Vikipediya Bilirsinizmi 6 Hefte 2016 - Wikipedia
Vikipediya Bilirsinizmi 6 Hefte 2016 - Wikipedia - Haqqında Məlumat
Vikipediya məqalələrindən
- İlk elektromaqnetik radiasiya şüası yayan, yüksək maqnitləşmiş böyük sürətlə dönən neytron ulduz — pulsar Cokelin Bell Bernell və Entoni Xyoiş tərəfindən 28 noyabr 1967-ci ildə müşahidə edilmişdir.
- Dinozavr sözü yunan dilindəki "δεινός" ("dəhşətli") və "σαῦρος" ("kələz") sözlərinin birləşməsindən əmələ gəlmişdir və bu termin ingilis paleontoloqu Riçard Ouen tərəfindən 1842-ci ildə təklif edilmişdir.
- Edo dövründə ukiyo-e rəssamı Katsuşika Hokusay tərəfindən çəkilmiş "Kanaqavada böyük dalğa" qravürü Yaponiya incəsənətinin ən tanınmış əsəri hesab olunur.
- Vaşinqton ştatının bayrağı (şəkildə) üzərində ABŞ prezidenti Corc Vaşinqtonun şəkli olan və tam yaşıl fona malik yeganə ABŞ ştat bayrağıdır.
- Abşeron yarımadasından şərqdə yerləşən Qu adası Azərbaycan ərazisindəki iki hərfli tək toponimdir.