Uefa Cempionlar Kuboku - Wikipedia
UEFA Çempionlar Liqası — Avropanın öz ölkə çempionatlarında müvəffəqiyyət qazanan klubların mübarizə apardığı ən məşhur futbol turniridir. Turnirin adı 1992-ci ilə qədər Çempion Klublar Kuboku olmuşdur. 1992–1993-cü il mövsümündən etibarən turnir UEFA Çempionlar Liqası adlanır. Turnirin ilk oyunları 1955-1956-cı il mövsümündə keçirilmişdir. Qaydalara uyğun olaraq pley-off mərhələsini keçən və qrup yarışlarına birbaşa düşən komandalar qruplara bölünür. 1997-ci ildən etibarən klub reytinqləri yüksək olan ölkələrin çempionları ilə yanaşı 2-ci, 3-cü, bəzən isə 4-cü yeri tutmuş komandaları da turnirə birbaşa vəsiqə qazanır və ya pley-off mərhələsində oynamaq hüququ əldə edir. Hər komanda rəqib klub ilə 2 oyun keçirir (evdə və səfərdə). Qrupda müvəffəqiyyət qazanan komandalar öz aralarında 1/8, 1/4 və 1/2 oyunları keçirir (yenə də həm evdə, həm də səfərdə olmaqla 2 oyun). Final oyunu isə 1 dəfə olur (əvvəlcədən müəyyənləşdirilmiş meydançada).
UEFA Çempionlar Liqası | |
---|---|
Açılış ili | 1955 |
Komandaların sayı |
32 (qrup mərhələsi) 78 və ya 79 (toplam) |
Son çempion | Real Madrid |
Ən uğurlu klub |
Real Madrid (15 dəfə) |
TV yayımçıları |
CBC Sport İctimai TV |
Cari mövsüm | |
← 2022–23 2024–25 → |
UEFA Çempionlar Liqası Azərbaycanda 2000–2009-cu illər arasında ANS-də yayımlanırdı. 2009-cu ildən 2012-ci ilədək Lider TV-də yayımlandı. 2012–2018-ci illərdə AzTV və İdman Azərbaycan kanallarında yayımlandı. 7 avqust 2018-ci ildə CBC Sport, 14 fevral 2023-cü ildən etibarən isə İctimai Televiziya tərəfindən yayımlanır.
Tarixi
redaktəUEFA Çempionlar Kuboku XX əsrin ikinci yarısında UEFA tərəfindən Avropada keçirilmiş ən nüfuzlu klub turniri idi. İlk turnir 1955/1956 mövsümündə, sonuncu turnir isə 1991/1992 mövsümündə keçirilmişdir. 1992/1993 mövsümündə turnirin adı və formatı dəyişdirilərək UEFA Çempionlar Liqası ilə əvəz edilmişdir.
Mükafatlar
redaktəKubok və medallar
redaktəHər il qalib komandaya Avropa Çempionlar kuboku təqdim edilir. Kuboku 3 il ardıcıl və ya ümumilikdə beş dəfə qazanan komanda, kubokun dəqiq kopyasını saxlamaq hüququ əldə edir (orijinal kubok həmişə UEFA-da qalır). Bu vaxta kimi bu hüququ Real Madrid, Ayaks, Bayern Münxen, Milan, Liverpul və Barselona əldə edib. Hazırkı kubok gümüşdən hazırlanmışdır, hündürlüyü 74 sm, kütləsi 11 kq-dır. Bu kubok 1966-ci ildə Bern zərgəri olan Jorq Stadelman tərəfindən hazırlanmışdır. 2012-2013-cü ildən etibarən Çempionlar Liqasının qalibi olmuş komandaya 40 qızıl medal, finalda məğlub olmuş komandaya isə 40 gümüş medal təqdim edilir.
