Besiktas Pfk - Wikipedia
Beşiktaş Peşəkar Futbol Klubu (türk. Beşiktaş Profesyonel Futbol Takımı) — Türkiyənin İstanbul şəhərini təmsil edən futbol klubudur. Türkiyə Super Liqasında mübarizə aparır. 3 mart 1903-cü ildə Beşiktaş Gimnastika Klubunun nəznində təsis edilib. 2013-cü ilə qədər öz ev oyunlarını Beşiktaş İnönü Stadionunda keçirirdi. 2016-cı ilin aprel 11-dən bəri oyunlarını artıq yeni tikilmiş Vodafone Parkda keçirməyə başladı. Yeni stadionun tikildiyi müddətdə isə ev oyunlarını Atatürk Olimpiya Stadionu, Başakşehir Fatih Terim Stadionu və Osmanlı Stadionunda oynayırdı.Beşiktaş klubunun ən yaxşı oyunçusu Azərbaycan vətəndaşı olan Faiq Məmmədovdur. Faiq Məmmədovun statiskaları beşiktaş klubunun ən yaxşı statiskasıdır.
Beşiktaş PFK | ||||
---|---|---|---|---|
Klubun tam adı | Beşiktaş Peşəkar Futbol Klubu | |||
Ölkə | Türkiyə | |||
Ləqəb(lər) | Qara Qartallar | |||
Rəng(lər) | Qara-Ağ | |||
Yaranma tarixi | 3 mart 1903 | |||
Stadionu | Vodafone Park | |||
Tutumu | 42.590 | |||
Prezidenti | Hasan Arat | |||
Baş məşqçisi | Fernando Santos | |||
Liqa | Türkiyə Super Liqası | |||
2022/2023 | 3. | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Beşiktaş 16 dəfə Türkiyə Super Liqası, 10 dəfə Türkiyə Kuboku və 9 dəfə Türkiyə Super Kubokunun Çempionu olub. Beşiktaş 1986/1987 mövsümündə UEFA Çempionlar Liqasında 1/4 finala qədər irəlləyə bilmişdi. Bu nəticə Beşiktaşın tarixində Avropa arenasındaki ən yaxşı nəticəsidir. Beşiktaş Çempionlar liqası qruplarında tək naməğlub türk klubudur.
Tarixi
redaktəİlk illər futbola çox meyl göstərilməsə də, 1910-cu illərdə gimnastika ilə məşğul olanlar aralarında futbol oynamağa başladılar. O illərdə Osmanlı İmperatorluğunda futbola meyl artmaqda idi. Beşiktaş ilə birlikdə Valideçeşme və Bəsirət klublarının təşkil edilməsi ilə rəqabət artmışdı. 1911-ci ilin Avqust ayında Valideçeşme klubunun yaradıcısı Şərəf Bəy Beşiktaş klubuna qoşuldu. Şərəf Bəyin cəhdləri ilə Bəsirət klubu da Beşiktaşa qoşuldu. Bunun nəticəsi ilə futbol şöbəsi tam olaraq fəaliyyətə başladı. I Dünya Müharibəsinin başlanması ilə futbol fəaliyyətləri tamamilə dayandı. Dünya müharibəsindən sonra klub təkrar fəaliyyətini bərpa etdi və Akaretlər meydançasında məşqlər davam etdirildi.
Yeni Liqanın təşkili
redaktə1920-ci illərdə Beşiktaş iki əzəli rəqibiylə qarşılaşmasa da o dövrün güclü klublarını məğlub etmiş klub idi. 1919-cu ildə liqa tərtib komitəsi klubların liqada iştirak etməsi istəklərini rədd etdi. Şərəf Bəy, buna görə İstanbul Türk İdman Birliyi liqasını təşkil etdi və Beşiktaş burada çempion oldu. İkinci mövsümdə də Beşiktaş finalda Daruşşafakanı məğlub edərək 2-ci çempionluğunu qazandı.
İstanbul liqaları
redaktəCümə və Bazar liqalarının başa çatması ilə Türkiyə Futbol Çempionatı təşkil edildi. İstanbul liqasını qalib bitirən, bu çempionatda iştirak hüququ əldə edəcəkdi. İlk mövsümdə bütün oyunlarını qalib bitirən Beşiktaş çempion oldu. 6 noyabr 1931-ci ildə Fənərbaxça ilə oyunda bu klubunun oynuna çıxmamasına görə Beşiktaş texniki qalibiyyət əldə etdi. Beşiktaş ikinci çempionluğunu 1933–34 mövsümündə əldə etdi. Bu dövrdə Şərəf Bəy Çırağan Sarayının baxçasını klubun futbol sahəsi elan etdi. Lakin sonra yaşanan mübahisələr və baş verən hadisələr kluba yansıdı və bir sonraki çempionluq itirildi. 1937–38 mövsümündə ilk dəfə istifadə edilən top fərqi qaydası ilə çempionluq itirildi. Sonraki mövsüm heyətini dəyişdirməyən Beşiktaş 5 mövsüm ardıcıl çempion oldu və "Yenilməz Batalyon" adını aldı. 1946-cı ildə alınan çempionluqdan sonra bir dəfə 3-cülük, bir dəfə 2-cilikdən sonra heyət yeniləndi. 1950 və 1951 mövsümlərini də çempion başa vurdu. Sonra dəyişdirilən adı ilə İstanbul Peşəkar Liqasında ilk 2 mövsümü çempion olan Beşiktaş sonraki mövsüm qol fərqi ilə çempionluğu itirdi. 1959-cu ildə ilk dəfə 5-ci oldu.
