Verner Fon Simens - Wikipedia
Ernst Verner fon Simens (alm. Ernst Werner von Siemens; 13 dekabr 1816[2][3][…] – 6 dekabr 1892[2][3][…]) — alman ixtiraçı, elektrotexnikanın yaradıcısı və sənayeçi (Siemens AGnin qurucusu).
Verner fon Simens | |
---|---|
alm. Werner von Siemens[1] | |
Doğum tarixi | 13 dekabr 1816[2][3][…] |
Vəfat tarixi | 6 dekabr 1892[2][3][…] (75 yaşında) |
Vəfat səbəbi | ağciyər iltihabı |
Fəaliyyəti | sahibkar, ixtiraçı, mühəndis, siyasətçi |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSimens Qoslarda Kristian Ferdinand Simens (1787–1840) və onun həyat yoldaşı Elenore Henriette Dayhmanın (1792–1839) dördüncü uşağı kimi dünyaya gəlir. 1823-cü ildə onun ailəsi Lübekə köçdükdən sonra ailənin iqtisadi işləri yaxşı getmir. Simensə əvvəldə nənəsi, daha sonra atası təhsil verirlər. Sonralar o bir il Şöneberq vətəndaş məktəbində, uç il evdə və sonda üç il Katharineum qimnaziyasında dərs alaraq təhsilini başa çatdırır. Verner 1834-cü ildə qimnaziyanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qaldığından heç bir formal sənəd ala bilmir. Ailəsinin maddi vəziyyəti ona ali təhsil almağa imkan vermir. 1839-cu ildə anasının və 1840-cı ildə atasının vəfatından sonra Verner ən böyük oğul kimi bacı-qardaşlarının qayğısına qalmalı olur.
Müəlliminin məsləhəti ilə o Berlində Prussiya mühəndislik qrupuna daxil olmaq üçün ərizə verir, oradan ancaq yox cavabı alır. Bundan sonra Verner Maqdeburqdakı artilleriya məktəbinə daxil olur. 1835-ci ilin payızında o artıq Berlin artilleriya məktəbində zabit kimi çalışır. Bu məktəbdə və paralel olaraq Berlin Universitetində mühazirələrə gedərək o, öz təhsilini dərinləşdirərək, riyaziyyat, fizika, kimya və ballistika üzrə biliklərə yiyələnir. 1838-ci ildə Verner təhsilini artilleriya üzrə Leytenat rütbəsində başa çatdırır.
Leytenat Verner Simens Maqdeburda xidmətə başlayır, ancaq qısa müddət sonra bir dueldə sekundant kimi iştirak etdiyindən beş il müddətində məhkum olunur. Həbsxanada o öz yerini bir laboratoriyaya çevirir və burada elektrik qalvanlaşdırma üçün yeni üsul ixtira edir. Tezliklə o əfv olunur və 1842-ci ildə Berlində hərbi xidmətini davam etdirir. 1849-cu ilə qədər o zabit kimi çalışır. Bununla bərabər Verner öz ixtiraları ilə pul qazanmaq istəyir. Onun ixtiraları praktiki xarakter daşıyırdı. Beləki, o buxar maşını üçün tənzimləyici, süni daş üçün pres maşınını düzəldir.
Sənayeçilik hərisi ilə yaşayan Simens 1852-ci ildə professor Dr.Drumanın qızı Mathilde Drumann (1824–1865) ilə evlənir. Onların iki qızı və iki oğlu olur. Matilda vəfat edəndən sonra Verner 13 iyul 1869-cu ildə ikinci dəfə olaraq oz qohumu Antonie Simenslə evlənir. Onun atası Karl Simens Ştuttqartda Kənd təsərrüfatı akademiyasında professor işləyirdi. Bu nigahdan onların oğlu Karl Friedrih (1872–1941) anadan olur.
