Vladimir Jirinovski - Wikipedia
Vladimir Volfoviç Jirinovski (rus. Владимир Вольфович Жириновский; 25 aprel 1946[1][2], Almatı, Qazaxıstan SSR[4][5] – 6 aprel 2022[3], Moskva[4][5][…]) — Rusiyalı dövlət xadimi, siyasətçi, hüquqşünas, türkoloq.
Vladimir Jirinovski | |
---|---|
rus. Владимир Жириновский | |
Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini | |
18 yanvar 2000 – 21 dekabr 2011 | |
1992 – 6 aprel 2022 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Владимир Вольфович Эйдельштейн |
Doğum tarixi | 25 aprel 1946[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 6 aprel 2022[3] (75 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | COVID-19, Septik şok[6] |
Dəfn yeri | |
Milliyyəti | Yəhudi |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil, hərbi qulluqçu |
Atası | Volf Edelşteyn |
Anası | Aleksandra Makarova |
Dini | şərqi ortodoks xristianlıq |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya |
Qoşun növü | Sovet Ordusu |
Rütbəsi | Polkovnik |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Türkologiya, politologiya |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Rusiya Liberal Demokrat Partiyasının qurucusu və lideri, Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini (2000–2011), VI çağırışın deputatı, Avropa Şurası Parlament Assambleyasının üzvü. Rusiya Federasiyası Prezidenti postuna 5 dəfə namizədliyini irəli sürüb (1991, 1996, 2000, 2008, 2012).
Həyatı
redaktəVladimir Volfoviç Edelşteyn 4 aprel 1946 tarixində SSRİ-nin Almatı şəhərində anadan olub. Atası Volf İsaakoviç Edelşteyn (1907–1983) milliyətcə — yəhudi, anası Aleksandra Pavlovna Makarova isə milliyyətcə — rus olub. 1964-cü ildə Vladimir "Jirinovski" soyadını götürmüşdür. Vladimir orta təhsili Astana şəhəri 25 nümrəli orta məktəbdə alıb. 1964–1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində olan Qərb Dilləri Universitetinin "Türk dili və ədəbiyyatı" fakültəsində təhsil almışdır. 1965–1967-ci illərdə "Markizm-Leninizm Universiteti"-ndə "Xarici Əlaqələr" fakültəsində magist pilləsini almışdır. 1972–1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti hüquqşünaslıq fakültəsində təhsil almışdır.
Vladimir Jirinovskinin vəziyyəti 2 fevral 2022-ci il tarixində yeni növ koronavirus xəstəliyi səbəbi ilə ağırlaşmış və o, xəstəxanaya yerləşdirilmişdi. İki aydan artıq müddətdə yataq xəstəsi olan Jirnovski, tibbi cihazlara bağlı şəkildə yaşayırdı. 6 aprel 2022-ci il tarixində Vladimir Jirnovski vəfat etdi.[7]
Siyasi karyerası
redaktəOnun siyasi karyerası daima Azərbaycana təhqirlə keçib. Ali təhsilini bitirdikdən sonra Vladimir Jirinovski hərbçi vəzifəsində çalışmağa başlamış və polkovnik rütbəsinə qədər qalxmışdır. 1975–1983-cü illər arasında Vladimir Jirinovski Hüquqşünaslar Kollegiyasının üzvü olmuşdur. 1983–1990-cı illərdə "MİR" dərgisində çalışmağa başlamışdır.
1990-cı ildə Sovet İttifaqı Liberal Demokrat Partiyasının üzvü olmuşdur. 1992-ci ildə Vladimir Jirinovski Rusiya Liberal Demokrat Partiyasının əsasını qoymuşdur. 1993–2000-ci illər arasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı və LDPR fraksiyasının lideri olmuşdur. 2000-ci ilin 18 yanvar tarixində Dövlət Dumasının sədr müavini seçilmiş və bu səbəbdən fraksiyada liderliyi öz oğlu İqor Lebedevə ötürmüşdür. 2011-ci ildə isə yenidən LDPR fraksiyasının Dumadakı liderinə çevrilmişdir. Ümumilikdə Vladimir Jirinovski Rusiya Federasiyası Dövlət Dumasının 6 çağırışından 6-sında (1993, 1995, 1999, 2003, 2007, 2011) deputat olmuş və 3 çağırışda (1999–2011) sədr müavini olmuşdur.
Vladimir Jirinovski 5 dəfə (1991, 1996, 2000, 2008, 2012) Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürmüş və bununla da Rusiyada rekord vurmuşdur. İlk dəfə 1991-ci ildə Vladimir Jirinovski Rusiya Sovet Federativ Sosialist Respublikasının prezidenti postuna namizədliyini irəli sürdü və 7,81% (6.211.007 səs) toplamağla 6 namizəd arasında 3-cü yeri tutdu. Növbəti iki seçkilərdə Vladimir Jirinovski daha uğursuz nəticə göstərdi. 1996-cı ildə o 10 namizəd arasında 5,7% (4.311.479 səs), 2000-ci ildə isə 11 namizəd arasında 2,7% (2.026.509 səs) toplamaqla iki dəfə ard-arda beşinci yeri tutdu. 2004-cü ildə Vladimir Jirinovski prezident seçkilərində çıxış etməkdən imtina edir. 2008-ci ildə isə Vladimir Jirinovski sayca 4-cü dəfə prezident postuna namizədliyini irəli sürmüş və 4 namizəd arasında 9,35% (6.988.510 səs) toplamış və Dmitri Medvedyev və Genadiy Züqanovun ardınca 3-cü yeri tutmuşdur. Bu Vladimir Jirinovskinin bu günə qədər göstərdiyi ən uğurlu nəticə olub. 2012-ci ildə Vladimir Jirinovski 5-ci dəfə Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürüb.
Şəxsi həyatı
redaktə6 yanvar 1971-ci ildən ömrünün sonuna kimi Qalina Aleksandrovna Lebedeva (1949-cu il təvəllüdlü) ilə evli olub. Jirinovskinin üç övladı - iki oğlu və bir qızı var idi.
İstinadlar
redaktə- ↑ 1 2 Wladimir Wolfowitsch Schirinowski // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Vladimir Žirinovskij // The Fine Art Archive. 2003.
- ↑ 1 2 Ушел из жизни Владимир Вольфович Жириновский (rus.). 2022.
- ↑ 1 2 3 4 https://www.themoscowtimes.com/2022/04/06/vladimir-zhirinovsky-far-right-court-jester-of-russian-politics-dies-at-75-a77240.
- ↑ 1 2 3 4 Collins C. Vladimir Zhirinovsky // Encyclopædia Britannica (ing.).
- ↑ Telegram Channel 112: Vladimir Zhirinovsky is in a critical condition (erm.). 2022.
- ↑ "Arxivlənmiş surət". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-06.
Xarici keçidlər
redaktə- Vladimir Jirinovskinin məqalələri Arxivləşdirilib 2015-09-27 at the Wayback Machine
- 1991-ci il Rusiya Dumasında çıxışı Arxivləşdirilib 2009-09-18 at the Wayback Machine
- Jirinovski Bağdad barədə Arxivləşdirilib 2007-08-24 at the Wayback Machine
- V.Jirinovski 2012 seçkiləri barədə Arxivləşdirilib 2012-01-21 at the Wayback Machine