — qonurtorpaqlar yayılmışdır ki, bunlarında tərkibində humusun miqdarı açıq boz qonur torpaqlarla nisbətən çoxdur. Adi boz qonur torpaqların tərkibində 1,5 % −2,5 %, tünd — bozqonur torpaqların tərkibində isə 3,5 % — dən çox humus vardır. Bu torpaqlar nisbətən yaxşı sukeçirmə və rütubət saxlama qabiliyyətinə malikdir. Adi boz — qonur torpaqlar Şimal və Daxili Tyanşan dağının ətəklərində və dağarası çökəkliklərində geniş yayılıb, terras düzənliklərini İssık-Kul və Narın çökəkliyini əhatə edir. Onların arasında mütlək yüksəklik 1600 – 2100 m arasında dəyişir.
Qeydlər
redaktəMənbə
redaktəİstinadlar
redaktə- ↑ Акшијрак // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 210.
- ↑ Azərbaycan alpinistləri “Tyan-Şan-2013” – “Xan Tenqri” və “Qələbə” zirvələrinə ekspedisiyaya başlamışlar Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine. Azərbaycan Dövlət İnformasiya Agentliyi.
- ↑ Tanrı dağları ilə söhbət Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine. Qafqazinfo.
Ədəbiyyat
redaktə- The Contemporary Atlas of China. 1988. London: Marshall Editions Ltd. Reprint 1989. Sydney: Collins Publishers Australia.
- The Times Comprehensive Atlas of the World. Eleventh Edition. 2003. Times Books Group Ltd. London.
Xarici keçidlər
redaktə- Russian mountaineering site Arxivləşdirilib 2013-04-24 at the Wayback Machine
- Tien Shan Arxivləşdirilib 2008-06-09 at the Wayback Machine
- United Nations University (2009) digital video "Finding a place to feed: Kyrgyz shepherds & pasture loss": Shepherd shares family's observations and adaptation to the changing climate in highland pastures of Kyrgyzstan's Tian Shan mountains Accessed 1 December 2009