Vikipediya Bilirsinizmi 31 Hefte 2016 - Wikipedia
Vikipediya Bilirsinizmi 31 Hefte 2016 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- Heyvan hüquqları müdafiəçiləri əlverişsiz şəraitdə saxlanıldığına görə Arturo adlı ağ ayını dünyanın ən gəmgin heyvanı adlandırmışdılar.
- 1940-1956-cı illərdə SSRİ 15 yox, 16 müttəfiq respublikadan ibarət idi. Karel-Fin Sovet Sosialist Respublikası adlanan sonuncu respublika, 1956-cı ildə RSFSR-in tərkibinə muxtar respublika kimi daxil edilmişdir.
- Nauru dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada dövləti, Avropadan kənar ən kiçik dövlət və rəsmi paytaxtı olmayan yeganə dövlətdir.
- Qlazqonun müasir adı Kyumbrik dilində "yaşıl yarğan" (glas və cau sözlərinin birləşməsindən) mənasını daşıdığını güman edilir.
- Beynəlxalq səhnəyə yenicə çıxmağa başlayan Nigeriya kino sənayesi Nollivud adı ilə tanınır.
- 2016-cı ildə İspaniya dünyanın ən təmiz və təhlükəsiz çimərliklərə sahib ölkəsi seçilmişdir.
- 1996-cı ildə Bülənt Üstün tərəfindən yaradılmış komiks personajı Yaramaz pişik Şərafəddin "Ekşi Sözlük" kimi məşhur saytlarda tez-tez Qarfild və Hitkliff kimi uydurma pişiklərlə müqayisə olunmuşdur.