Bruney - Wikipedia
Bruney ya da rəsmi adıyla Bruney Darussalam Dövləti (Malay: Negara Brunei Darussalam və İngilis: Country of Brunei Darussalam) - Asiyada dövlət. Cənub-şərqi Asiya da, Cənubi Çin Dənizi sahillərində yerləşən və yalnız Malayziya ilə quru sərhəddinə malikdir. Ərazisi 5.8 min км². Əhalisi 401 min nəfər (2011). Paytaxtı Bandar Səri Bəgavan. İslami monarxiya ilə idarə olunur. Rəsmi dili malaycadır. Millətlər Birliyi`nə daxildir. Ölkənin gəlir qaynaqlarının əsasını təbii qaz və neft təşkil edir. Qətərdən sonra dünyanın ən varlı ikinci ölkəsi sayılır. Dünyanın ən varlı insanları arasında adı çəkilən Bruney Sultanı Hassanal Bolkiahdır.
Bruney (Brunei) | |||||
---|---|---|---|---|---|
Negara Brunei Darussalam Country of Brunei Darussalam | |||||
| |||||
A kingdom of unexpected treasures | |||||
Himn: لله فليهاراكن سلطن |
|||||
Tarixi | |||||
• Müstəqillik elan olunub | 1 yanvar 1984 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Bandar Səri Bəgavan | ||||
İdarəetmə forması | miraslı tamamilə teokratik monarxiya | ||||
Sultan | Hassanal Bolkiah [4.X.1967~ ] | ||||
Vəliəht Şahzadə | Al-Muhtadee Billah | ||||
Sahəsi | Dünyada 172-ci | ||||
• Ümumi | 5765 km² | ||||
• Su sahəsi (%) | 8,6 | ||||
Əhalisi | |||||
• Əhali | 417 200 nəfər (175-ci) | ||||
• Siyahıyaalma (1.IV.2011) | 393 372 nəfər nəf. | ||||
• Sıxlıq | 72.11 nəf./km² (134-cü) | ||||
• Ümumi | 14.006.497.000 $[2], 16.681.531.646 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 33,376 milyard dollar (116-cı) | ||||
• Adambaşına | 80,000 dollar (5-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2015 təxmini) | 13,002 milyard dollar (111-ci) | ||||
• Adambaşına | 30,933 dollar (25-ci) | ||||
İİİ (2014) | 0.856 | ||||
İnternet domeni | .bn | ||||
ISO kodu | BN | ||||
BOK kodu | BRU | ||||
Telefon kodu | +673 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəBruney Kalimantan adasında yerləşir.Ekvatorial iqlimi olan Bruneyda yağıntıların illik miqdarı 2000-2700 mm-dən çoxdur,il ərzində temperatur az tərəddüd edir,24°-31°C arasında dəyişir.
Əhalisi
redaktəƏhali - 426 444 (iyul 2015 təxmini ) İllik artım - 1,73% Orta ömür həddi - kişilərdə 74 yaş, qadınlarda 78 yaş.
Etnik qruplar: Malaylar (66%), qohum etnik qruplar - kelayanlar, ibanlar, melanau, dusunlar, murutlar, dayaklar və s. - 8%,həmçinin çinlər (11%), avropalılar, hindlilər və b.
Rəsmi dil - Malay, danışıq dili kimi İngilis və Çin dilləri.
Təhsil almış əhali - 95% kişi, 90% qadınlar (2001 siyahıyaalma).
Şəhər əhalisi - 75%. Əhalinin sıxlığı - 62 nəfər/km². Bruney əhalisi qeyri-bərabər məskunlaşıb: əhalinin 1/3 paytaxtda yaşayır, qalan əhalinin böyük əksəriyyəti neft yataqlarının yerləşdiyi ərazidə cəmləşib.
Din
redaktəRəsmi din - İslamdir - əhalinin 67%, 13% - Buddist, 10% - xristianlar (əsasən protestant və katolik), 10% - digər (əsasən yerli inanclar).
1980-ci illərdən sonra ölkədə Melayu İslam Beraja ("Malay İslam monarxiya") konsepsiyası fəaliyyət göstərirdi ki, bununla bütün dinlərə hörmət və bərabər hüquqlar təmin edilirdi, lakin İslam əsas din sayılırdı. 2013-cü ildə Bruney Sultanı Hassanal Bolkiah qəbul etdiyi Şəriət cinayət ədliyyə sistemi ilə əaqədar olaraq
Silahlı qüvvələri
redaktəBruney kraliyyət silahlı qüvvələri ibarətdir:
Quru qoşunları - üç piyada batalyonu və bir ehtiyat batalyonu.
Hərbi hava qüvvələri - üç vertolyot eskadra, 1 eskadra(dəstə) nəqliyyat təyyarəsi, Hava Hücumundan müdafiə bölüyü, texniki və köməkçi bölüklər.
Hərbi dəniz qüvvələri - 3 raket qayığı, 3 patrul kateri, 2 amfibiya, 2 desant kateri, 17 kiçik çay qayığı.
Bundan başqa, Britaniya ordusunun veteranlarından ibarət ehtiyat qurklar bölüyü var. Sultanı və neft obyektlərini qorumaq vəzifəsini yerinə yetirirlər. Onlar Bruney Daxili İşlər Nazirliyinin tabeliyindədirlər.
Həmçinin bax
redaktə- ↑ 1 2 Part XI - Miscellaneous, Section 82 - Official Language // Negara Brunei Darussalam - Constitutional Documents. Attorney General's Chambers, Prime Minister's Office, Brunei Darussalam, 2008.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ http://chartsbin.com/view/edr.