Vi Ivan - Wikipedia
VI İvan (rus. Иван VI) və ya İoann Antonoviç (rus. Иоа́нн Анто́нович; 12 (23) avqust 1740[1], Sankt-Peterburq[2] – 5 (16) iyul 1764[2], Şlisselburq[d], Sankt-Peterburq quberniyası[d][2]) — Romanovlar sülaləsinin Braunşveyq qolundan olan Ümumrusiya imperatoru. O, 1740-cı ilin oktyabrından 1741-ci ilin noyabrına qədər hökmranlıq etmişdir.
VI İvan Antonoviç | |
---|---|
rus. Иоа́нн Анто́нович | |
17 (28) oktyabr 1740 – 25 noyabr (6 dekabr) 1741 | |
Əvvəlki | Anna İvanovna |
Sonrakı | Yelizaveta Petrovna |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 (23) avqust 1740[1] |
Doğum yeri | |
Vəfat tarixi | 5 (16) iyul 1764[2] (23 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | dövlət xadimi |
Anası | Anna Leopoldovna[1] |
Dini | pravoslavlıq |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Formal olaraq, bir yaşında əvvəlcə Bironun, sonra isə öz anası Anna Leopoldovnanın regentliyi altında hökmranlıq edirdi. Körpə imperatoru Yelizaveta Petrovna devr etdi, demək olar ki, bütün həyatını biradamlıq kamerada keçirdi və artıq II Yekaterinanın çarlığı zamanı onu azadlığa buraxmaq cəhdi baş verərəkən 23 yaşında mühafizəçilər tərəfindən öldürüldü.
Rəsmi sağ ikən olan mənbələrdə o, III İoann kimi qeyd olunurdu, yəni ki hesablama birinci rus çarı İvan Qroznıdan aparılırdı; daha sonrakı tarixşünaslıq yazılarında hesablamanı I İvan Kalitadan başlayaraq onu VI İvan (İoann) adlandırmaq ənənəsi yarandı.
Hökmranlığı
redaktəİoann Antonoviç avqustun 12-də anadan olub. Onun ad qoyulan günü 23 avqusta (başçı İoann Predteçinin edam günü) təsadüf etdi.
İmperatriçə Anna İvanovnanın vəfatından sonra Anna Leopoldovnanın (Anna İvanovnanın əmisi qızı) və şahzadə Anton Ulrix Braunşveyqin oğlu iki aylıq İvan Antonoviç Kurlyandiya hersoqu Bironun regentliyi altında imperator elan edildi. O, Anna İvanovnanın hakimiyyətinin sonlarında anadan oldu, buna görə də kimin regent təyin ediləcəyi problemi uzun müddət ölməkdə olan imperatriçəni qayğılandırırdı. Anna İvanovna istəyirdi ki, taxt atası V İvanın nəsili nümayəndələrinə qalsın və onun gələcəkdə I Pyotrun nəslinə keçəcəyindən çox narahat idi. Buna görə də, vəsiyyətində qeyd etdi ki, onun varisi İoann Antonoviçdir, sonuncunun ölümü halında isə taxt Anna Leopoldovnanın böyüklük yaşına görə digər övladlarına qalır.
Körpənin taxta oturmasından iki həftə sonra ölkədə çevriliş baş verdi, nəticədə feldmarşal Minnixin başçılıq etdiyi qvardiya üzvləri Bironu həbs edərək hakimiyyətdən uzaqlaşdırdılar. Yeni regent imperatorun anası Anna Leopoldovna elan edildi. Ölkəni idarə edə bilməyən və illüziyalar içində yaşayan Anna tədricən bütün hakimiyyəti Minixə təhvil verdi, daha sonra isə hakimiyyət feldmarşalı istefaya göndərən Andrey Ostermana keçdi. Amma bir il sonra yeni çevriliş baş verdi. Böyük Pyotrun qızı Yelizaveta preobrajenlər ilə Ostermanı, körpə imperatoru, onun valdeyinlərini və onların vəzir-vəkillərini həbsə atdı.
Təcrid olunması
redaktəYelizaveta əvvəlcə Braunşveyq ailəsini Rusiyadan qovmaq niyyətində idi (taxt-tac hüquqlarına haqq qazandıran manifestdə rəsmən belə qeyd olunmuşdur), amma onların xaricdə təhlükə yaradacağından qorxaraq fikrini dəyişdi və keçmiş regentin və onun ərinin həbs edilməsi əmrini verdi.