Müasir dövr
redaktə1956–57 mövsümündə təşkil edilən Milli Küme liqasını çempion tamamlayan Beşiktaş, TFF tərəfindən adının UEFA-ya bildirilməsi unudulduğuna görə 1957–58 Çempionlar Kubokunda iştirak hüququnu itirdi. 1957–58 mövsümünü də çempion tamamlayan Beşiktaş bu dəfə 1958–59 mövsümündə UEFA Çempionlar Kubokunda iştirak hüququnu əldə etdi. İlk matçda Olimpiyakos ilə qarşılaşacaq Beşiktaş, rəqibin sahəyə çıxmamasına görə növbəti tura yüksəldi. Sonraki turda Real Madrid ilə qarşılaşan Beşiktaş, ümumilikdə 3–1 hesabı ilə məğlub olaraq kubokdan ələndi. 1959-cu ildən sonra isə müasir Türkiyə Super Liqası oynanmağa başladı. 2001-ci ildə TFF tərəfindən verilən qərar ilə bu iki çempionluq da Beşiktaşın çempionluğu olaraq qəbul edildi.
Peşəkar Liqalar
redaktə1959-cu ildən etibarən Türkiyə 1-ci liqası təşkil edildi. İlk Beşiktaşın məşqçisi Andrea Kutik oldu və 2-ci mövsümdə çempionluq əldə edildi. Sonra məşqçiliyə gələn serb məşqçi Lyubişa Spayiç ilə 1965–66 və 1966–67 mövsümlərində çempion oldu. 1960-cı və 70-ci illərdə Beşiktaş pis nəticələri ilə fərqləndi və bu illər ərzində 1 Türkiyə Kuboku, 2 Başbaxanlıq Kuboku, 1 də Cumhurbaşxanlığı kuboku qazanıldı.
Növbəti çempionluq 15 mövsüm sonra 1981–82 mövsümündə Yuqaslav məşqçi Dorde Miliç ilə əldə edildi. 5-ci və 4-cülükdən sonra 1984–85 mövsümündə top fərqi ilə çempionluq Fənərbaxçaya itirildi. Sonraki mövsüm isə Qalatasaraya qarşı top fərqi ilə çempionluq əldə edildi. 1986-87 UEFA Çempionlar Kubokunda ilk turda Dinamo Tirananı keçdi. 2-ci turda Cənubi Kipr klubu APOEL oyuna çıxmadığına görə növbəti tura yüksəldi və 1/4 finalda Dinamo Kiyevə ümumilikdə 0–7 hesabı ilə məğlub oldu və tarixinin ən yaxşı nəticəsini göstərmiş oldu.
Qordon Milne dövrü
redaktə1984-cü ildə prezident seçilən Süleyman Səba 1987-ci ildə Liverpulda oynamış keçmiş futbolçu Qordon Milneni məşqçiliyə gətirdi. İlk 2 mövsüm çempion ola bilməməsinə baxmayaraq, 3-cü mövsümdə həm Türkiyə liqası həm də Türkiyə kuboku qazanıldı və o mövsüm Türkiyə Futbol liqasının ən fərqli qalibiyyəti Adana Dəmirspora qarşı alınan 10–0-lıq qalibiyyət əldə edildi. Ardıcıl olaraq 3 il çempion olundu və 1991–92 mövsümünü məğlubiyyətsiz çempion tamamladı və bu Türkiyə rekordu idi. Bu dövrün ən uğurlu futbolçuları; Fəyyaz Uçar, Əli Gültəkin, Mətin Təkin, Rza Çalımbay, Məmməd Özdilək, Rəcəb Çətin, Ülvi Güvənəroğlu idi.
1990-cı illər
redaktəQordon Milnedən sonra məşqçiliyə gələn Kristof Daum ilə 1994–95 mövsümündə çempionluq əldə edildi. Qalatasarayın uğurları ilə keçən 90-cı illərdə Beşiktaş, Qalatasarayın əsas rəqibi idi. 1997–98 mövsümündə ilk dəfə UEFA Çempionlar Liqasında mübarizə apardı.
2000-ci illər
redaktə2000–01 mövsümündə Çempionlar Liqası qruplarında mübarizə aparsa da, qrupdan çıxmağı bacarmadı. Tək yadda qalan isə İstanbulda Barselonanın 3–0 məğlub edilməsi idi.
100-cü il
redaktə2002–03 mövsümündə 100-cü il olduğuna görə klub rəhbərliyi klubda radikal dəyişikliklər etdi. Məşqçiliyə Mirçea Luçesku təyin edildi. Uğurlu çıxışla və cəmi 1 məğlubiyyət ilə çempion oldu, UEFA Kubokunda isə tarixinin ən yaxşı nəticəsi olan 1/4 finala qədər yüksəldi.
