Vasinqton Irvinq - Wikipedia
Vaşinqton İrvinq (ing. Washington Irving; 3 aprel 1783[1][2][…], Nyu-York, Nyu-York ştatı[3] – 28 noyabr 1859[1][2][…]) — Amerika yazıçısı, qısa hekayələr müəllifi, esseist, bioqraf, jurnal redaktoru və diplomat. Onu bəzən "Amerika ədəbiyyatının atası" da adlandırırlar.[4] "Ceffri Krayonun qaralama dəftəri" kitabına daxil olan "Rip van Vinkl" və "Yuxulu Dərə haqqında əfsanə" hekayələrinə görə şöhrət qazanmışdır. Onun tarixi mövzudakı əsərləri ilk ABŞ prezidenti Corc Vaşinqton, irland yazıçısı Oliver Qoldsmit və Məhəmməd peyğəmbərin bioqrafiyalarından və XV əsr İspaniya tarixi ilə bağlı mövzulardan – Xristofor Kolumb, İspaniyada ərəb istilası və Əl-Hambra sarayı haqqında əsərlərdən ibarətdir.
Vaşinqton İrvinq | |
---|---|
ing. Washington Irving | |
Doğum adı | Washington Irving |
Təxəllüsü | Diedrich Knickerbocker, Geoffrey Crayon, Launcelot Langstaff |
Doğum tarixi | 3 aprel 1783[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 noyabr 1859[1][2][…] (76 yaşında) |
Fəaliyyəti | siyasətçi, vəkil, diplomat, yazıçı, esseist, dramaturq, bioqraf, romançı, jurnalist, tarixçi |
Əsərlərinin dili | ingilis dili |
Janrlar | bioqrafiya |
Vikianbarda əlaqəli mediafayllar |
İrvinq həmçinin 1842–1846-cı illərdə ABŞ-nin İspaniyada səfiri işləmişdir.
Ədəbiyyatda ilk addımını 1802-ci ildə Londonda dərc olunan "The Morning Chronicle" qəzetində Conatan Oldstayl təxəllüsü altında Nyu-Yorkun sosial həyatı və teatrları haqqında yazdığı yazılarla atmışdır. 1815-ci ildə ailə biznesi ilə əlaqədar İngiltərəyə köçmüş və 1819-cu ildə ona sonradan dünya şöhrəti qazandıran "Ceffri Krayonun qaralama dəftəri" (The Sketch Book of Geoffrey Crayon) kitabını nəşr etdirmişdir.
O, Ceyms Fenimor Kuperlə yanaşı Avropada bəyənilən ilk amerikalı yazıçılardan biri olmuş və Nataniel Houtorn, Herman Melvil, Henri Uodsvors Lonqfellou və Edqar Allan Po kimi Amerika yazıçılarını həvəsləndirmişdir.
Kitabları dünyada ən çox satılan ilk amerikalı yazıçı kimi, İrvinq Amerika yazıçılarının müəllif hüquqlarının qorunması üçün daha sərt qanunların qəbul olunmasına səy göstərirdi.
İstinad
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Washington Irving // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118555855 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "Arxivlənmiş surət". 2010-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-22.
Əsərləri
redaktə- A History of New York, from the Beginning of the World to the End of the Dutch Dynasty (1809)
- The Sketch Book of Geoffrey Crayon (1819/20)
- The Legend of Sleepy Hollow (1820)
- The Conquest of Granada (1829)
- The Alhambra (1832)