1742-ci ildə hər kəsdən xəlvətdə ailə Riqanın yaxınlığında olan Dünamünde qəsəbəsinə köçürüldü. 1744-cü ildə "Lopuxinanın sui-qəsdi"nin üstü açılmasından sonra bütün ailə Oraniyenburqa köçürüldülər, daha sonra isə sərhəddən uzağa, ölkənin şimalına Xolmoqorı qəsəbəsinə aparıldılar, orada kiçik İvan valideynlərindən tamamilə təcrid olunmuşdur. Uşaq valideynləri ilə eyni arxierey evdə idi, sadəcə bütöv divarın arxasında saxlandığı üçün heç kəsin bundan xəbəri yox idi. Yelizaveta Petrovnanın göstərişi ilə indi Qriqori adlanan keçmiş imperatorun kamera otağı elə qurulmuşdu ki, Miller və onun qulluqçusundan başqa heç kim onun yanına gedə bilmirdi. Həbsxanada İvana çox ciddi münasibət bəstələyirdilər. Uzun şimal zillətləri Anna Leopoldovnanın sağlamlığına çox təsir etdi, 1746-cı ildə o, öldü.
Adına qoyulan qadağa
redaktəKeçmiş imperatorun şəxsiyyəti və onun qısa hökmranlığı tezliklə "ad məzəmməti qanunu"na məruz qaldı: 31 dekabr 1741-ci ildə əhalidən İoann Antonoviçin adı olan sikkələrin təhvil verilməsi tələb olundu ki, onları yenidən əritsinlər. Bir müddətdən sonra bu sikkələri nominal üzrə qəbul edilməyə başlandı, 1745-ci ildən isə onların saxlanması qanunazidd oldu. İoann Antonoviç sikkələri aşkarlanan və ya onlarla ödəniş etməyə çalışan şəxslər dövlət cinayətkarı kimi işgəncələrə məruz qalır və sürgün edilirdilər. Hal-hazırda bu hökmranlığa aid sikkələri olduqca nadir tapılmaqdadır.
İoann Antonoviçin təsviri olan portretlərin məhv edilməsi, habelə imperatorun adının çəkildiyi iş vərəqələrin, pasportların, kilsə kitablarının və digər sənədlərin yeniləri ilə əvəz edilməsi barədə göstəriş verilmişdir. Bu sənədlərin bəziləri yandırılmış, bəziləri isə arxivdə möhürlənmiş şəkildə saxlanılırdı. Təbliğat materialları da müsadirəyə məruz qalırdılar, buraya məsələn İoannın adının çəkildiyi nəşr olunmuş moizələr, Lomonosovun onun şərəfinə yazdığı oda əsərləri və digər artefaktlar daxil idi. Bu proses Yelizaveta Petrovnanın bütöv hakimiyyəti dövründə davam etdi və yalnız II Yekaterinanın taxta çıxdıqdan sonra dayandırıldı. Hətta bir əsr yarımdan çox vaxt keçdikdən sonra belə 1913—1914-cü illərdəki yubiley mərasimləri zamanı körpə imperator Aleksandr bağındakı Romanovlar obeliskində və "Romanovlar sülaləsinin üç yüz illiyi" adlı Faberje yumurtasında yer almırdı.
Şlisselburq
redaktəTutulan sui-qəsdçi İvan Zubarevin ifadəsi Yelizavetaya təqdim edildikdən sonra imperatriçənin baş verə biləcək yeni çevriliş qorxusu İvanın yeni səyahətinə səbəb oldu.[3] 1756-cı ildə onu Xolmoqorıdan Şlisselburq qalasındakı biradamlıq kameraya apardılar. Qalada İvan (rəsmi olaraq "məlum məhbus", bəzən "adsız məhbus" adlanan) tamamilə təcrid olunmuşdu, heç kəsi, hətta təhkimçiləri də görməyə ona icazə verilmirdi. İvanın six izolyasiyasına dair tarixi bir mifə əsasən, o, həbsdə olduğu bütün müddət ərzində bir dəfə də olsun insan üzünü görməmişdi, lakin müasir tarixçilər bunun sənədlərlə təsdiqlənmədiyini qeyd edirlər.[4] Əksinə, sənədlər məhbusun kral mənşəyini bildiyini, oxumağı və yazmağı öyrədildiyini, kamerasında İncil oxuduğunu[5] və monastırda yaşamaq arzusunda olduğunu göstərilər.