Sonraki illər
redaktə2003–04 mövsümündə ilk dövrəni 2-ci, Fənərbaxçadan 8 xal üstün bitirsə də ikinci hissədə baş verən hadisələr və itirilən xallar ilə mövsümü Fənərbaxçanın 14 xal gerisində 3-cü pillədə başa vurdu və baş məşqçi Luçesku və prezident Sərdar Bilgili istefa verdi. Növbəti mövsüm Prezidentləyə İldırım Dəmirörən, baş məşqçiliyə isə Visente Del Boske seçildi. Ancaq uğursuz nəticələr ilə Del Boske göndərildi və Rza Çalımbay baş məşqçi təyin olundu. Bu mövsüm Fənərbaxçaya qarşı səfərdə 10 nəfərlə 4–3-lük qalibiyyət yadda qalan hadisə oldu. Növbəti mövsüm baş məşqçiliyə Jan Tiqana təyin olundu. Həmin mövsüm Qalatasaray və Fənərbaxçanın xeyli gerisində qaldı. 2006–07 mövsümündə isə Fənərbaxça ilə çempionluq mübarizəsi məğlubiyyətlə nəticələndi. 2007–08 mövsümündə baş məşqçiliyə Ərtuğrul Sağlam təyin edildi yenə çempionluq mübarizəsində 3-cülükdə qaldı və Çempionlar Liqasında isə qrupdan çıxa bilmədi. Liverpula qarşı alınan 8–0 məğlubiyyət ilə Çempionlar liqasının ən pis nəticəsi olaraq yadda qaldı. 2008–09 mövsümündə Ərtuğrul Sağlam istefa verməsi nəticəsində baş məşqçiliyə Mustafa Dənizli gəldi və o mövsümü Beşiktaş çempion olaraq başa vurdu. 2009–10 mövsümündə uğursuz çıxış nəticəsində Mustafa Dənizli klubdan ayrıldı. 2010–11 mövsümünə böyük ümidlərlə başlayan klub baş məşqçiliyə Bernd Şuster təyin edildi. Ulduz futbolçular; Rikardo Kuarejma, Quti Hernandez, Simao Sabrosa, Hüqo Almeyda və Manuel Fernandez transfer edildi. Lakin çox uğursuz nəticə göstərildi və Şuster istefa verdi. Mövsüm ortasında baş məşqçiliyə Tayfur Havutçu gəldi. Lakin iyul ayında baş verən "oyun alqı-satqısı"na görə, Tayfur Havutçunun həbs olunmasına görə müvəqqəti olaraq məşqçiliyə Karlos Karvalyal təyin edildi. Lakin bu mövsüm də uğursuzluqla nəticələndi. 2012-ci ildə Yıldırım Demirörənin Türkiyə Futbol Federasiyası prezidentliyinə seçilməsi ilə Beşiktaşın yeni prezidenti Fikrət Orman oldu. Klubun ciddi borcları nəticəsində bir çox futbolçu klubdan ayrıldı bəziləri isə maaşını azaltmağa məcbur oldu. 2012–13 mövsümündə baş məşqçiliyə Samet Aybaba təyin edildi və bu mövsüm "FEDA mövsümü" olaraq adlandırıldı. Məhdud heyətinə baxmayaraq mövsümü 3-cü başa vurdu. Bu mövsümün sonundan etibarən Beşiktaş İnönü Stadionu sökülərək yeni stadion inşaatına başlandı. Növbəti mövsüm baş məşqçiliyə Slaven Biliç təyin edildi. İlk dövrlər uğurlu çıxış edilsə də sonra çempionluq mübarizəsindən uzaqlaşıldı və mövsümü yenə 3-cü başa vurdu. 2014–15 mövsümündə isə Çelsidən transfer edilən Demba Banın uğurlu çıxışı ilə son 4 tura qədər çempionluq mübarizəsi verilsə də, son 4 oyunda uğursuz nəticə ilə mövsüm 3-cü pillədə başa vurdu. 2015–16 mövsümündə isə baş məşqçi postuna Şənol Günəş təyin edildi. 2015–16 mövsümünü çempion kimi başa vuran klub, ertəsi mövsüm Çempionlar Liqasında iştirak etdi. B qrubunda Benfika, Napoli və Dinamo Kiyev ilə eyni qrupda mübarizə aparan Beşiktaş, 7 xalla qrubun üçüncü bitirib, UEFA Avropa Liqasında mübarizəni davam etdirdi. 1/16 mərhələsində İsrailin Hapoel Ber Şeva klubu ilə mübarizəni ümumi hesabda 5–2 qalib bitirib, 1/8 finala yüksəldi. Bu turda Yunanıstanın Olimpiakos klubunu ümumi hesabda 5–2 məğlub edərək tarixində ikinci dəfə UEFA Avropa Liqasında (əvvəlki adı ilə UEFA Kuboku) 1/4 finala çıxmağı bacardı. 1/4 final mərhələsində Fransanın Olimpik Lion klubu ilə qarşılaşdı. Səfərdə 2–1 məğlub olsa da, evdə 2–1 qalib gəldi və əlavə vaxtda da hesab dəyişmədiyi üçün penalti seriyalarında Lion klubu 7–6 hesabı ilə qalib gəldi və Beşiktaş mübarizəni dayandırdı. May ayında klub Türkiyə Super Liqasını da çempion olaraq başa vurdu. 2017–18 mövsümünə klub Konyaspor ilə super kubok matçı ilə başladı. 2–1 məğlub oldu və ardıcıl ikinci dəfə super kubokda qalib ola bilmədi. 2017–18 Çempionlar Liqasında mübarizə aparan klub, Monako, Portu və Leypsiq ilə G qrubunda mübarizə apardı və qrubu 4 qalibiyyət və iki heç-heçə ilə lider başa vurdu və 1/8 final mərhələsində Almaniyanın Bavariya klubu ilə mübarizə apardı.
