Xristofor Kolumb - Wikipedia
Xristofor Kolumb (lat. Christophorus Columbus, it. Cristoforo Colombo, isp. Cristóbal Colón; ən tezi 25 avqust 1451 və ən geci 31 oktyabr 1451[1][2][…], ehtimal ki, Genuya, Genuya Respublikası[6][7] – 20 may 1506[3][4][…], Valyadolid, Kastiliya krallığı, Kastiliya krallığı[7]) — Amerika qitəsini kəşf edən ilk səyyah. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
Xristofor Kolumb | |
---|---|
liq. Christoffa Corombo | |
Şəxsi məlumatlar | |
Doğum adı | Christophorus Columbus |
Doğum tarixi | ən tezi 25 avqust 1451 və ən geci 31 oktyabr 1451[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 20 may 1506[3][4][…] |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri |
|
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], dənizçi[d], dənizçi[d], səyyah, ixtiraçı |
Atası | Domeniko Kolumb[d][5] |
Anası | Suzanna Fontanarossa[d][5] |
Uşaqları |
|
Dini | Roma-Katolik kilsəsi |
Hərbi xidmət | |
Mənsubiyyəti | Kastiliya krallığı |
Elmi fəaliyyəti | |
Elm sahəsi | dəniz nəqliyyatı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKolumb 1451-ci ildə oktyabrın 27-də İtaliyanın Genuya şəhərində doğulmuş, ömrünü İspaniyada başa vurmuşdur. O, ilk dəniz səyahətinə 1472-ci ildə doğma şəhərindən başlamışdı. 1476-cı ildə Portuqaliyaya gedən Kolumb ilk dəfə buradan uzaq dəniz səyahətinə çıxdı.İngiltərəyə, Atlantik okeanındakı Madeyra adasına, Qvineya körfəzinə üzdü. Bir müddət Madeyra adasında yaşadı.
Xristofor Kolumb Portuqaliyada ailə həyatı qurdu. Portusantu adasının hakiminin qızı ilə evləndi. 1479-cu ildən etibarən Kolumb birdəfəlik olaraq Portuqaliyada məskunlaşdı. Bu zaman geniş cografi biliklərə yiyələnən Kolumb, artıq dənizçilik işində də çox təcrübə toplamışdı. O, qəti olaraq yerin kürə formasında olmasına inanırdı. Bu dövrdə iki dövlət — İspaniya və Portuqaliya Hindistana dəniz yolu tapmaq üstündə bəhsə girmişdilər. Buna görə də Kolumb Hindistana dəniz yolunu tapmaq barədə öz layihəsini Portuqaliya kralı II Xuana (1481–1495) təqdim etdi. Amma kral bu layihəni rədd etdi. Bu səbəbdən Kolumb Portuqaliyanın rəqibi olan İspaniyaya köçmək qərarına gəldi. O, 1484-cü ildə İspaniyaya köçdü. Bundan iki il sonra o İspaniya kraliçası İsabellaya öz layihəsini təqdim etdi və kraliça bu layihəni bəyəndi. Amma o, bu səyahət üçün vəsait ayırmaqdan imtina etdi. Kolumb yenidən Portuqaliya kralına müraciət etdi və yenə də rədd cavabı aldı. Fransa da onun müraciətinə eyni münasibət göstərdi. 1492-ci ildə tale nəhayət Kolumbun üzünə güldü. İsabella ona vəsait ayıracağını bildirdi. Bunu eşidən Kolumb, Palos adasında olan dostları Pinson qardaşlarını da köməyə çağırdı.
Şimali Amerikanın kəşfi
redaktəNəhayət gözlənilən an gəlib çatır. 1492-ci il avqustun 3-də X. Kolumb İspaniyanın Palos limanından uzaq səfərə çıxır. Onun komandası 90 nəfərdən və 3 gəmidən: "Santa Mariya", "Pinta" və "Santa-Klara" gəmilərindən ibarət idi. 1492-ci ilin oktyabrının 12-də gecə yarısı Matros Rodrigo "quru" deyə qışqırmağa başlayır. Bu zaman X. Kolumb çox sevinir. O, güman edir ki, Hindistana dəniz yolunu artıq tapıb. Amma onların gördükləri quru sahəsi Baham adalarından biri olan Sansalvador idi. X. Kolumb qiymətli daş-qaş axtarışı məqsədilə cənuba doğru üzür və oktyabrın 29-da Kuba adasını kəşf edir. O, burada heç bir şey tapa bilmədiyi üçün yenidən üzməyə başlayır və dekabrın 6-da Haiti adasını tapır. Bu zaman "Santa Mariya" gəmisi qəzaya uğrayır. O, burada 43 nəfər könüllü qoyub 1493-cü ildə İspaniyaya qayıtmaq qərarına gəlir. O, buranı Hindistan kimi tanıyır, ancaq onun səfərində iştirak edən Ameriqo Vespuççi buranın yeni torpaq olduğunu anlayır və X. Kolumbu inandıra bilir. Ancaq əslində 10-cu əsrdə skandivayalılar burada olmuşdu. Leyf Erikson materikin şimal-şərqinə dəfələrlə səyahət etmişdi. X. Kolumb bundan sonra "Baş Okean Admiralı"rütbəsinə qalxır.
Digər səyahətlər və ölümü
redaktəİkinci ekspedisiya (1493–1496)
redaktəHindistan kimi qələmə verilən Amerika qitəsinə Xristafor Kolumbun ikinci ekspedisiyası 25.09.1493-cü ildə Kadis limanından başlayır. Müxtəlif mənbələrə görə 1500–2500 nəfərdən ibarət olan heyət arxadan əsən şimal-şərq passat küləklərinin təsiri altda 20 gün ərzində Atlantik okeanını üzüb keçərək Mori-Qalant adasında sahilə çıxırlar. Noyabrın 4-də Qvadelupa adasını kəşf edirlər. Toxunan örtüklərin gözəlliyinə görə İspaniyadan heç də geri qalmayan bu ada digərlərindən inkişaf səviyyəsinə görə fərqlənirdi. Daha sonra Haiti adalarına üzərək, sonradan Saabo dağlarında qızıl axtaranların mərkəzinə çevrilən İzabella şəhərinin əsasını qoyurlar. Uzun müddət qızıl axtarmaqdan nəticə əldə edə bilməyən Kolumb gələcəkdə ekspedisiyanın xərcini ödəyəcəyi barədə krala göndərdiyi məktub artıq avropalıların Amerikada müstəmləkəçilik siyasətinin başlanğıcından xəbər verirdi. Bu dövrdən soyğunçuluq və quldurluq Amerikada macəra axtaranların məqsədinə çevrilməyə başladı. 1 may 1493-cü ildə "Hindistanın materik torpağına keçmək üçün" qərbə doğru hərəkət etməklə Kubanın cənub-şərq sahillərini tədqiq edilir. 1494-cü il iyun ayının 12-də Kolumb bütün ekspedisiya heyətinə bu quru sahənin materikin bir hissəsi olması haqqında and içdirərək gələcək təhlükəsizliyini təmin edir. Həmin ərəfədə Kolumbun qardaşı Bartolomey Espanyolanın cənubunda Santo-Dominqo şəhərinin əsasını qoyur. Ekspedisiyanın göndərdiyi az miqdarda qızıl, mis, qul kimi hindlilər kralı təmin etmədiyindən, həmçinin ekspedisiya xərcləri ödənilmədiyindən Kral-Kolumb müqaviləsi pozulur. Kolumb təcili olaraq 17 gəmidən 5-ini saxlamaqla (500 nəfər), 20 ilə geri qayıdır. O, Haiti adalarındakı Espanyolanın mərkəzində bibliya çarı Salomonun qızıl çıxartdığı Ofir ölkəsini tapdığını söyləməklə yenidən müqavilənin şərtlərini bərpa etməyə nail olur. Beləliklə, Xristofor Kolumb növbəti ekspedisiyanı təşkil etməyə hazırlaşır.