Pul mükafatları
redaktə2015-16-ci ildən etibarən UEFA tərəfindən pley-off mərhələsində qalib gələn komandaya 2 milyon, məğlub olan komandaya isə 3 milyon avro mükafat təyin edilmişdir. Qrup mərhələsinə çıxış 12 milyon avro, qrup mərhələsində qazanılmış hər bir qələbəyə görə 1.5 milyon, heç-heçəyə görə isə 500 000 avro pul mükafatı mövcuddur. Bundan əlavə, qrup mərhələsini adlamış komandaya 5.5 milyon, 1/4 finala çıxmış komandaya 6 milyon, yarımfinala çıxmış komandaya 7 milyon, finala çıxmış komandaya 10.5 milyon, qalib olmuş komandaya isə 15 milyon avro pul mükafatı təqdim edilir.
- Birinci təsnifat mərhələsi: €200,000
- İkinci təsnifat mərhələsi: €300,000
- Üçüncü təsnifat mərhələsi: €400,000
- Pley-offda məğlub olma: €3,000,000
- Pley-offda qalib olma: €2,000,000
- Qrup mərhələsinə çıxış: €12,000,000
- qrup mərhələsində qazanılmış qələbə: €1,500,000
- qrup mərhələsində əldə edilmiş heç-heçə: €500,000
- 1/8 final: €5,500,000
- 1/4 final: €6,000,000
- 1/2 final: €7,000,000
- Finalda məğlub olma: €10,500,000
- Finalda qələbə: €15,000,000
Turnirin statistikası
redaktəƏn çox qalib gələn klublar
Klub | Qalib | Finalçı | Qəlib gəldiyi illər | 2-ci yer tutduğu illər |
---|---|---|---|---|
Real Madrid | 15 | 3 | 1956, 1957, 1958, 1959, 1960, 1966, 1998, 2000, 2002, 2014, 2016, 2017, 2018, 2022, 2024 | 1962, 1964, 1981 |
Milan | 7 | 4 | 1963, 1969, 1989, 1990, 1994, 2003, 2007 | 1958, 1993, 1995,2005 |
Liverpul | 6 | 3 | 1977, 1978, 1981, 1984, 2005, 2019 | 1985, 2007,2018, 2022 |
Bayern Münhen | 6 | 5 | 1974, 1975, 1976, 2001, 2013, 2020 | 1982, 1987, 1999, 2010, 2012 |
Barselona | 5 | 3 | 1992, 2006, 2009, 2011, 2015 | 1961, 1986, 1994 |
Ayaks | 4 | 2 | 1971, 1972, 1973, 1995 | 1969, 1996 |
Inter Milan | 3 | 3 | 1964, 1965, 2010 | 1967, 1972, 2023 |
Mançester Yunayted | 3 | 2 | 1968, 1999, 2008 | 2009, 2011 |
Yuventus | 2 | 7 | 1985, 1996 | 1973, 1983, 1997,1998, 2003, 2015, 2017 |
Benfika | 2 | 5 | 1961, 1962 | 1963, 1965, 1968,1988, 1990 |
Nottingem Forest | 2 | 0 | 1979, 1980 | - |
Porto | 2 | 0 | 1987, 2004 | - |
Seltik | 1 | 1 | 1967 | 1970 |
Hamburq | 1 | 1 | 1983 | 1980 |
Styaua Buxarest | 1 | 1 | 1986 | 1989 |
Olimpik Marsel | 1 | 1 | 1993 | 1991 |
Dortmund | 1 | 1 | 1997 | 2013 |
Çelsi | 2 | 1 | 2012,2021 | 2008 |
Feyenoord | 1 | 0 | 1970 | - |
Aston Villa FK | 1 | 0 | 1982 | - |
PSV Eyndhoven | 1 | 0 | 1988 | - |
Srvena Zvezda Belqrad | 1 | 0 | 1991 | - |
Reyms | 0 | 2 | - | 1956, 1959 |
