Volqa Alman Muxtar Sovet Respublikasi - Wikipedia
Volqa Alman Muxtar Sovet Respublikası (rus. Автономная Советская Социалистическая Республика Немцев; alm. Autonome Sozialistische Sowjetrepublik der Wolgadeutschen) - Rusiya Sovet Federativ Sosialist Respublikasına tərkibində muxtar respublika. Paytaxtı Volqa çayının sahilində yerləşən Engels şəhəri olmuşdur.
Tarixi dövlət | |||||
Volqa Alman Muxtar Sovet Respublikası | |||||
---|---|---|---|---|---|
Autonome Sozialistische Sowjetrepublik der Wolgadeutschen Автономная Советская Социалистическая Республика Немцев Поволжья | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Engels | ||||
Rəsmi dilləri |
Almanca Rusca |
||||
Ərazisi | 27 400 km² | ||||
Əhalisi | 606 532 (1939) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəVolqa Alman MSR 1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra yaradılmışdır.[1] Sovet hökuməti Volqaboyu ərazilərində yaşayan almanların imperiya daxilində daha yaxşı təmsil olunmaları üçün muxtar statuslu respublikanın yaradılması təklifi ilə çıxış etmişdilər. Volqaboyu ərazisinə almanların köçürülməsi XIX əsrin əvvəllərinə təsadüf edir. Almaniya imperiyasının kasıb əyalətlərində yaşayan alman icmaları dini və sosial səbəblərdən yaşadıqları ərazilərdən Rusiya imperiyasının Volqaboyu və Cənubi Qafqaz ərazilərinə köç etmək məcburiyyətində qalmışdılar.
Volqa Alman İşçi Kommunası tərəfindən yayımlanan müraciətdə SSRİ daxilində yaşayan almanların siyasi statusu məsələsinə baxılması xahiş olunurdu.[2] Volqa Alman Muxtar Sovet Respublikasının yaradılması tarixi kimi 1918-ci il göstərilsə də, bölgəyə Muxtar Sovet Respublikası statusunun verilməsi 1924-cü ilin 20 fevral tarixinə təsadüf edir. Bəzi mənbələrdə bu tarix 1923-cü ilin 19 dekabrı göstərilir. 1897-ci ilin məlumatına əsasən Volqaboyunda yaşayan etnik almanların sayı 1.8 milyon nəfərə yaxın idi.
Volqa Alman MSR inzibati idarə etmə baxımından 14 kantona bölünmüşdü. 1919-cu ildə muxtariyyətdə fəaliyyət göstərən din xadimlərinin əksəriyyəti əks-sovet təbliğatı aparmaqda ittiham olunaraq Sibir bölgəsində yerləşən QULAQ düşərgələrinə göndərildi.[3] Sonrakı bir necə ildə başqa millətlərə qarşı münasibətin dəyişdirilməsi siyasəti özünü volqa almanlarına qarşıda göstərdi. 1920-ci illərdən etibarən gerçəkləşdirilməyə başlanılan korenizatsiya siyasəti nəticəsində alman dili muxtariyyət tərkibində rəsmi dil səviyyəsinə qaldırıldı və dövlət işlərində etnik alman olan şəxslər qabağa çəkildi.
1939-cu ilin siyahıyaalınmasına əsasən muxtariyyət tərkibində 366 min etnik alman vətəndaşı yaşayırdı və bu da Volqa Alman MSR-də yaşayan ümumi əhalinin 60.5% bərabər idi. Polşanın işğalından sonra Nasist Almaniyası ilə SSRİ arsında inkişaf etməkdə olan münasibətlər Molotov-Ribbentrop paktı ilə daha da möhkəmlənmişdi. Belə ki, 1939-cu il 23 avqust tarixində, tərəflər arasında bağlanış müqaviləsində ən azı 10 il müddətinə bir-birinə hücum etməmək barədə razılıq əldə olunmuşdu.
Tərəflər arasında əldə edilən razılıqlar SSRİ sərhədləri daxilində yaşayan volqa almanlarına və qafqaz almanlarına siyasi bir üstünlük verməsə də, ölkə daxilində daha uzun müddət qala bilmək və öz siyasi statusunu təyin edə bilmək şansı yaradırdı. 1941-ci ilin iyun ayında Nasist Almaniyası tərəfindən Barbarossa əməliyyatının başladılması ilə SSRİ-də yaşayan almanların vəziyyəti tamamilə dəyişdi.
