Vittorio Emanuele Orlando - Wikipedia
Vittorio Emanuele Orlando (19 may 1860[3][4][…], Palermo, İki Siciliya krallığı[d][1] – 1 dekabr 1952[1][3][…], Roma, İtaliya[1]) — İtaliyalı hüquqşünas, akademik, diplomat, dövlət xadimi və 23 oktyabr 1917-ci ildən 23 iyun 1919-cu ilədək İtaliyanın Baş naziri. Birinci Dünya Müharibəsinin sonunda Versal sülh müqaviləsinin iclaslarında iştirak etdi. Tez-tez "Qələbənin Baş naziri" olaraq xatırlanır.
Vittorio Emanuele Orlando | |
---|---|
it. Camera dei Deputati | |
1917-ci il – 23 iyun 1919-cu il | |
Əvvəlki | Paolo Boselli |
Sonrakı | Saverio Nitti |
Nümayəndələr Palatasının prezidenti | |
5 iyul 1944 – 21 iyun 1946 | |
Əvvəlki | Dino Grandi |
Sonrakı | Cuzeppe Saraqat |
Şəxsi məlumatlar | |
Doğum adı | Vittorio Emanuele Orlando |
Doğum tarixi | |
Doğum yeri | Palermo |
Vəfat tarixi | (92 yaşında) |
Vəfat yeri | |
Partiya |
Tarixi Sol (1897–1913) Liberal Birliyi (1913–1919) Demokratik Liberal Partiyası (1919–1926) İtaliya Liberal Partiyası (1926–1952) |
Təhsili | Hüquq |
Fəaliyyəti | siyasətçi, professor, diplomat, hüquqşünas, universitet müəllimi[d] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[2], İctimai hüquq[2] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəVittorio Emanuele Orlando Siciliyanın Palermo bölgəsində anadan olub. Atası torpaq sahibi bir zadəgan idi, oğlunun anadan olmasının qeydiyyatını təxirə saldı çünki Cüzeppe Qaribaldinin 1000 vətənpərvər vətəndaşı İtaliya dövləti yaratmaq yolunun ilk addımında Siciliyaya hücum etmişdilər.[5]
Məzun olduğu Palermo Universitetinin Hüquq Fakültəsində elmi fəaliyyətə başlamışdı.[6]
1897-ci ildə Partiniko bölgəsindən İtaliya Deputatlar Palatasına (it. Camera dei Deputati) seçildi və 1925-ci ilə qədər yenidən eyni bölgədən seçildi. 1892–1921 arasında 5 dəfə İtaliyanın Baş naziri vəzifəsini icra edən Covanni Colittiyi dəstəklədi.[7]
1919-cu ildə İtaliyanın baş naziri olaraq Paris Sülh Konfransında iştirak etmişdi. Dalmatiyanın İtaliyaya Birinci Dünya Müharibəsində iştirakına kompensasiya olaraq vəd edildiyi 1915-ci il London gizli paktının yerinə yetirilməsini tələb etdi.[8] Lakin Vudro Vilson Orlandonun tələblərinə ciddi müqavimət göstərdi. Bu səbəbdən Orlando müqavilənin yerinə yetirilməsi üçün Fransa və İngilis dəstəyini ala bilmədi. Bu onun Sülh konfransından getməsinə səbəb oldu. Ancaq bir ay sonra geri döndü.[9] Orlando konfransda Yaponiyanın irqi bərabərlik təklifini dəstəklədi.[10]
Görüşlərdə İtaliya üçün qənaətbəxş bir həll yolu tapılmadıqda Orlando istefa verdi və onun yerinə radikal partiyasından Françesko Saveriyo Nitti gəldi. Bu hadisələr nəticəsində İtaliyanın müharibənin sonunda qazandığı qələbə italyanlar tərəfindən "şikəst qələbə" adlandırıldı və bu Benito Mussolininin güclənməsinin səbəblərindən biri oldu.
1919-cu il dekabrın 1-dən 1920-ci il iyunun 25-dək Orlando Nümayəndələr Palatasının prezidenti vəzifəsini öz öhdəsinə götürdü.
Faşizm dövrü
redaktəBenito Mussolini 1922-ci ildə güclənəndə Orlando onu taktiki cəhətdən dəstəklədi. Ancaq 1924-cü ildə Qiakomo Matteottinin öldürülməsindən sonra münasibətləri dəyişdi. 1925-ci ildə faşizmə qarşı çıxarkən Orlando Nümayəndələr Palatasını tərk etdi, həyatını yazıçılığa və müəllimliyə həsr etdi.[8]
Mussolininin 1935-ci ildə Efiopiya işğalından qısa müddət sonra Orlando ona dəstək məktubu yazdı və bu onun siyasi səhnəyə təkrar qayıtmasına səbəb oldu.[5]
Faşizmdən sonra
redaktə5 iyul 1944-cü ildə ikinci dəfə Nümayəndələr Palatasının sədri oldu və bu vəzifəni 21 iyun 1946-cı ilə qədər davam etdirdi.
8 may 1948-ci ildə bir ömürlük senator mövqeyi ilə təltif edildi. 1948-ci ilin may seçkilərində Parlament tərəfindən seçilən ilk İtaliya prezident seçkisində İtaliyanın 2-ci prezidenti olmaq üçün yarışdı və 88 yaşında olmasına baxmayaraq parlamentdəki səslərin 35.6 faizini toplayaraq ikinci yerdə qaldı.
Aparıcı siyasi xadim olmaqla yanaşı hüquq professoru olan Orlando, eyni zamanda yüzdən çox hüquqi və məhkəmə işləri ilə bağlı əsərləri ilə tanınır. O, parlamentin qurucu üzvlərindən biri və məclis sözcüsü olaraq İtaliyada Respublika Konstitusiyasının qurucu atalarından biri sayılır.
1 dekabr 1952-ci ildə 93 yaşında vəfat etdi.
-
La riforma elettorale, 1883
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Орландо Витторио Эмануэле // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Vittorio Orlando // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 "Last of the Big Four" (İngilis). content.time.com. 2019-04-10 tarixində arxivləşdirilib.
- ↑ {Vittorio Emanuele Orlando. Encyclopedia Of World War I. səh. 865-866.
- ↑ Servadio, Gaia. A history of the Mafia from its origins to the present day. London: Secker & Warburg. 1976. səh. 71. ISBN 0-440-55104-8..
- ↑ 1 2 Vittorio Emanuele Orlando. Columbia Electronic Encyclopedia. 2011.
- ↑ The Financial Times. London. 25 aprel 1919. səh. 3.
- ↑ Lauren, Paul G. Power And Prejudice: The Politics And Diplomacy Of Racial Discrimination. Boulder (CO): Westview Press. səh. 92. ISBN 0-8133-0678-7..