Məşqçiləri
redaktəSponsorlar
redaktəMövsüm | İstehsalçı | Forma reklamı | Qol reklamı | Arxa reklamı | Şortik Reklamı | Ayaq Reklamı |
---|---|---|---|---|---|---|
1977–78 | - | Pereja | - | - | - | - |
1980–81 | - | KİP | - | - | - | - |
1981–82 | Umbro | Umbro | - | - | Adidas | - |
1982–83 | Umbro | Anka | - | - | - | - |
1983–84 | Umbro | Doysan | - | - | - | - |
1984–85 | Umbro | Bağbank | - | - | - | - |
1985–86 | Sport | Sony | - | - | - | - |
1986–87 | Adidas | Bəslən Makarna | - | - | - | - |
1987–88 | Adidas | Toshiba, Titibank | - | - | - | - |
1988–89 | Adidas | Bozqurd Mənsucat | - | - | - | - |
1989–90 | Adidas | Dəmirtöküm, Aygaz | - | - | - | - |
1990–91 | Adidas | Beko | - | - | - | - |
1991–92 | Adidas | Beko | - | - | - | - |
1992–93 | Adidas | Beko | - | - | - | - |
1993–94 | Adidas | Beko | - | - | - | - |
1994–95 | Adidas | Beko | - | - | - | - |
1995–96 | Adidas | Beko | - | - | - | - |
1996–97 | Adidas | Beko | - | - | - | - |
1997–98 | Adidas | Beko | - | - | - | - |
1998–99 | Reebok | Beko | - | - | - | - |
1999–00 | Reebok | Beko | - | - | - | - |
2000–01 | Reebok | Beko | - | - | - | - |
2001–02 | Puma | Beko | Avea | - | - | - |
2002–03 | Puma | Beko | Avea | - | - | - |
2003–04 | Puma | Beko | Turkcell | - | - | - |
2004–05 | Puma | Turkcell | Turkcell | - | - | - |
2005–06 | Umbro | Cola Turka | Avea | - | - | - |
2006–07 | Umbro | Cola Turka | Avea | - | - | - |
2007–08 | Umbro | Cola Turka | Avea | - | - | - |
2008–09 | Umbro | Cola Turka | Avea | - | - | - |
2009–10 | Adidas | Cola Turka | Avea | - | - | - |
2010–11 | Adidas | Cola Turka | Avea | - | - | - |
2011–12 | Adidas | Toyota | Avea | Ülker | - | - |
2012–13 | Adidas | Toyota | Avea | Ülker | - | - |
2013–14 | Adidas | Toyota | - | Kalde | Bahçeşehir Koleji | - |
2014–15 | Adidas | Vodafone | Kalde | Beko | - | - |
2015–16 | Adidas | Vodafone | Kalde | Beko | Coca-Cola | - |
Formalar
redaktəEv formaları
redaktə
1990-91
|
1992-93
|
1992-93
|
1997-98
|
2002-03
|
2007-08
|
2008-09
|
2009-10
|
2010-11
|
2011-12
|
2012-13
|
2013-14
|
2014-15
|
2015-16
|
2016-17
|
Səfər formaları
redaktə
2002-03
|
2007-08
|
2008-09
|
2009-10
|
2010-11
|
2011-12
|
2012-13
|
2013-14
|
2014-15
|
2015-16
|
2016-17
|
3-cü formalar
redaktə
2002-03
|
2007-08
|
2008-09
|
2009-10
|
2010-11
|
2011-12
|
2012-13
|
2013-14
|
2014-15
|
2015-16
|
2016-17
|
Çempionluq və kuboklar
redaktəMövsüm | O | Q | B | M | A | Y | TF. | P | Uğur | Super Liqa | Türkiyə Kuboku | Super Kubok | Avropa | Baş məşqçi | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1959 | 14 | 8 | 2 | 4 | 22 | 16 | +6 | 18 | 0.57% | 2. | Remondini (7 Matç) Sayqun (7 Matç) | ||||
1959–60 | 38 | 29 | 7 | 2 | 68 | 15 | +53 | 65 | 0.76% | Çempion | Kuttik (38 Matç) | ||||
1960–61 | 38 | 22 | 11 | 5 | 61 | 26 | +35 | 55 | 0.58% | 3. | ÇL | 1-ci mərhələ | Puppo (38 Matç) | ||
1961–62 | 38 | 16 | 16 | 6 | 48 | 24 | +24 | 48 | 0.42% | 3. | Kuttik (25 Matç) Spayiç (13 Matç) | ||||
1962–63 | 42 | 29 | 10 | 3 | 92 | 27 | +65 | 68 | 0.69% | 2. | 3-cü Mərhələ | Spayiç (42 Matç) | |||
1963–64 | 34 | 22 | 8 | 4 | 57 | 19 | +38 | 52 | 0.65% | 2. | Yarım Final | Ernst Melxior (34 Matç) | |||
1964–65 | 30 | 16 | 9 | 5 | 47 | 17 | +29 | 41 | 0.53% | 2. | 6-cı Mərhələ | Spayiç (30 Matç) | |||
1965–66 | 30 | 20 | 8 | 2 | 52 | 16 | +36 | 48 | 0.67% | Çempion | Final | Final | Spayiç (30 Matç) | ||
1966–67 | 32 | 16 | 13 | 3 | 44 | 15 | +29 | 45 | 0.5% | Çempion | 1/4 Final | Çempion | ÇL | 1-ci mərhələ | Spayiç (32 Matç) |