1759-cu ildən İvanda qeyri-adekvat davranış əlamətləri müşahidə edilməyə başlandı. Bu barədə 1762-ci ildə VI İvanı görən imperatriçə II Yekaterina tam əminliklə danışırdı; həbsxana işçiləri bunun yenə də sadəcə zavallı simulyasiya olduğunu düşünürdülər.
Qətli
redaktəİvan zindanda olarkən devrilmiş imperatoru azad etmək və yenidən taxta çıxarmaq üçün çoxlu cəhdlər edilirdi. Son cəhd “adsız məhbus” üçün ölümlə nəticələndi. 1764-cü ildə hakimiyyətdə artıq II Yekaterina olanda Şlisselburq qalasında qarovulçu xidmətində çalışan podporuçik Vasii Miroviç İvanı azad etmək üçün qarnizonun bir hissəsini öz tərəfinə çəkdi.
Lakin İvanın mühafizəçiləri kapitan Vlasyev və poruçik Çekinə məhbusu azad etmək istəsələr (hətta bu barədə imperatriçənin fərmanını təqdim etməklə) onu öldürmək barədə məxfi göstəriş verilmişdi, ona görə də Miroviçin təslim olmaq tələbinə cavab olaraq onlar İvanı öldürdülər və yalnız bundan sonra təslim oldular.
Miroviç həbs olundu və dövlət cinayətkarı ittihamı ilə Peterburqda onun boynu vuruldu. Təsdiqlənməmiş bir versiyaya əsasən, keçmiş imperatordan qurtulmaq istəyən Yekaterina onu təhrik etmişdir.
Qalıqlarının taleyi
redaktəVI İvanın dəfn olunduğu yer dəqiq məlum deyil. Ən populyar versiyaya görə, "məlum məhbus” Şlisselburq qalasında dəfn edilib.
2010-cu ilin sentyabr ayında bir sıra arxeoloqlar Məryəmin uspeniyesi kilsəsində tapılan qalıqların imperatora məxsus olduğunu elan etdilər.[6] Bununla belə, Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutu VI İoannın qalıqlarının həqiqiliyinə şübhə etdiyini bildirdi.[7] Üstəlik, arxeoloq olmayan iş adamı Anatoli Karaninin rəhbərliyi altında aparılan axtarış tədbirlərinin qeyri-rəsmi, elmi üsullara zidd və arxeoloji qazıntılar üçün icazə olmadan aparıldığı qeyd olunurdu.[8] Bununla belə, prokurorluq bu işdə heç bir cinayət əməli aşkar etmədi və Peterburq deputatı və arxeoloqu Aleksey Kovalyovun sorğusu ləğv olundu.[8] “Rus Pravoslav Kilsəsinin Arxangelsk yeparxiyası su qülləsinin qarşıdakı sökülməsi ilə əlaqədar əvvəllər naməlum olan məzarlığın dağıdılmasının qarşısını almaq üçün tədbirlər görüb” — prokurorluğun sorğusuna cavab olaraq bildirilmişdir.[8]
Xatirəsi
redaktəBədii ədəbiyyatda
redaktəVolterin "Kandid və optimizm" (1759) romanında baş qəhrəman Venesiya karnavalı zamanı maskalı bir adamla qarşılaşır və ozünü bu cür təqdim edir: "Adım İvandır, mən Ümumrusiya imperatoru idim; hələ beşikdə ikən mən taxt-tacdan məhrum edildim, atamla anamı isə dustaq etdilər; məni həbsxanada böyüdüblər, amma bəzən mühafizəçilərin nəzarəti altında mənə gəzməyə icazə verilər".
Braziliyalı yazıçı Jeraldu Mattuş esperanto dilində “6-cı İvan” (1953, 2017-ci ildə yenidən çap olunub) şeir şəklində 5 pərdəlik faciə əsərini yazıb.
XIX əsrin sonlarında Rusiyada Qriqori Danilevskinin Vasili Miroviç haqqında yazdığı "Miroviç" (1879) romanı böyük populyarlıq qazandı. Həmin əsər əlyazmada "Çar dustağı" adlandırılmışdır və əvvəl gizli saxlanılan imperator İoann Antonoviçin ölümü ilə bağlı təfərrüatları ilk dəfə geniş ictimaiyyətə təqdim etmişdir. Senzuraya görə nəşri 4 ay gecikən kitab əsl sensasiya idi.