Atletiko Madrid | 0 | 3 | - | 1974, 2014,2017 |
Valensia | 0 | 2 | - | 2000, 2001 |
Fiorentina | 0 | 1 | - | 1957 |
Ayntraxt Frankfurt | 0 | 1 | - | 1960 |
Partizan Belqrad | 0 | 1 | - | 1966 |
Panatinaykos | 0 | 1 | - | 1971 |
Lids Yunayted | 0 | 1 | - | 1975 |
Seint Etyen | 0 | 1 | - | 1976 |
Borussiya Münhenqlaudbax | 0 | 1 | - | 1977 |
Brügge | 0 | 1 | - | 1978 |
Malmö FF | 0 | 1 | - | 1979 |
Roma | 0 | 1 | - | 1984 |
Sampdoriya | 0 | 1 | - | 1992 |
Bayer Leverkuzen | 0 | 1 | - | 2002 |
AS Monako | 0 | 1 | - | 2004 |
Arsenal | 0 | 1 | - | 2006 |
Tottenhem | 0 | 1 | - | 2019 |
Paris Sen-Jermen | 0 | 1 | - | 2020 |
Ən böyük hesablı qələbələr:
- Real Madrid - Malmö - 8:0
- Liverpul - Beşiktaş – 8:0
- Real Madrid - Genk - 7 : 0
- Arsenal - Slaviya Praqa – 7:0
- Yuventus - Olimpiakos – 7:0
Ən çox qol vuran futbolçular:
Qeyd:Statistik göstəricilər 2021-ci ilin aprel ayına qədər qeydə alınan nəticədir
Oyunçu | Ölkə | Qol sayı | Oyun sayı | Əmsal | İllər | Klub | |
1 | Kriştiano Ronaldo | Portuqaliya | 134 | 176 | 0.76 | 2003- | Real Madrid,Mançester Yunayted Yuventus FK |
2 | Lionel Messi | Argentina | 120 | 149 | 0.81 | 2005- | Barselona |
3 | Robert Levandovski | Polşa | 77 | 96 | 0.5 | 2011- | Borussia Dortmund FK, Bayern Münhen FK |
4 | Raul | İspaniya | 71 | 142 | 0.5 | 1995-2011 | Real Madrid, Şalke 04 |
5 | Kərim Benzema | Fransa | 70 | 128 | 0.5 | 2006- | Real Madrid, Lyon FK |
6 | Ruud van Nistelroy | Niderland | 56 | 73 | 0.77 | 1998-2009 | PSV, Mançester Yunayted, Real Madrid |
7 | Tyerri Anri | Fransa | 50 | 112 | 0.45 | 1997-2010 | AS Monako, Arsenal, Barselona |
8 | Alfredo Di Stefano | İtaliya | 49 | 58 | 0.84 | 1955-1964 | Real Madrid |
9 | Andrey Şevçenko | Ukrayna | 48 | 100 | 0.48 | 1994-2015 | Dinamo Kiyev, Milan, Çelsi |
Zlatan İbrahimoviç | İsveç | 48 | 120 | 0.40 | 2001- | PSJ FK, Milan FK, Barselona FK, İnter Milan FK, Yuventus FK, Ayaks FK | |
Tomas Müller | Almaniya | 48 | 124 | 0.39 | 2008- | Bayern Münhen FK | |
10 | Eysebio | Portuqaliya | 46 | 65 | 0.71 | 1961-1974 | Benfika |
Filippo İnziagi | İtaliya | 46 | 81 | 0.57 | 1997-2012 | Yuventus FK, Milan FK | |
11 | Didier Droqba | Kotdivuar | 44 | 92 | 0.48 | 2003-2015 | Olimpik Marsel FK, Çelsi FK, Qalatsaray FK |
12 | Alessandro Del Piero | İtaliya | 42 | 89 | 0.47 | 1995-2009 | Yuventus FK |
13 | Neymar | Braziliya | 41 | 67 | 0.61 | 2013- | Barselona FK, PSJ FK |
Serxio Aqüero | Argentina | 41 | 76 | 0.54 | 2008- | Atletiko Madrid FK, Mançester Siti FK | |
