Vikipediya Bilirsinizmi 38 Hefte 2014 - Wikipedia
Vikipediya Bilirsinizmi 38 Hefte 2014 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- Çin SSRİ və ABŞ-dan sonra fəzaya insan göndərən üçüncü dövlətdir.
- Urnes kilsəsi (şəkildə) Norveçdəki taxta kilsələrin ən qədimidir.
- Futbolun inkişafının ilkin mərhələsində topu heyvanların sidik kisələrindən düzəldilirdi; amma belə toplar, güclü zərbə vuranda, tez sıradan çıxırdı.
- Cin Otri Hollivudun "Şöhrət xiyabanı"nda 5 ulduzu olan yeganə şəxsdir.
- "Qız qalası" baleti ilk Azərbaycan baleti olmaqla yanaşı, həm də müsəlman şərqində ilk baletdir.
- 14,9 milyon müharibə iştirakçısı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilmişdir.
- Azərbaycanda adətən uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır.