Umberto Eko - Wikipedia
Umberto Eko (5 yanvar 1932[1][2][…], Alessandriya, İtaliya krallığı[2][7][…] – 19 fevral 2016[3][1][…], Milan, İtaliya[2][8]) — italyan filosof, tarixçi-medievist, yazıçı.
Umberto Eko | |
---|---|
it. Umberto Eco | |
Təxəllüsü | Dedalus[6] |
Doğum tarixi | 5 yanvar 1932[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 fevral 2016[3][1][…] (84 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi |
Təhsili | |
Fəaliyyəti | filosof, romançı, esseist, pedaqoq, ssenarist, tərcüməçi, universitet müəllimi[d], yazıçı, ədəbiyyat tənqidçisi, ədəbiyyatşünas, tarixçi |
Fəaliyyət illəri | 1956–2012 |
Əsərlərinin dili | italyan dili |
Janr | esse |
Tanınmış əsərləri | |
Üzvlüyü |
|
Mükafatları |
|
umbertoeco.it | |
Umberto Eko Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəUmberto Eko 5 yanvar 1932-ci ildə İtaliyanın Alessandriya şəhərində anadan olub. Umbertonun babası atılmış uşaq olub və o dövrdə İtaliyada qəbul olunmuş qaydaya görə ona Ех Caelis Oblatus (yəni "Allahın bəxşişi") ifadəsinin abreviaturunı soyad kimi veriblər. Turin Universitetində orta əsr fəlsəfəsivə ədəbiyyatını öyrənib. Təhsil aldığı zaman ateizmi qəbul edir və Katolik kilsəsini tərk edir. 1954-cü ildə Turin Universitetini bitirir, tarix və jurnalistika ilə məşğul olur, televiziyada çalışır, qəzetlərdə şərhçi kimi işləyir. U. Eko Milan, Florensiya, Turin universitetlərində estetikadan və mədəniyyət nəzəriyyəsindən dərs deyib. Bolonya Universitetinin professoru, fransız Fəxri Legion Ordeninin kavaleridir. U. Eko həmçinin Ceyms Bondla bağlı məsələləri öyrənən bondalogiya sahəsinin qəbul olunmuş ekspertidir.
U. Eko 1962-ci ildən alman əsilli incəsənət müəlliməsi Renata Ramqe ilə ailəlidir. Bir qızı və oğlu var.
Romanları
redaktə- "Qızılgülün adı" (1980). Hadisələri orta əsrlər monastırında sirli şəkildə cərəyan edən fəlsəfi-detektiv roman. Roman U. Ekonun postmodernist əsər haqqında nəzəri biliklərinin təcəssümüdür. Müəllifin ilk romanı olmasına baxmayaraq ən uğurlusu sayılır. 1983-cü ildə müəllif "Qızılgülün adı"na qeydlər" adlı kitabça nəşr etdiri və bu kitabçada əsərin yazılma texnikasından söhbət açır, oxucu-müəllif-mətn probelemini şərh edir.
- "Fukonun rəqqası" (1988). Roman Kabbalaya, əlkimyaya, cadugərlik nəzəriyyəsinə ezoterik keçidlərlə zəngindir. Əsərin fəsilləri də Kabbalanın əsas anlayışlarından olan "Həyat ağacı"nın qollarının adları ilə eynilik təşkil edir: Keter, Xoxma, Bina, Hesed, Gevura, Tiferet, Nesax, Qod, Yesod, Malxut. Əsərin adı fransız fiziki Leon Fuko tərəfindən yerin öz oxu ətrafında fırlanmasını sübut etmək üçün quraşdırdığı rəqqasın adı ilə bağlıdır. Romanın dili və istinad etdiyi mənbələr həddindən artıq qəliz olduğundan Entoni Berjes "Fukonun rəqqası"nın lüğəti" adlı kataloq-lüğət təşkil edir. Müsahibələrinin birində Eko romanla bağlı belə deyir: "Çoxları fikirləşir ki, mən fantastik roman yazmışam, amma onlar yanılırlar-roman tamamilə realistdir.
- "Bir gün əvvəlki ada" (1994)
- "Baudolino" (2000). Fridrix Barbarossanın ögey oğlunun macəraları, onun Alessandriya şəhərindən əfsanəvi keşiş İoanın ölkəsinə səyahətindən bəhs edən tarixi-fəlsəfi roman.
- "Şahzadə Loananın sirli alovu" (2004)
- "Praqa məzarlığı" (2010)
Elmi əsərləri, esseləri, publisistikası
redaktə- "Orta əsrlər estetikasının təkamülü" (1959)
- "Açıq əsər" (1962)
- "Coysun poetikası" (1965). Bu elmi işində Eko Ceyms Coys şəxsiyyətini və onun yaradıcılığının şah əsərləri sayılan "Uliss" və "Finneqanın yası" əsərlərini araşdırır.
- "Mövcud olmayan struktur. Semiologiyaya giriş" (1968)
- "Diplom işini necə yazmalı" (1977)
- "Oxucu rolu. Mətnin semiotikasına dair tədqiqatlar" (1979)
- "Orta əsrlər estetikasında incəsənət və gözəllik" (1987)
- "Avropa mədəniyyətində kamil dil axtarışları" (1993)
- "Ədəbiyyat meşələrində altı gəzinti" (1993)
- "Etika mövzusunda beş esse" (1997)
Azərbaycan dilinə tərcümə
redaktə- "Qızılgülün adı". Bakı, Qanun Nəşriyyatı, 2012. Rus dilindən tərcümə: Samir Bulut
Əsərlərinin ekranlaşdırılması
redaktə- Qızılgülün adı (1986) — rejissor: Jan-Jak Anno
Haqqında
redaktə- Nərmin Kamal, Umberto Eko və Postmodernizm fəlsəfəsi. Bakı, "Qanun", 2008
- Umberto Eko, Əbədi faşizm. ("Əxlaq haqqında beş yazı" kitabından)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 The Washington Post (ing.). // The Washington Weekly Post / M. Murray Washington: Fred Ryan, 1877. ISSN 0190-8286; 2641-9599
- ↑ 1 2 3 4 5 6 The New York Times (ing.). / J. Kahn Manhattan: New York Times Company, A. G. Sulzberger, 1851. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X
- ↑ 1 2 http://www.repubblica.it/cultura/2016/02/20/news/morto_lo_scrittore_umberto_eco-133816061/.
- ↑ 1 2 la Repubblica (it.). Roma: GEDI Gruppo Editoriale, 1976. ISSN 0390-1076; 2499-0817
- ↑ RKDartists (nid.).
- ↑ Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 Wikimedia community VikiXəbər. 2004.
- ↑ 1 2 Archivio Storico Ricordi. 1808.
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |