Vikipediya Bilirsinizmi 52 Hefte 2022 - Wikipedia
Vikipediya Bilirsinizmi 52 Hefte 2022 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- Bosniya və Herseqovinanın Mostar şəhərindən keçən Neretva çayı üzərində inşa edilmiş Mostar körpüsü Balkanlarda İslam memarlığının ən nümunəvi əsərlərindən sayılır.
- Monqolustanda təşkil edilən ənənəvi Naadam festivalı yerli səviyyədə "Kişilərin üç oyunu" adlanır.
- Şimal Torpağında Komsomolets adasında Asiya qitəsinin ən ucqar şimal nöqtəsi olan Arktiçeski burnu yerləşir.
- "Bruneyin yaşıl cavahiri" ləqəbi ilə tanınan Ulu Temburonq Milli Parkı bu ölkədə yaradılmış ilk milli parkdır.
- Rusiya Elmlər Akademiyasının antropologiya və etnoqrafiya muzeyi olan Kunstkamerada Şimali Amerika qitəsində yaşamış yerli xalqların — eskimoslar, aleutlar və hinduların ənənəvi mədəniyyətlərini əks etdirən zəngin kolleksiya saxlanılır.
- Faberje Evi tərəfindən 1885–1917-ci illər ərəfəsində Rusiya çarları üçün Faberje yumurtası (şəkildə) adlı silsilə zərgərlik məmulatları hazırlanıb.