1887-ci ildə Simens Biesdorfda qəsr və onunla birlikdə təxminən 600 ha sahəni alarır və bu mülkü sonra 1889-cu ildə oğlu Vilhelmə verir.
6 dekabr 1892-ci ildə Verner fon Simens Berlində sətəlcəm xəstəliyindən vəfat edir.
Fəaliyyəti
redaktəSənayeçilik fəaliyyəti
redaktə12 oktyabr 1847-ci ildə zabit olmasına baxmayaraq Simens mexanik Yohan Qeorq Halske ilə birlikdə "Simens & Halskenin teleqraf firmasını" (alm. Telegraphenbau-Anstalt von Siemens & Halske) yaradırlar. Firma üçün əsas kapitalı böyük maliyyə imkanına malik Yohan Qeorq Simens verir. O bu firmaya ilkin kapital kimi 6000 Talerdən çox pul investisiya edir. Əsas şərt firmanın gəlirinin 20 %-nə sahib olmaq idi. Simens və Halskenin birgə işləməsi ixtisas cəhətdən bir-birinə ideal uyğun gəlirdi. Halske onun ideyalarını həyata keçirmək üçün praktiki qurğular layihələndirirdi.
13 dekabr 1816-cı ildə alman ixtiraçısı, elektrotexnikanın yaradıcısı və sənayeçi, Siemens şirkətinin banisi Ernst Verner fon Simens (Ernst Werner von Siemens) anadan olmuşdur. Simens elektrik naqillərinin izolə edilməsi texnologiyasının müəllifidir. Bu günə kimi elektrik naqilləri bu texnologiya ilə üzlənir.
1848-ci ildə yeni yaradılmış firma dövlətdən əsas bir sifariş alır. Onlar Berlin-Frankfurt arasında teleqraf xəttini çəkməli idilər. Bu xətt 1849-cu ildə tikilib istifadəyə verilir. Bununla Simens&Halske firması məşhurlaşır. O, Prussiya ərazisində başqa teleqraf xətlərinin çəkilməsi üçün sifarişlər alır. Simens almaniyadan kənara çıxaraq başqa məknalara da ayaq basmaq qərarına gəlir. O qardaşı Vilhelmin rəhbərliyi altında firmasının Londonda filialını açır. Onun ən böyük xarici sifarişini o 1852-ci ildə Rusiyadan alır. Simens Varşava ilə Pterburq arasında, daha sonra isə Moskvaya teleqraf xəttini çəkməli idi. 1852-ci ildə Simens qardaşı Karlı Peterburqa tikinti işlərinə nəzarət etməyə göndərir. Karl tez bir zamanda Rusiya dövlətinin etibarını qazanır və oradan çoxlu sifarişlər alır. 1855-ci ildə Karlın fəaliyyəti qiymətləndirilərək onun üçün Rusiyada Siemens & Halske firmasının filialı açılır. Bu filial sonra Simens firmasının əsas bünövrəsinə çevrilir.
1865-ci ildə Siemens & Halske firmasının Londondakı filialı ayrılaraq Siemens Brothers & Co. adlı ayrıca firma kimi fəaliyyət göstərməyə başlayır. Sonralar Halske ilə Simens qardaşları arasında olan fikir ayrılığı Halskenin 20 illik birgə fəaliyyətindən sonra 1867-ci ildə firmadan getməsi ilə nəticələnir. Bundan sonra Verner, Vilhelm və Karl Simens qardaşları firmanın tam mülkiyyətçisinə çevrilirlər.
1870-ci ildə üç il aparılan tikinti işlərin nəticəsində "Hindistan-Avropa telqraf xətti" London, Tehran və Kalkuttanı birləşdirir. Bunlardan əlavə Simens aşağıdakı texniki yenilikləri həyata keçirmişdir:
- 1879-cu ildə ilk elektrik Lokomotiv və ilk dəfə olaraq küçələrin elektriklə işıqlandırılması,
- 1880-ci ildə Manhaymda ilk elektrik Liftin nümayişi,
- 1881-ci ildə Lihtenfelddə (Berlin) ilk elektrik tramvayın sınğı,
- 1882-ci ildə dünyada ilk yuxarı elektrik naqil xətti ilə işləyən avtobusun sınağı.