14 | Ferenc Puşkaş | Macarıstan | 36 | 41 | 0.88 | 1956-1966 | Budapeşt Honevd FK, Real Madrid FK |
15 | Edinson Kavani | Uruqvay | 35 | 65 | 0.54 | 2011- | Napoli FK, PSJ FK |
Ən çox oyun keçirən futbolçular
Oyunçu | Ölkə | Oyun sayı | Qollar | Qol əmsalı | Avropada debütü | Klub | |
1 | Xavi Hernandez | İspaniya | 150 | 12 | 0.08 | 1998 | Barselona |
2 | İker Kassilyas | İspaniya | 150 | 0 | 0.00 | 1999 | Real Madrid |
3 | Raul Qonzales | İspaniya | 142 | 71 | 0.50 | 1995 | Real Madrid, Şalke 04 |
4 | Rayan Giqz | Uels | 141 | 29 | 0.20 | 1993 | Mançester Yunayted |
5 | Klarenz Sedolf | Niderland | 125 | 12 | 0.09 | 1992 | Ayaks, Real Madrid, Milan, İnter Milan |
6 | Pol Skoulz | İngiltərə | 124 | 25 | 0.20 | 1994 | Mançester Yunayted |
7 | Roberto Karlos | Braziliya | 120 | 17 | 0.14 | 1996 | İnter Milan, Real Madrid, Fənərbaxça |
8 | Kristiano Ronaldo | Portuqaliya | 176 | 134 | 0.67 | 2003 | Mançester Yunayted, Real Madrid |
9 | Karles Puyol | İspaniya | 115 | 2 | 0.17 | 1999 | Barselona |
10 | Tyerri Anri | Fransa | 112 | 51 | 0.45 | 1993 | As Monako, Barselona, Arsenal |
Ən tez qol vuran futbolçu:
- Roy Makay ( Bayern Münhen) - 2006-cı il martın 7-də Real Madrid ilə oyunun 10.03-cü saniyəsində fərqlənib.
1 mövsümdə ən çox qol vuran futbolçu:
- Kriştiano Ronaldo ( Real Madrid) – 2013/2014-cü il mövsümü - 16 qol.
1 oyunda 4 qol vuran futbolçular:
- Marko van Basten
- Filippo İnzagi
- Dado Prşo
- Rud van Nistelroy
- Andrey Şevçenko
- Robert Levandovski
- Zlatan İbrahimoviç
Ən sürətli het-trik:
Mayk Nyuell (“Bləkbörn”) – 6 dekabr 1995-ci ildə “Rusenborq”la oyunda 9 dəqiqəyə 3 qol vurub.
Qol vuran ən gənc futbolçu:
Peter Ofirikuaye – 17 yaş 195 günlükdə 1 oktyabr 1997-cü ildə “Rusenborq” – Olimpiakos oyununda fərqlənib.
3 fərqli klubda 4 kubok qazanan futbolçu:
Klarens Zeedorf 1995-ci ildə “Ayaks”da, 1998-ci ildə "Real"da, 2003-cü və 2007-ci illərdə “Milan”da
Kuboku qazanan ən cavan və ən qoca məşqçilər:
Ən gənc məşqçi - Xose Villalonqa 1956-cı ildə, 36 yaş 185 günlüyündə Madrid "Real"ına kubok qazandırıb.
Ən qoca məşqçi – Raymond Qotals 1993-cü ilində, 71 yaş 232 günlüyündə “Marsel”ə kubok qazandırıb.
Uzatma dəqiqələri oynanılan finallar:
- 53 finalın 14-də uzatma dəqiqələri oynanılıb. Bunlardan 9-da isə oyunsonrası penaltilər seriyasına müraciət olunub.
Ardıcıl iki oyunda het-trik:
- Luis Ardiano (Şaxtyor Donetsk) 2014/15-ci il mövsümündə BATE Borisov komandasına qarşı.