Unicef - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
UNICEF, BMT-nin Uşaq Fondu (ing. United Nations International Children’s Emergency Fond; azərb. BMT-nin Uşaq Fondu) — 1954-cü ildə uşaq hüquqlarının qorunması üçün qurulmuş təşkilat.
BMT Uşaq Fondu UNICEF | |
---|---|
Yaranma tarixi | 11 dekabr 1946 |
Mərkəzi | |
Qurucusu | |
unicef.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəBMT-nin Uşaq Fondu uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardan hesab olunur. Təşkilatın əsası 1946-cı il dekabrın 11-də qoyulmuş və ilk dövrlərdə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu (UNİCEF — United Nations International Children’s Emergency Fund) adlandırılmışdır. BMT Baş Mərkəzi 1953-cü ilin aprelində Fondun fəaliyyətini müddətsiz elan etdi və adını müasir formaya saldı. 1959-cu ildə "Uşaq hüquqları" bəyannaməsi qəbul edildi.
Uşaq Fondunun yardımları aşağıdakı üç formada həyata keçirilir. Proseslər bunlardır:
- -Uşaqlara yardım proqram və planlarının hazırlanmasının dəstəklənməsi;
- -bu proqramların həyata keçirilməsi üçün material və avadanlıqların verilməsi;
- -İnkişaf etməkdə olan ölkələrin özündə Fond heyətinin hazırlanması üçün lazımı vəsait və kadrların ayrılması.
1965-ci ildə Uşaq Fondunun son dərəcə məhsuldar fəaliyyəti və yubileyi onun dünya Nobel mükafatına layiq görülməsi ilə nəticələndi. 1976-cı il dekabrın 21-də isə BMT 1979-cu ili Uşaq ili, habelə UNİCEF-i BMT sisteminin uşaq və körpələrlə bağlı başlıca orqanı elan etdi.
BMT Baş Məclisi 1989-cu ilin dekabrında "Ümumdünya Uşaq hüquqları haqqında" Konvensiyanı qəbul və təsdiq etdi. Bu məqsədlə 1990-cı ildə Ümumdünyagörüşü çağırıldı.
UNİCEF "Uşaq Hüquqları haqqında" Konvensiyanı həyata keçirmək üçün bütün dövlət və qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq edir, cari və perspektiv BMT proqramlarına uyğun olaraq fəaliyyət göstərir.
Fonda rəhbərliyi İcraiyyə Şurası həyata keçirir. Şura 36 üzvdən ibarətdir. UNİCEF-in 113 ölkədə və 242 məntəqədə 6200 əməkdaşı çalışır. Bunların 84% bilavasitə yerlərdə fəaliyyət göstərir. Uşaq Fondunun mənzil qərargahları Nyu-York, Kopenhagen və Florensiyada, regional şöbəsi isə Cenevrədə fəaliyyət göstərir.
UNİCEF tamamilə könüllü yardımlar hesabına fəaliyyət göstərir. Bütün yardımların 30%-dən çoxu uşaq sağlamlığının qorunmasına (vaksinlər, uşaq qidası, və s. alınmasına) sərf olunur.
Fondun başlıca mətbu orqanları "Dünyada uşaqların vəziyyəti" və "Millətin inkişafı" jurnallarıdır.
İstinadlar
redaktə- ↑ Global LEI index.