1968–69 | 32 | 15 | 12 | 5 | 42 | 24 | +18 | 42 | 0.47% | 2. | 2-ci mərhələ | ÇL | 1-ci mərhələ | Jane Janevski (29 Matç) Rəcəb Adanır (3 Matç) | |
1968–69 | 30 | 14 | 10 | 6 | 30 | 20 | +10 | 38 | 0.47% | 3. | 1-ci mərhələ | Milovan Çiriç (30 Matç) | |||
1969–70 | 30 | 10 | 10 | 10 | 26 | 26 | 0 | 30 | 0.33% | 9. | 1-ci mərhələ | Krum Milev (22 Matç) Rəcəb Adanır (8 Matç) | |||
1970–71 | 30 | 10 | 13 | 7 | 31 | 20 | +11 | 33 | 0.33% | 6. | 1/4 Final | Dmitru Teoderesku (30 Matç) | |||
1971–72 | 30 | 12 | 10 | 8 | 28 | 23 | + 5 | 34 | 0.4% | 4. | 1/4 Final | Gündüz Qılınc (29 Matç) Nəcmi Mutlu (1 Matç) | |||
1972–73 | 30 | 9 | 13 | 8 | 14 | 18 | - 4 | 31 | 0.3% | 6. | 2-ci mərhələ | Abdullah Gegiç (30 Matç) | |||
1973–74 | 30 | 13 | 14 | 3 | 34 | 19 | +15 | 40 | 0.43% | 2. | Yarım Final | Çempion | Mətin Türəl (30 Matç) | ||
1974–75 | 30 | 11 | 11 | 8 | 29 | 24 | + 5 | 33 | 0.37% | 5. | Çempion | Final | UK | 1-ci Mərhələ | Mətin Tül (9 Matç) Qaya Köstəpən (4 Matç) |
1975–76 | 30 | 5 | 17 | 8 | 25 | 32 | - 7 | 27 | 0.17% | 11. | 1/4 Final | KK | 1-ci Mərhələ | Horst Buhtz (5 Matç) Gündüz Təkin Onay (25 Matç) | |
1976–77 | 30 | 13 | 7 | 10 | 35 | 24 | +11 | 33 | 0.43% | 4. | Final | Gündüz Təkin Onay (18 Matç) İsmət Arıqan (12 Matç) | |||
1977–78 | 30 | 12 | 8 | 10 | 33 | 29 | + 4 | 32 | 0.4% | 5. | 4-cü mərhələ | KK | 1-ci mərhələ | Rəcəb Adanır (3 Matç) Miloş Milutinoviç (27 Matç) | |
1978–79 | 30 | 10 | 9 | 11 | 33 | 32 | + 1 | 29 | 0.33% | 9. | 1/4 Final | Doğan Andaç (30 Matç) | |||
1979–80 | 30 | 9 | 10 | 11 | 25 | 27 | - 2 | 29 | 0.3% | 11. | 6-cı mərhələ | Sərpil Hamdi Tüzün (30 Matç) | |||
1980–81 | 30 | 12 | 7 | 11 | 27 | 23 | + 4 | 31 | 0.4% | 5. | 1/4 Final | Mətin Türəl (4 Matç) Ənvər Katib (3 Matç) Dorđe Miliç (23 Matç) | |||
1981–82 | 32 | 14 | 16 | 2 | 38 | 17 | +21 | 44 | 0.44% | Çempion | 6-cı mərhələ | Final | Dorde Miliç (32 Matç) | ||
1982–83 | 34 | 16 | 7 | 11 | 49 | 30 | +19 | 39 | 0.47% | 5. | 1/4 Final | ÇL | 1-ci mərhələ | Dorde Miliç (34 Matç) | |
1983–84 | 34 | 17 | 10 | 7 | 40 | 21 | +19 | 44 | 0.56% | 4. | Final | Dorde Miliç (28 Matç) Ziya Tanər (6 Matç) | |||
1984–85 | 34 | 19 | 12 | 3 | 49 | 19 | +30 | 50 | 0.56% | 2. | Yarım Final | KK | 1-ci Mərhələ | Branko Stankoviç (34 Matç) | |
1985–86 | 36 | 22 | 12 | 2 | 65 | 21 | +44 | 56 | 0.61% | Çempion | 6-cı mərhələ | Çempion | UK | 1-ci mərhələ | Branko Stankoviç (36 Matç) |
1986–87 | 36 | 23 | 7 | 6 | 67 | 26 | +41 | 53 | 0.64% | 2. | 5-ci Mərhələ | ÇL | 1/4 Final | Miloş Milutinoviç (36 Matç) | |
1987–88 | 38 | 22 | 12 | 4 | 68 | 29 | +39 | 78 | 0.58% | 2. | 1/4 Final | UK | 1-ci mərhələ | Milne (38 Matç) | |
1988–89 | 36 | 25 | 8 | 3 | 81 | 21 | +60 | 83 | 0.69% | 2. | Çempion | Çempion | UK | 1-ci mərhələ | Milne (36 Matç) |
1989–90 | 34 | 23 | 6 | 5 | 77 | 20 | +57 | 75 | 0.68% | Çempion | Çempion | Final | KK | 1-ci Mərhələ | Milne (34 Matç) |
1990–91 | 30 | 20 | 9 | 1 | 63 | 24 | +39 | 69 | 0.67% | Çempion | 1/4 Final | Final | ÇL | 1-ci mərhələ | Milne (30 Matç) |
1991–92 | 30 | 23 | 7 | - | 58 | 20 | +38 | 76 | 0.77% | Çempion | Yarım Final | Çempion | ÇL | 1-ci mərhələ | Milne (30 Matç) |
1992–93 | 30 | 19 | 9 | 2 | 68 | 23 | +45 | 66 | 0.53% | 2. | Final | Final | ÇL | 1-ci Mərhələ | Milne (30 Matç) |
1993–94 | 30 | 16 | 6 | 8 | 58 | 30 | +28 | 54 | 0.53% | 4. | Çempion | Çempion | KK | 2-ci Mərhələ | Milne (15 Matç) Daum (15 Matç) |