1941-ci ilin 28 avqust tarixində İosif Stalin tərəfindən Volqa Alman Muxtar Sovet Respublikasının ləğvi və orada yaşayan almanların sürgün edilməsi haqqında əmr imzalandı. Volqa almanlarının Nasist Almaniyası ilə mümkün əlaqələr yarada biləcəkləri təhlükəsi əmrdə xüsusi ilə qeyd olunmuşdu. SSRİ daxilində yaşayan almanlar Sibir və Qazaxıstana sürgün edildilər. Sürgün edilən icmalar arasında qafqaz almanlarıda üstünlük təşkil edirdi. Təkcə, Azərbaycan SSR-də yaşayan 22 min etnik alman Qazaxıstana sürgün edilmişdir. Həmin sürgünlər nəticəsində almanların yeni bir diaspor qanadı qazaxıstan almanları yaranmışdır.
1953-cü ildə Stalinin vəfat etməsi ilə volqa almanları üçün vəziyyət müsbətə doğru dəyişməyə başladı. 1964-cü ildə SSRİ rəhbərliyi tərəfindən etnik almanların sosial və iqtisadi vəziyyətlərlərinin yaxşılaşdırılması istiqamətində müəyyən işlərin görülməsi ilə bağlı göstərişlər verilməkdə idi. Müharibədən sonra yaradılan Almaniya Demokratik Respublikasının mövcudluğu səbəbindən Volqa Alman Muxtar Sovet Respublikasının bərpa edilməsinə heç bir ehtiyac görülmədi. Volqa Alman MSR inzibati baxımdan bugünkü Rusiya Federasiyasının Saratov vilayətini tamamilə, Volqoqrad vilayətinin isə şimal hissəsini əhatə etməkdə idi.
Almaniya dövlətinin xaricdə yaşayan etnik almanların ölkəyə geri qayıtmasına şərait yaradan qanun layihəsini qəbul etməsindən sonra bir çox volqa almanı tarixi vətənlərinə geri qayıtmışdır. Volqa almanlarının SSRİ-ni kütləvi tərk etməklərinin bir digər səbəbi də imperiya daxilində dərinləşməkdə olan siyasi problemlər və sosial çətinliklər idi.[4]
Əhali
redaktə1926-cı və 1939-cu illərdə Volqa Alman Muxtar Sovet Respublikasında keçirilmiş siyahıyaalınmaya əsasən əhalinin etnik tərklibi;[5]
1926 siyahıyaalınma | 1939 siyahıyaalınma | |
---|---|---|
Almanlar | 379,630 (66.4%) | 366,685 (60.5%) |
Ruslar | 116,561 (20.4%) | 156,027 (25.7%) |
Ukraynalılar | 68,561 (12.0%) | 58,248 (9.6%) |
Qazaxlar | 1,353 (0.2%) | 8,988 (1.5%) |
Tatarlar | 2,225 (0.4%) | 4,074 (0.7%) |
Mordvalar | 1,429 (0.3%) | 3,048 (0.5%) |
Belaruslar | 159 (0.0%) | 1,636 (0.3%) |
Xanlar | 5 (0.0%) | 1,284 (0.2%) |
Yəhudilər | 152 (0.0%) | 1,216 (0.2%) |
Polyaklar | 216 (0.0%) | 756 (0.1%) |
Estonlar | 753 (0.1%) | 521 (0.1%) |
Digər | 710 (0.1%) | 3,869 (0.6%) |
Cəmi | 571,754 | 606,352 |
İstinadlar
redaktə- ↑ Encyclopedia of History of Communist Part Arxivləşdirilib 2011-09-28 at the Wayback Machine (rus.)
- ↑ J. Otto Pohl. Greenwood Publishing Group (redaktor). Ethnic Cleansing in the USSR, 1937-1949 (illustrated). 1999. 29–37. ISBN 0-313-30921-3. 2017-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-29.
- ↑ "Brief history of Volga Germans". 2010-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-29.
- ↑ Barbara Dietz, "German and Jewish migration from the former Soviet Union to Germany: Background, Trends and Implications", Journal of Ethnic and Migration Studies 26, No. 4 (October 2000): 635-652.
- ↑ "Arxivlənmiş surət". 2012-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-29.