Vikipediya Bilirsinizmi 52 Hefte 2017 - Wikipedia
Vikipediya Bilirsinizmi 52 Hefte 2017 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- Bosniya və Herseqovinanın Mostar şəhərindən keçən Neretva çayı üzərində inşa edilmiş Mostar körpüsü Balkanlarda İslam memarlığının ən nümunəvi əsərlərindən sayılır.
- Monqolustanda təşkil edilən ənənəvi Naadam festivalı yerli səviyyədə "Kişilərin üç oyunu" adlanır.
- Şimal Torpağında Komsomoles adasında Asiya qitəsinin ən ucqar şimal nöqtəsi olan Arkiçeski burnu yerləşir.
- "Bruneyin yaşıl cavahiri" ləqəbi ilə tanınan Ulu Temburonq Milli Parkı Bruneydə yaradılmış ilk milli parkdır.
- Rusiya Elmlər Akademiyasının antropologiya və etnoqrafiya muzeyi olan Kunstkamerada Şimali Amerika kontinentində yaşamış yerli xalqların - eskimosların, aleutların və hinduların ənənəvi mədəniyyətlərini əks etdirən zəngin kolleksiya saxlanılır.
- Faberje Evi tərəfindən 1885-1917-cı illər ərəfəsində Rusiya çarları üçün Faberje yumurtası (şəkildə) adlı silsilə zərgərlik məmulatları hazırlanıb.
- Frans-İosif Torpağına daxil olan Quker adasında, 2014-cü ildə Tixaya buxtası sahilində Rusiya poçtu idarəsinin ayrıca bölməsi fəaliyyətə başlamışdır (poçt indeksi 163110). Bu dünyanın Şimal qütbünə ən yaxın poçt bölməsidir.
- Frans-İosif Torpağına daxil olan Quker adasında 1926-cı ildə Tixaya buxtasını eyni adlı stansiyanın anqarları ilə birləşdirən, Şimal qütbünə ən yaxın dəmir yolu salınmışdır. Bu dəmir yolu hidrotəyyarələrin anqara daşınması məqsədini güdürdü.