Vandal Kralligi - Wikipedia
Vandal krallığı və yaxud Vandal və Alan krallığı — Xalqların böyük köçündən sonra Roma imperiyası ərazisində yaranmış dövlətlərdən biri. 435-ci ildə kral Qenserikin başçılığı ilə Vandalların Şimali Afrikada qurduğu dövlət. Dövlətin əsas əhalisi Vandallar və Alanlardan ibarət idi.
Tarixi dövlət | |
Vandal krallığı | |
---|---|
lat. Regnum Vandalum | |
|
|
|
|
Paytaxt |
Hippo Regius (435-439)[1] Karfagen (439-534) [2] |
Rəsmi dilləri |
Vandal dili Latın dili |
İdarəetmə forması | Tayfa monarxiyası |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə429-cu ildə, Vandallar kral Qenserikin başçılığı ilə Şimali Afrikaya daxil oldular. 80000 nəfər Vandal və Alandan ibarət olan bu topluluqda 20000 nəfər əsgər var idi.[Peter Heather 1] 430-cu ildə Roma şəhəri Hippo Regiusu ələ keçirərək dövlət qurma yolunda ilk addımlarını atmış oldular.[Roger Collins 1] 435-ci ildə Roma imperiyası ilə sülh bağlayan Vandallar Şimali Afrikanın böyük bir hissəsini müqavilə ilə ələ keçirdi. 439-cu ildə kral Qenserik sülhü pozaraq müasir Tunisdə yerləşən Africa Proconsularis əyalətinə yürüş etdi[Roger Collins 2]. Karfagen şəhəri döyüşsüz ələ keçirildi. Kral Qenserik Vandal dövlətinin əsasını qoydu, özünü də Vandalların və Alanların kralı (lat. Rex Vandalorum et Alanorum) titulu ilə hökmdar elan etdi. Zamanla Siciliya, Sardiniya, Korsika və Balear adaları da ələ keçirildi. Roma imperatoru III Valentinian 442-ci ildə Vandalların müstəqilliyini tanıdı, qızı Yevdokiyanı isə şahzadə Hunerikə nişanladı.
Roma qarəti
redaktə- Petronius Maksimus imperator III Valentinianı devirərkən keçmiş imperatorun həyat yoldaşı imperatriça Lisiniya Yevdoksiya Vandallardan ona köməyə gəlməsini xahiş etmişdi. Petronius Maksimus şəhərdən qaçsa da Qenserik şəhəri 2 həftə boyunca qarət etdi, imperatriça və qızlarını da öz krallığına apardı.[Averil Cameron 1] 455-ci ildə
Sonrakı illər
redaktəRoma imperiyası Vandal krallığını geri ələ keçirməyə can atırdı. İmperator Mayorian buna cəhd etsə də, 460-cı ildə Kartaxena sahillərində ağır məğlubiyyətə uğramışdı. Bu dəfə Qərbi Roma imperiyası və Şərqi Roma imperiyası öz güclərini birləşdirib, 468-ci ildə 100000-dən çox əsgər və 1000-dən çox gəmi ilə Kap Bon burnuna gəldilər. Vandallar bu dəfə Qərbi Roma gəmilərini ələ keçirib Bizans gəmilərini yandıraraq çox böyük bir məğlubiyyətə uğratdılar. 470-ci ildə Qərbi Roma imperiyası Vandallarla sülh bağlamağa məcbur oldu.[Roger Collins 3]
Krallığın sonu
redaktəBizansda I Yustinian hakimiyyətə gələndə qədim Roma imperiyasının sərhədlərini bərpa etmək fikrində idi. Bu məqsədlə 533-cü ildə Vandal müharibəsini başlatdı və gücdən düşmüş Vandalları məğlub etdi. 534-cü ildə son Vandal kralı Qelimer həbs olundu, digər vandallar Konstantinopola məcburi əsgər kimi aparıldılar. Vandal krallığı Bizansın bir əyalətinə çevrildi.[Roger Collins 4]
Kralları
redaktəİstinadlar
redaktə- ↑ Andrew Merrills and Richard Miles, The Vandals, (Blackwell Publishing, 2007), 60.
- ↑ An Empire of Cities, Penelope M. Allison, The Cambridge Illustrated History of the Roman World, ed. Greg Woolf, (Cambridge University Press, 2001), 223
- ↑ Peter Heather, The Fall of the Roman Empire: A New History, Macmillan, ISBN 0-333-98914-7, səh 197–198
- ↑ Collins, Roger (2000), The Cambridge Ancient History. Late Antiquity: Empire and Successors, A. D. 425–600 (Cambridge University Press) XIV
- ↑ səh 124–125
- ↑ səh. 125
- ↑ səh. 126
- ↑ Cameron, Averil (2000), The Cambridge Ancient History. Late Antiquity: Empire and Successors, A. D. 425–600 (Cambridge University Press) XIV