Kinematoqrafiya
redaktə"Yekaterina" teleserialının birinci epizodunda taxtın varisi böyük knyaz Pyotrun imperatriçə Yelizavetaya səsini qaldıraraq taxta oturanda "yanlış" rus ənənələrini qadağan etmək və "düzgün" olanları təyin etmək haqqında arzusunu bildirir. Oğlunun ipini çəkmək istəyən Yelizaveta onu Petropavlovsk qalasına aparır və orada İoann Antonoviç adlandırdığı tam təcrid və dalğınlıqda yaşayan oğlan uşağını göstərir. Reallıqda isə əsl İoann Antonoviç heç vaxt Petropavlovsk qalasında saxlanılmamışdır.
Daha sonra bu serialda İoann Antonoviç Şlisselburqda göstərildi, II Yekaterina ölümündən əvvəl onu orada ziyarət edir. Bu məqam da doğruluğu əks etdirmir: filmdə göstərilir ki, İoann III Pyotrla təxminən eyni vaxtda, yəni 1762-ci ildə öldürülüb, amma əslində İoann Antonoviç 1764-cü ildə öldürülmüşdür.
Filmdə başqa İoann Antonoviçlə bağlı daha bir yanlışlıq var: Yelizaveta deyir ki, o, 2 həftə hakimiyyətdə olub, əslində İoann 1740-cı ilin oktyabrından 1741-ci ilin noyabrına qədər hakimiyyətdə qalmışdır.
Mümkün müqəddəsləşdirməsi
redaktəProtoierey Vsevolod Çaplin qeyd edirdi ki, imperator VI İoann mənəvi nəharət nümunəsidir, iyeromonax Nikon (Belavenets) öldürülən imperatorun həyat hekayəsini ətraflı öyrənmək və bəlkə də onun müqəddəsləşdirmə prosesinə başlamağın lazım olduğunu bildirir.[9]
Nəsili
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Мякотин В. А. Иоанн VI Антонович (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1894. Т. XIIIа. С. 694–695.
- ↑ 1 2 3 4 5 6 Deutsche Nationalbibliothek Record #118556169 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ А. Гельвих. Зубарев, Иван Васильевич Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine // Русский биографический словарь : в 25 томах. — СПб.—М., 1896—1918.
- ↑ 365 Дней. "Час истины — Иоанн VI Антонович — Царственный узник". 2013-11-22. 2019-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-27.
Передача из цикла «Час Истины» с участием историков Галины Бобковой и Александром Каменским
- ↑ Биография императора Иоанна VI Антоновича Arxivləşdirilib 2018-12-05 at the Wayback Machine РИА Новости//24.06.2013
- ↑ "Найдены останки российского императора Ивана VI". Lenta.ru. 2010-09-13. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-26.
- ↑ "Директор Института археологии РАН: я не верю в подлинность останков Иоанна VI". Вести.ру. 2010-09-16. 2018-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-26.
- ↑ 1 2 3 "Священник спас от уничтожения места возможного захоронения Иоанна VI, инициировав раскопки". Православие.ру. 2010-12-10. 2013-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-26.
- ↑ "В Москве состоялась пресс-конференция, посвящённая обнаружению останков императора Иоанна VI". // Православие.Ru. 13 сентября 2010. 2019-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
Ədəbiyyat
redaktə- Анисимов Е. Иван VI Антонович. Жизнь замечательных людей|ЖЗЛ. М.: Молодая гвардия. 2008. ISBN 978-5-235-03026-8. Arxiv surəti 27 may 2010 tarixindən Wayback Machine saytında
- Брикнер А. Г. Император Иоанн Антонович и его родственники (1741—1807). — М.: Унив. тип. (Катков и К°), 1874. — 149 с.
- Либрович С. Ф. Император под запретом. М.: Захаров. 2008. ISBN 978-5-8159-0862-8.
- Данилевский Г. П. Мирович. М.: Художественная литература. 1977.
- Сведения об Иоанне или Иване Антоновиче, правнуке царя Иоанна Алексеевича.Из рукописей Императорской Санкт-Петербургской публичной библиотеки // Русская старина . 82. № 12. СПб. 1894. 82—97.