1994–95 | 34 | 24 | 7 | 3 | 80 | 26 | +54 | 79 | 0.71% | Çempion | 6-cı mərhələ | Final | KK | 2-ci Mərhələ |
Daum (34 Matç) |
1995–96 | 34 | 22 | 3 | 9 | 74 | 46 | +28 | 69 | 0.65% | 3. | 1/4 Final | ÇL | 1-ci mərhələ | Daum (32 Matç) Roland Kox (2 Matç) | |
1996–97 | 34 | 22 | 8 | 4 | 88 | 26 | +62 | 74 | 0.65% | 2. | 1/4 Final | UK | 3-cü mərhələ | Kara (34 Matç) | |
1997–98 | 34 | 13 | 9 | 12 | 56 | 40 | +16 | 48 | 0.38% | 6. | Çempion | Çempion | ÇL | Qrup Mərhələsi | Toşak (34 Matç) |
1998–99 | 34 | 23 | 8 | 3 | 58 | 27 | +31 | 77 | 0.68% | 2. | Final | KK | 2-ci Mərhələ | Toşak (21 Matç) Yaman (3 Matç) Feldkamp (10 Matç) | |
1999–00 | 34 | 23 | 6 | 5 | 74 | 27 | +47 | 75 | 0.68% | 2. | 3-cü mərhələ | ÇL | 2-ci mərhələ | Briqel (34 Matç) | |
2000–01 | 34 | 19 | 7 | 8 | 68 | 49 | +20 | 64 | 0.56% | 4. | Yarım Final | ÇL | Qrup Mərhələsi | Skala (23 Matç) Daum (11 Matç) | |
2001–02 | 34 | 18 | 8 | 8 | 69 | 39 | +30 | 62 | 0.53% | 3. | Final | Daum (34 Matç) | |||
2002–03 | 34 | 26 | 7 | 1 | 63 | 21 | +42 | 85 | 0.76% | Çempion | 1/4 Final | UK | 1/4 Final | Luçesku (34 Matç) | |
2003–04 | 34 | 18 | 8 | 8 | 65 | 45 | +20 | 62 | 0.53% | 3. | 3-cü mərhələ | ÇL | Qrup Mərhələsi | Luçesku (34 Matç) | |
2004–05 | 34 | 20 | 9 | 5 | 70 | 39 | +31 | 69 | 0.59% | 4. | 3-cü mərhələ | UK | Qrup Mərhələsi | del Boske (17 Matç) Çalımbay (17 Matç) | |
2005–06 | 34 | 15 | 9 | 10 | 52 | 39 | +13 | 54 | 0.44% | 3. | Çempion | UK | Qrup Mərhələsi | Çalımbay (9 Matç) Əkşi (2 Matç) Tiqana (23 Matç) | |
2006–07 | 34 | 18 | 7 | 9 | 43 | 32 | +11 | 61 | 0.53% | 2. | Çempion | Çempion | UK | Qrup Mərhələsi | Tiqana (32 Matç) Havutçu (2 Matç) |
2007–08 | 34 | 23 | 4 | 7 | 58 | 32 | +26 | 73 | 0.68% | 3. | 1/4 Final | Final | ÇL | Qrup Mərhələsi | Sağlam (34 Matç) |
2008–09 | 34 | 21 | 8 | 5 | 60 | 30 | +30 | 71 | 0.62% | Çempion | Çempion | UK | 1-ci mərhələ | Sağlam (6 Matç) Mustafa Dənizli (28 Matç) | |
2009–10 | 34 | 18 | 10 | 6 | 47 | 25 | +22 | 64 | 0.53% | 4. | Qrup Mərhələsi | Final | ÇL | Qrup mərhələsi | Mustafa Dənizli (34 Matç) |
2010–11 | 34 | 15 | 9 | 10 | 53 | 36 | +17 | 54 | 0.44% | 5. | Çempion | AL | 1/32 Mərhələ | Şuster (25 Matç) Havutçu (8 Matç) | |
2011–12 | 34 | 15 | 10 | 9 | 50 | 39 | +11 | 55 | 0.44% | 4. | 4-cü mərhələsi | AL | 1/16 mərhələ | ||
2012–13 | 34 | 16 | 10 | 8 | 66 | 35 | +20 | 58 | 0.47% | 3. | 5-ci mərhələ | Aybaba (34 Matç) | |||
2013–14 | 34 | 17 | 11 | 6 | 63 | 49 | +14 | 62 | 0.5% | 3. | 4-cü mərhələ | Biliç (34 Matç) | |||
2014–15 | 34 | 21 | 6 | 7 | 59 | 32 | +27 | 69 | 0.62% | 3. | 1/16 mərhələ | AL | 1/16 mərhələ | Biliç (34 Matç) | |
2015–16 | 33 | 25 | 4 | 4 | 74 | 33 | +41 | 79 | 0.75% | Çempion | 1/4 Final | AL | Qrup Mərhələsi | Günəş (33 Matç) | |
2016–17 | 34 | 23 | 8 | 3 | 73 | 30 | +43 | 77 | 0.68% | Çempion | 1/16 mərhələ | Final | AL | 1/4 Final | Günəş (54 Matç) |
2017–18 | 20 | 10 | 7 | 3 | 35 | 20 | +15 | 37 | 0% | 4. | 1/4 Final | Final | ÇL | 1/8 Final | Günəş (32 Matç) |
Azarkeşlər
redaktəBeşiktaş klubunun tərəfdar qrupu Çarşıdır. İstanbulun Beşiktaş rayonunun əsas bazarının (çarşısı) adı ilə bağlıdır. 2007-ci ildə Çempionlar Liqası matçında Liverpul ilə oyunda tərəfdarlar insanların yarada biləcəyi səs rekordunu qırmış lakin o anda stadionda Ginnesin Rekordlar Kitabı üçün müşahidəçi olmadığına görə bu rəsmiləşdirilməmişdir. 22 sentyabr 2013-cü ildə Qalatasaray ilə oyunda 80 min azarkeş ilə Türkiyə liqası rekordu qırılıb.
