Vladimir Etus - Wikipedia
Vladimir Abramoviç Etuş (rus. Владимир Абрамович Этуш; d. 6 may 1922-ci il, Moskva, RSFSR — 9 mart 2019, Moskva, Rusiya) — görkəmli Sovet və rus teatr və kino aktyoru, pedaqoq, RSFSR xalq artisti (1971), SSRİ xalq artisti (1984)[3].
Vladimir Etuş | |
---|---|
rus. Владимир Этуш | |
Doğum adı | Vladimir Abramoviç Etuş |
Doğum tarixi | |
Doğum yeri | Moskva, RSFSR, SSRİ |
Vəfat tarixi | (96 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Milliyyəti | yəhudi |
Vətəndaşlığı | SSRİ → Rusiya |
Həyat yoldaşı |
Ninel Mışkova Yelena İzmaylova Nina Kraynova Yelena Qorbunova |
Uşağı | Raisa Etuş (d.1955) |
Atası | Abram Savelyeviç Etuş[1] |
Anası | Raisa Konstantinovna Etuş[2] |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1945—2019 |
Təhsili |
|
İstiqamət | teatr və kino |
Mükafatları |
|
IMDb | ID0262234 |
etush.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəVladimir Abramoviç Etuş 6 may 1922-ci ildə Moskvada yəhudi ailəsində anadan olmuşdur. Lakin sənəddə rəsmi olaraq, 1923-cü il kimi yazılmışdır[4].
Böyük Vətən müharibəsi illərində Vladimir Etuş cəbhədə zabit olmuşdur. 1943-cü ildə Tokmakın (Ukrayna) Jovtneve kəndində ağır yaralanmışdır. Xəstəxanadan çıxandan sonra 2-ci qrup əlil adını alır. 1945-ci ildə V. Etuş Şşukin adına teatr məktəbini bitirir və Yevgeni Vaxtanqov adına Moskva teatrında çalışmağa başlayır. Getdikcə əsas aktyorlardan birinə çevrilir.
Aktyor kino fəaliyyətinə 1953-cü ildə Mixail Rommun "Admiral Uşakov" tarixi filmində çəkilməklə başlamışdır. Vladimir Etuş kəskin xarakterli və komik rolların mahir ifaçısı olmuşdur. Geniş tamaşaçı kütləsi onu daha çox məşhur rejissor Leonid Qaydayın "Qafqaz əsiri və ya Şurikin yeni macəraları", "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir" kimi komediyalarından tanımışdır.
1945-ci ildən etibarən Vladimir Etuş fəal surətdə Şşukin adına teatr məktəbində müəllimliklə məşğul olmuşdur. 1976-cı ildə oranın professoru olmuşdur. 1987-ci ildə isə oranın rektoru olmuşdur. 2009-2011-ci illərdə Rusiyada Mərkəzi aktyor evinin direktoru olmuşdur [5]. O, bütün dünyada səhnədə olan ən yaşlı aktyor idi.
Vladimir Etuş 9 mart 2019-cu ildə 97 yaşında vəfat etmişdir.[6]
Filmoqrafiya
redaktəİl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1953 | Admiral Uşakov | rus. Адмирал Ушаков | Seyid Əli |
1955 | Ovod | rus. Овод | Martini |
1960 | Yay məzuniyyətləri zamanı | rus. Время летних отпусков | Məmmədov |
1965 | Sədr | rus. Председатель | Kaloyev |
1966 | Qafqaz əsiri və ya Şurikin yeni macəraları | rus. Кавказская пленница, или Новые приключения Шурика | yoldaş Saaxov |
1967 | Stüardessa | rus. Стюардесса | qafqazlı |
1968 | Köhnə, lap köhnə nağıl | rus. Старая, старая сказка | kral |
1968 | Solyaris | rus. Солярис | Snaut |
1969 | Köhnə tanış | rus. Старый знакомый | rejissor Sameski |
1968 | Kişi söhbəti | rus. Мужской разговор | Yura əmi |
1970 | Kabildə tapşırıq | rus. Миссия в Кабуле | Abdulla xan |
1971 | 12 stul | rus. 12 стульев | mühəndis Andrey Bruns |
1971 | Kölgə | rus. Тень | Pyetro |
1971 | Kloun | rus. Клоун | kloun |
1972 | Sirk işıqlarını yandırır | rus. Цирк зажигает огни | qraf |
1973 | İslaholunmaz yalançı | rus. Неисправимый лгун | Buruxtaniya şahzadəsi II II Edqar Buruxtan |
1973 | İvan Vasilyeviç peşəsini dəyişir | rus. Иван Васильевич меняет профессию | Anton Semyonoviç Şpak |
1973 | 100 % neylon | rus. Нейлон 100 % | Konstantin |
1975 | Buratinonun macəraları | rus. Приключения Буратино | Karabas Barabas |
1976 | Fəlsəfə doktoru | rus. Доктор философии | varlı tacir Jivota Sviyoviç |
1977 | Axmaq İvan necə möcüzə ardınca getdi? | rus. Как Иванушка-дурачок за чудом ходил | rus dərvişi |
1978 | 31 iyun | rus. 31 июня | Malqrim |
1979 | Düma Qafqazda | rus. Дюма на Кавказе | Babadul |
1980 | Anın quruluşu | azərb. Anın quruluşu | qoca Bayramov |
1982 | Uzunqulaq dərisi | rus. Ослиная шкура | kral IX Qaston |
1983 | Həmin mesye Lenuar ki... | rus. Месье Ленуар, который… | Pol-Alber Lenuar |
1984 | Ləpirçi Makar | rus. Макар-следопыт | İrakli |
1985 | Sağlam olun | rus. Будьте здоровы | Lüdovik Merikur |
1991 | Yatmış iti oyatmayın | rus. Не будите спящую собаку | Qriqori Matveyeviç Jivoqlaz |
1993 | Səfehin arzuları | rus. Мечты идиота | Funt |
1993 | İgid oğlanlar | ukr. Браві хлопці | Jiqulinin sahibi |
1998 | Klassik | rus. Классик | "Monarx" |
1999 | Açarın dönməsi | rus. Поворот ключа | Orlenko |
2004 | Suquzğunu | rus. Зимородок | ser Çarlz |
2005 | Üç muşketyor | rus. Три мушкетёра | d’Artanyanın atası |
2006 | Sovet dövrünün parkı | rus. Парк советского периода | kameo |
2012 | Tanrının gözü | rus. Глаз Божий | Mark Şaqal |
2013 | Qafqazın ən yaxşı qızı | rus. Лучшая девушка Кавказа | |
2013 | Üç muşketyor | rus. Три мушкетёра | zərgər |
2016 | Qaçmaq, qovmaq, sevmək | rus. Убежать, догнать, влюбиться | B. Q. Saaxov |
2017 | Yeniyetmə | rus. Подросток | knyaz Sokolski |
Mükafatları
redaktəİstinadlar
redaktə- ↑ Владимиру Этушу посвящается
- ↑ "Исполнитель В. Этуш". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-06.
- ↑ "Этуш Владимир Абрамович - Биография". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-06.
- ↑ "Биография Владимира Этуша". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-06.
- ↑ "Владимир Этуш покидает Дом актера". 2011-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-22.
- ↑ Əfsanəvi aktyor Vladimir Etuş vəfat edib
Mənbə
redaktə- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 513.