Mükafatları
redaktə1860-cı ildə Simens Berlin texniki universitetində fəxri doktor seçilir. 1867-ci ildə Parisdə keçirilən Dünya sərgisində Simensin elektrik dinamo prinsipi ilə işləyən generatora Fransanın "Fəxri legion ordeni" verilir. Gördüyü işlərinə görə Simens 1874-cü ildə Prussiya Elmlər Akademiyasının üzvü seçilir. 1880-ci ildə ona dövlət şurası tərəfindən ona Pour le Mérite (fran. xidmətinə görə) ordeni verilir. Elmdə və cəmiyyətdə gördüyü işlərinə görə Simens İmperator III Fridrix tərəfindən zadəgan səviyyəsinə yüksəldilir və "fon Simens" adlanır. Elektrik keçiriciliyinin vahidi onun şərəfinə adlanır. Onun sağlığında elektrik müqaviməti də "1 Simens " adlanırdı: 1 SE = 0,944 Ohm.
Əsərləri
redaktə- Die electrische Telegraphie. Lüderitz, Berlin 1866
- Positive Vorschläge zu einem Patentgesetz. Bittkow, Berlin 1869
- Beiträge zur Theorie der Legung und Untersuchung submariner Telegraphenleitungen. Akademie, Berlin 1881
- Gesammelte Abhandlungen und Vorträge. Springer, Berlin 1881
- Ueber die Zulässigkeit der Annahme eines electrischen Sonnenpotentials und dessen Bedeutung zur Erklärung terrestrischer Phänomene. Leipzig 1883
- Beiträge zur Theorie des Magnetismus. Königliche Akademie der Wissenschaften zu Berlin, Berlin 1884
- Über die Erhaltung der Kraft im Luftmeere der Erde. Königliche Akademie der Wissenschaften zu Berlin, Berlin 1886
- Das naturwissenschaftliche Zeitalter. Schumacher, Berlin 1886
- Über das allgemeine Windsystem der Erde. Akademie der Wissenschaften, Berlin 1890
- Wissenschaftliche und technische Arbeiten. Springer, Berlin 1889
- Lebenserinnerungen Piper-Verlag, München 2004, ISBN 3-492-04621-5
- Aus einem reichen Leben: Werner von Siemens an seine Familie und an seine Freunde. Deutsche Verlags-Anstalt, Stuttgart 1954
Mənbə
redaktə- Wilfried Feldenkirchen: Werner von Siemens. Erfinder und internationaler Unternehmer Piper-Verlag, München 1996
- Wilfried Feldenkirchen: Werner von Siemens Inventor and International Entrepreneur Arxivləşdirilib 2016-04-02 at the Wayback Machine, 1994; The Ohio State University Press, Open Access Initiative (engl.)
- Wilfried Feldenkirchen, Almuth Bartels: Werner von Siemens Ullstein, München 2000, ISBN 3-548-35948-5
- Conrad Wandrey: Werner Siemens. Geschichte seines Lebens und Wirkens, Erster Band, München 1942
- Sigfrid von Weiher: Werner von Siemens: Ein Leben für Wissenschaft, Technik und Wirtschaft. Musterschmidt, Göttingen 1974
- Rezo Əliyev. Maşınqayırmanın tarixinə dair. Bakı"Təhsil" NPM, 2008, 542 s.
- Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Deutsche Nationalbibliothek Record #118614088 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 3 4 Werner von Siemens // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Ernst Werner Siemens // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Deutsche Biographie (alm.). München BSB, Historische Kommission bei der Bayerischen Akademie der Wissenschaften, 2001.