Oyunçuları
redaktəHal-hazırkı heyəti
redaktə- 13 sentyabr 2024 tarixində yenilənib[1]
|
|
Statistikalar
redaktəEn çox oynayan futbolçular
redaktəSıra | Forma No | Ölkə | Futbolçu | Matç | İllər |
---|---|---|---|---|---|
1 | 8 | Rza Çalımbay | 602 | 1980–1996 | |
2 | 10 | Mehmet Özdilək | 494 | 1988–2001 | |
5 | Ülvi Güvənəroğlu | 1979–1994 | |||
4 | 3 | Qadir Ağbulud | 432 | 1980–1994 | |
5 | 11 | Mətin Təkin | 425 | 1982–1996 | |
6 | 4 | Göyxan Kəsgin | 413 | 1984–1996 | |
7 | 5 | Səməd Aybaba | 400 | 1977–1988 | |
8 | 19 | İbrahim Üzülməz | 396 | 2000–2011 | |
9 | 7 | Fəyyaz Uçar | 392 | 1982–1994 |
Super Liqa tarixində 300-dən çox oynamış futbolçular
redaktəSıra | Forma No | Ölkəsi | Futbolçu | Maç | Qol | İllər |
---|---|---|---|---|---|---|
1 | 8 | Rza Çalımbay | 494 | 41 | 1980–1996 | |
2 | 4 | Ülvi Güvənəroğlu | 387 | 11 | 1979–1994 | |
3 | 10 | Məmməd Özdilək | 386 | 130 | 1988–2001 | |
4 | 3 | Qədir Ağbulud | 341 | 4 | 1980–1994 | |
5 | 11 | Mətin Təkin | 335 | 77 | 1982–1996 | |
6 | 4 | Göyxan Kəsgin | 334 | 14 | 1984–1996 | |
7 | 5 | Səməd Aybaba | 322 | 7 | 1977–1988 | |
8 | 7 | Fəyyaz Uçar | 321 | 170 | 1982–1994 | |
9 | Sanlı Səriəlioğlu | 314 | 71 | 1961–1975 | ||
10 | Əhməd Özacar | 313 | 98 | 1955–1971 |
Tarixi boyunca ən çox qol vuranlar
redaktəSıra | Forma No | Ölkəsi | Futbolçu | Qol | Matç | Faizi | İllər |
---|---|---|---|---|---|---|---|
1 | 9 | Haqqı Yetən | 382 | 439 | 0.87 | 1931–1948 | |
2 | 10 | Şərəf Görkey | 242 | 295 | 0.53 | 1930–1950 | |
3 | 7 | Fəyyaz Uçar | 184 | 351 | 0.52 | 1982–1994 | |
4 | 10 | Mehmet Özdilək | 148 | 481 | 0.31 | 1988–2001 |
1959-dan bəri ən çox qol vuranlar
redaktəSıra | Forma No | Ölkə | Oyunçu | Qol | Oyun | Faiz | İllər |
---|---|---|---|---|---|---|---|
1 | 7 | Fəyyaz Uçar | 170 | 321 | 0.53 | 1982–1994 | |
2 | 10 | Mehmet Özdilək | 130 | 386 | 0.34 | 1988–2001 | |
3 | Əhməd Özacar | 98 | 313 | 0.31 | 1955–1971 | ||
4 | 9 | Əli Gültikən | 91 | 262 | 0.35 | 1984–1995 | |
5 | 6 | Ərtuğrul Sağlam | 83 | 167 | 0.50 | 1994–2000 | |
6 | 11 | Mətin Təkin | 77 | 340 | 0.21 | 1982–1997 | |
7 | Şənol Birol | 76 | 230 | 0.33 | 1959–1963 | ||
8 | 10 | Sərgən Yalçın | 71 | 230 | 0.31 | 1991–1997, 2002–2006 | |
9 | Sanlı Sarıəlioğlu | 71 | 314 | 0.23 | 1961–1975 | ||
10 | 9 | Oqtay Dərəlioğlu | 69 | 154 | 0.45 | 1993–1999 |
Avropa kuboklarında 5-dən çox qol vuran futbolçular
redaktəSıra | Forma No | Ölkəsi | Oyunçu | Qol | Oyun | Faiz | İllər |
---|---|---|---|---|---|---|---|
1 | 9 | Oqtay Dərəlioğlu | 14 | 26 | 0.54 | 1993–1999 | |
2 | 13 | Bobo | 12 | 35 | 0.34 | 2005–2011 | |
3 | 7 | Rikardo Kuarejma | 11 | 33 | 0.33 | 2010–2012, 2015— | |
4 | 9 | Daniel Panku | 9 | 25 | 0.36 | 2002–2005 | |
5 | 9 | Demba Ba | 8 | 12 | 0.67 | 2014–2015, 2017 | |
23 | Cenk Tosun | 8 | 27 | 0.3 | 2014–2018 | ||
7 | 10 | Mehmet Özdilək | 7 | 48 | 0.33 | 1988–2001 | |
8 | 8 | Nihad Qəhvəci | 6 | 8 | 0.75 | 1997–2002 — 2009–2011 | |
10 | Delgado | 6 | 20 | 0.3 | 2006–2010 | ||
11 | Mətin Təkin | 6 | 23 | 0.26 | 1982–1997 | ||
7 | Fəyyaz Uçar | 6 | 22 | 0.27 | 1982–1994 | ||
7 | Əhməd Dursun | 6 | 22 | 0.27 | 1999–2003 / 2005–2006 | ||
9 | Vinsent Abubakar | 6 | 9 | 0.67 | 2016–2017 | ||
14 | 21 | Paskal Numa | 5 | 14 | 0.36 | 2000–2001 / 2002–2003 | |
23 | Filip Holosko | 5 | 22 | 0.23 | 2008–2014 | ||
9 | Huqo Almeyda | 5 | 13 | 0.38 | 2011–2014 | ||
6 | Ərtuğrul Sağlam | 5 | 22 | 0.23 | 1994–2000 | ||
3 | Tayfur Havutçu | 5 | 37 | 0.14 | 1997–2002006 | ||
7 | Gökhan Törə | 5 | 19 | 0.26 | 2013— |
1959-dan bəri Super Liqada oyuna görə qol ortası
redaktəSıra | Forma No | Ölkəsi | Futbolçu | Faizi | Qol | Matç | İllər |
---|---|---|---|---|---|---|---|
1 | 33 | Mario Qomez | 0.75 | 26 | 33 | 2015–2016 | |
2 | 9 | Demba Ba | 0.613 | 19 | 31 | 2014–2015, 2017 | |
3 | 26 | İlhan Mansız | 0.537 | 36 | 67 | 2001–2004 | |
4 | 7 | Fəyyaz Uçar | 0.53 | 170 | 321 | 1982–1994 | |
