Ucan Qazlar Modeli - Wikipedia
Uçan qazlar modeli və ya uçan qazlar paradiqması (雁行形態論, Qanko keytay-ron?)[1] — Kaname Akamatsu tərəfindən yaradılmış iqtisadi nəzəriyyə. Bu nəzəriyyəyə əsasən Yaponiya elm və texnologiya sahəsində regionun aparıcı ölkəsi kimi təsvir olunur.[2]
Modelə görə əmtəə mal istehsalının nisbətən daha az inkişaf etmiş ölkələrə keçdiyi regional iyerarxiyada Asiya ölkələri Qərb ölkələrini üstələyəcək. Beləliklə, regiondakı zəif inkişaf etmiş ölkələr inkişaf etmiş ölkələrin arxasında vəhşi qazların uçuş nizamında olduğu kimi sıralanmış formada təsvir olunur.[4] Ən qabaqda uçan qaz Yaponiyadır. İkinci sırada uçan qazlar sənayeləşdirilmiş iqtisadiyyata malik ölkələrdir (Cənubi Koreya, Sinqapur, Çin Respublikası və Honkonq). Üçüncü sırada ASEAN-ın ən inkişaf edən ölkələri (Tailand, Malayziya və İndoneziya), dördüncü sırada isə regionun ən az inkişaf etmiş ölkələri (Çin, Vyetnam, Filippin) dayanır.[5]
İnkişaf pillələri
redaktəAkamatsu öz modelində inkişafı üç pilləyə bölürdü:[6][7]
I pillə: az inkişaf etmiş iqtisadiyyat beynəlxalq iqtisadiyyata ilk daxil olanda, onun təfərrüatı olan ilkin mallar ixrac olunur, sənayə malları isə istehlak üçün iqtisadiyata idxal olunur.
II pillə: ölkənin gələcəkdə milli ixracatın böyüməsi üçün idxal olunan malların yeni daxili istehsal yerləri yaradılır. Daxili bazarda alıcı gücü artdığına görə orda satmaq daha çox gəlir gətirir və beləliklə, yeni istehsal olunan mallar elə daxili bazarda satılır və daxili kapital bu aktivliyə cəlb olunur. Milli iqtisadi siyasət bu daxili istehsal meyili üzə çıxanda onu stimullaşdırır. Daha inkişaf olmuş ölkələrdə istehsal olunan malların idxalı ləngiyib, aşağı düşür. Eyni zamanda, istehlak malların istehsalın sıçrayışına görə daha inkişaf etmiş ölkələrdən mexaniki avadanlığın idxalı artır.
III pillə: Daxili istehlak mallarının istehsalı ixrac sənayəsi səviyyəsinə çatır. Bu pillədə daxili bazarların çoxluğu daxili sənayə mallarının bazarlarına çevrilir. İstehsal kütləvi səviyyəyə çatır və xarici bazarlara malların ifrat dərəcədə ixracı baş verir. Əvvəl idxal olunan mexaniki avadanlığın daxili istehsalı artır, idxalı isə azalmağa başlayır.
Akamatsudan təsirlənən Odzavanın fikrinə görə Yaponiyanın iqtisadi inkişafı uçan qazlar modeli, birbaşa xarici investisiyalar və başqa iqtisadi faktorların nəticəsində baş vermişdir. Halbuki, o, Yaponiyanın inkişaf modelini beş pillə ilə izah edir:[3]
I pillə: yüngül sənayə (toxuculuq).
II pillə: ağır sənayə (polad və kimya).
III pillə: quraşdırma sənayəsi (avtomobil).
IV pillə: araşdırma və inkişaf sənayəsi (mikroçip və kompüter).
V pillə: internet sənayəsi (məlumat).
İstinadlar
redaktə- ↑ "НОВАЯ СТАДИЯ В «ДОГОНЯЮЩЕМ» РАЗВИТИИ (НА ПРИМЕРЕ СТРАН – ЧЛЕНОВ АТЭС) by И.С. Троекурова с.3" (PDF). 2019-07-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-03.
- ↑ Japan and the 'Flying Geese' Pattern of East Asian Integration by Fumitaka Furuoka p. 2
- ↑ 1 2 Ohaşi, Hiroşi. "Book Review: Terutomo Ozawa, Institutions, Industrial Upgrading, and Economic Performance in Japan, 2005". J. Japanese Int. Economies (22). 2008: 683–686.
- ↑ Ozawa, T. (2005): Institutions, Industrial Upgrading, and Economic Performance in Japan – The ‘Flying-Geese Paradigm of Catch-up Growth. Northampton, Massachusetts: Edward Elgar Publishing. p. 9
- ↑ Kasahara S. (2004): The Flying Geese Paradigm: A Critical study of Its Application to East Asian Regional Development, United Nations Conference on Trade and Development, Discussion Paper # 169, April. pp. 2–13
- ↑ "НОВАЯ СТАДИЯ В «ДОГОНЯЮЩЕМ» РАЗВИТИИ (НА ПРИМЕРЕ СТРАН – ЧЛЕНОВ АТЭС) by И.С. Троекурова с.3-4" (PDF). 2019-07-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-03.
- ↑ Kojima, Kiyoshi. "The "flying geese" model of Asian economic development: origin, theoretical extensions, and regional policy implications". Journal of Asian Economics (11). 2000: 375–401.