Üçüncü ekspedisiya (1498–1500)
redaktəÜçüncü ekspedisiya çox çətinliklə olsa da, Kolumb 1498-ci il may ayının 30-da 6 kiçik gəmidə 300 nəfər heyətlə Qvadalkvivir çayının mənsəbindən "Qərbi Hindistan"a yola düşür. İyulun 31-də Trinidad adasını kəşf edərək, cənuba üzməklə Orinoko çayının deltasına yaxınlaşır. Kolumb yeni torpaqlar kəşf etdiyi ərəfədə 1498-ci ildə portuqallar artıq Hindistana Afrikanın cənubundan dəniz yolu açmışdılar. Bu hadisə İspaniya kralı tərəfindən Kolumbun, qardaşları Bartolome və Diaqonun həbs olunmasına səbəb olur. Lakin az sonra yeni torpaqların kəşfində maraqlı olan maliyyəçilərin təkidi ilə üçü də azad olunurlar.
Dördüncü ekspedisiya (1502–1504)
redaktəKolumbun üçüncü ekspedisiyasından sonra, İspaniyadan Antil adalarına kütləvi axın başlanır. 1502-ci ilin aprelində Kolumb yenidən səyahətə çıxmağa nail olur. O, Karib dənizini keçməklə Mərkəzi Amerikada boğaz axtarmaqla daha qərbə üzmək cəhdi göstərir. Bu dövrdə yeni torpaqların kəşfi ilə yanaşı yerli əhalinin ispanlar tərəfindən kütləvi qırğını başlamışdır. İspanların baş keşişi həmvətənlərinin "Qərbi Hindistan"da törətdikləri vəhşilikləri belə xatırlayır: "Xristianlar kəndlərə gedərək heç kimi sağ qoymur, hətta öz aralarında hindliləri bir zərbə ilə iki yerə bölə bilmələri, yaxud boyunlarını vura bilmələrinə dair mərcləşirdilər. Onlar hər kəsi məhv edirdilər. Hər 13 nəfərdən biri tonqalda yandırılır, bəzilərinin isə bədəninə saman sarıyıb yandırırdılar. Onlar hər bir xristianın öldürülməsində hindlilərin əli olarsa, əvəzində 100 nəfər öldürülməsi haqqında aralarında razılığa gəlmişdilər". Espanyolanın kəşfindən cəmi 20 il sonra adada 15 min yerli əhali sayılan hindi qalmışdır. Bundan 30 il sonra isə adanın əhalisi son nəfərinə kimi məhv edildi. Bir qədər sonra materiklərin əsas hissəsinin kəşf olunması, avropalılar tərəfindən hindilərin bütövlükdə yer üzündən silinməsi təhlükəsinə gətirib çıxartdı. Xristofor Kolumb həqiqi Hindistanı kəşf edə bilmədi. Lakin əvəzində İspaniyaya yeni torpaqlar, yeni sərvətlər mənbəyi bəxş etdi. İstədiyinə nail ola bilməyən Kolumb ruh düşkünlüyü ilə geri qayıdaraq İspaniya əyalətlərindən birində yaşamalı olur. Kral bütün müqavilələri qüvvədən saldığına görə müflisləşir və Kolumb ruhdan düşmüş, məyus olmuş halda 1506-cı ilin 20 mayında İspaniyanın Valyadolid şəhərində vəfat edir. Xristofor Kolumb ömrünün sonuna qədər Asiya qitəsinə çatdığına və Hindistanı kəşf etdiyinə əmin olmuşdur.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Christopher Columbus // National Library of Wales archives and manuscripts catalogue (ing.).
- ↑ 1 2 Christofer Columbus // Project Runeberg (ing.). 1992.
- ↑ 1 2 Valerie I.J. Flint Christopher Columbus // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Encyclopédie Larousse en ligne (fr.).
- ↑ 1 2 3 Pas L. v. Genealogics (ing.). 2003.
- ↑ 1 2 Union List of Artist Names (ing.). 2011.
- ↑ 1 2 3 4 Royal Academy of History. 1738.