5 | 9 | Les Ferdinand | 0.5 | 13 | 26 | 1988–1989 | |
23 | Con Karev | 0.5 | 13 | 26 | 2004–2005 | ||
11 | Osvaldo Nartallo | 0.5 | 10 | 20 | 1993–1994 | ||
8 | 6 | Ərtuğrul Sağlam | 0.497 | 83 | 167 | 1994–2000 | |
9 | 7 | Mirsad Kovaçeviç | 0.486 | 34 | 70 | 1984–1986 | |
10 | 9 | Oktay Derelioğlu | 0.448 | 69 | 154 | 1993–1999 | |
11 | 23 | Cənk Tosun | 0.427 | 41 | 96 | 2014–2018 | |
12 | 9 | Hüqo Almeyda | 0.409 | 37 | 88 | 2010–2014 | |
13 | 21 | Paskal Numa | 0.4 | 22 | 55 | 2000–2001, 2002–2003 | |
14 | 13 | Bobo | 0.396 | 57 | 144 | 2006–2011 |
Özəl qollar
redaktəGol | Oyuncu | Oynadığı yıllar |
---|---|---|
1. | Nəzmi Bilgə | 1954 – 1961 |
100. | Əhməd Özacar | 1955 – 1971 |
200. | Coşqun Əhlidil | 1962 – 1967 |
300. | Güvən Önüt | 1960 – 1969 |
400. | Daruq Qaradoğan | 1965 – 1972 |
500. | İhsan Böyükbuğdapınar | 1964 – 1969 |
600. | Sanlı Sarıəıioğlu | 1961 – 1975 |
700. | Tezcan Ozan | 1974 – 1978 |
800. | Sava Paunoviç | 1977 – 1979 |
900. | Özər Umdu | 1980 – 1981 |
1000. | Cavad Şeçerbeqoviç | 1983 – 1985 |
1100. | Fəyyaz Uçar | 1982 – 1994 |
1200. | Mətin Təkin | 1982 – 1998 |
1300. | Les Ferdinand | 1988 – 1989 |
1400. | Mətin Təkin | 1982 – 1998 |
1500. | Zəki Önatlı | 1987 – 1993 |
1600. | Əli Günçar | 1992 – 1998 |
1700. | Mətin Təkin | 1982 – 1998 |
1800. | Ərtuğrul Sağlam | 1994 – 2000 |
1900. | Oqtay Dərəlioğlu | 1993 – 1999 |
2000. | Daniel Amokaçi | 1996 – 1999 |
2100. | Tayfur Havutçu | 1997 – 2006 |
2200. | Nicat Qəhvəçi | 1997 – 2002 / 2009 – 2011 |
2300. | Roman Dabrovski | 2002 – 2005 |
2400. | Mustafa Doğan | 2004 – 2008 |
2500. | İbrahim Akın | 2004 – 2007 |
2600. | İbrahim Qaş | 2004 – 2008 / 2009 – 2010 |
2700. | Filip Holoşko | 2008 – 2015 |
2800. | Manuel Fernandes | 2011 – 2014 |
2900. | Oğuzxan Özyaqub | 2012 – |
3000. | Göyxan Törə | 2013 – |
Uğurları
redaktəTürkiyə Super Liqası (16):
- 1957, 1958, 1960, 1966, 1967, 1982, 1986, 1990, 1991, 1992, 1995, 2003, 2009, 2016, 2017, 2021
Ziraat Türkiyə Kuboku (10):
- 1975, 1989, 1990, 1994, 1998, 2006, 2007, 2009, 2011, 2021
Cumhurbaşkanlığı Kupası / Super kubok (9):
- 1967, 1974, 1986, 1989, 1992, 1994, 1998, 2006, 2021
Başbaxanlıq Kuboku (6):
- 1944, 1947, 1974, 1977, 1988, 1997
Atatürk Kuboku (1):
- 2000
Milli Küme (3):
- 1940–41, 1943–44, 1946–47
Türkiyə Futbol Çempionatı (4):
- 1934, 1951,1985,1988
İstanbul Peşəkar Liqası (2):
- 1951–52, 1953–54
● İstanbul Liqası (Bölgəsəl Liqa) (13):
1924, 1934, 1939, 1940, 1941, 1942, 1943, 1945, 1946, 1950, 1951, 1952, 1954
Sportoto Kuboku (4):
- 1966, 1968, 1969, 1970
- Federasiya Kuboku (2)
- 1957, 1958
- Donanma Kuboku (1)
- 1985–1986
Avropa nəaliyyətləri
redaktəMüsabaka | Sezonlar | Maçlar | G | B | M | A | Y |
---|---|---|---|---|---|---|---|
UEFA Çempionlar Kuboku / UEFA Çempionlar Liqası | 17 | 68 | 22 | 13 | 33 | - | - |
UEFA Kuboklar Kuboku | 7 | 20 | 4 | 4 | 12 | - | - |
UEFA Kuboku / UEFA Avropa Liqası | 16 | 93 | 41 | 19 | 33 | - | - |
Stadionu
redaktəBeşiktaş öz ev oyunlarını 1947-ci ildə inşa olunan İnönü Stadionunda keçirirdi. İnönü Stadionunun tamaşaçı tutumu 32 086 nəfərdir. İnönü Stadionu 2004-cü ildə əsaslı təmir olunub. 11 may 2013-cü ildə Beşiktaş İnönü Stadionunda sonuncu oyununu keçirdi. Ankara təmsilçisi "Gənclərbirliyi"nə qarşı keçirilən oyunda Beşiktaş rəqibini 3–0 məğlub etdi. 2013-cü ilin iyun-iyul ayında isə İnönü Stadionu tamam sökülərək yeni Vodafone Parkın inşa işlərinə başlandı.
Beşiktaş İnönü Stadionunun söküntüsündən sonra öz ev oyunlarının əksər hissəsini müvəqqəti olaraq İstanbulda yerləşən və 76 092 tamaşaçı tutumu olan Atatürk Olimpiya Stadionunda keçirdi. 2016-cı ildə Vodafone Parkın açılışı keçirildi.
Vodafone Parkın tamaşaçı tutumu 41 903 nəfərdir.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə- ↑ "Əsas heyət". Beşiktaş J.K. 13 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2024.