Xabarovsk - Wikipedia
Xabarovsk — Rusiyada şəhər( 1880-ci ildən), Rusiyanın və Xabarovsk diyarı-nın Uzaq Şərq federal dairəsinin inzibati mərkəzi. Rusiyanın Uzaq Şərq federal dairəsində ən böyük siyasi, maarifləndirici və mədəni mərkəzlərindən biridir.
şəhər | |
Xabarovsk | |
---|---|
(rus. Хабаровск) | |
48°29′ şm. e. 135°04′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region | Xabarovsk |
Rayon | Xabarovsk |
Daxili bölgüsü | 5 rayon |
Mer | Aleksandr Sokolov |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1858 |
Sahəsi | 386 km² |
Mərkəzin hündürlüyü | 72 m |
İqlimi | Mülayim musson |
Saat qurşağı | UTC+10 , yayda UTC+11 |
Əhalisi | |
Əhalisi | 607 216 nəfər (2005) |
Sıxlığı | 1573,1 nəf./km² |
Etnoxronim | хабаровча́не, хабаровча́нин, хабаровча́нка |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 4212 |
Poçt indeksi | 680000–680150 |
Digər | |
khabarovskadm.ru (rus.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhali — 616 242 (2017) nəfərdir.Şəhərin sahəsi — 386 кm².
Xabarovsk beynəlxalq dəmir yolu və hava nəqliyyatı yollarının kəsişməsi mərkəzində, Amur çayı və Çinlə sərhədin yaxınlığında Sredamursk ovalığının sağ sahilində yerləşir.
Xabarovskdan Moskvaya qədər hava yolu ilə məsafə — 6 100 kilometr, dəmiryolu ilə təxminən — 8 533 kilometr təşkil edir. Şəhərdə iki aeroport var, dəmiryol vağzalı, dörd dəmir yolu stansiyası, avtomobil dayanacağı, çay limanı var.
1858-ci il 31 mayda Şərqi Sibir general-qubernatoru Nikolay Muravyov tərəfindən Xabarovka kəndinin əsası qoyulmuşdur.XVII əsrinin rus tədqiqatçı səyyahı Yerofey Xabarovun şərəfinə adlandırılmışdır.
1880-ci ildən — Xabarovka şəhər statusu almış, Primorsk vilayətinin inzibati mərkəzi, 1884-cü ildən — Amur ətrafı general-qubernatorluğun inzibati mərkəzi olmuşdur. 1893-cü ildə şəhərin adı Xabarovsk olarak dəyişdirilmişdir.1922-ci ilin noyabrında RSFSR-ın Uzaq şərq respublikasının tərkibinə daxil olur.1926-cı ildə şəhər Uzaq şərq vilayətinin inzibati mərkəzi idi, 1938-ci ildən — Xabarovsk diyarının inzibzti mərkəzidir.2002-ci ildə şəhər Uzaq şərq federal dairəsinin mərkəzi statusunu aldı, burada da həmçinin Uzaq Şərqin inkişafı üzrə federal nazirlik yerləşir,Şərq hərbi dairəsinin qərargahı və federal hakimiyyətin və idarənin regional orqanları burada yerləşir, şəhər Uzaq Şərqin paytaxtıdır, Sibir və uzaq şərq şəhərləri Assosiasiyasının üzvüdür. Xabarovsk — "hərbi şöhrətin Şəhəridir".
Fiziki-coğrafi xarakteristikası
redaktəSaat qurşağı
redaktəXabarovskda, bütün Xabarovsk diyarında olduğu kimi, UTC+10:00 saat qurşağının vaxtı tətbiq edir.Moskva vaxtı ilə +7 saat təşkil edir — MSK+7-in (Vladivostok vaxtı) saat zonasına daxildir.Xabarovskda orta günəş günorta13:00-də başlayır
Coğrafi mövqeyi
redaktəŞəhər Asiyada Sredneamursk ovalığının cənub hissəsində, Amur və Ussuri çaylarının birləşdiyi yerin yaxınlığında yerləşir. Rusiya Dövlət sərhədindən şəhərin sərhədinə qədər olan məsafə təxminən 17 kilometrdir.Şəhərin sahəsi — 37,2 min hektar, sahil boyunca Amur və Amur boğazı ölçüsü— 33 kilometrdir.[1] .Orta en — 10 kilometr ( Pemzensk boğazının sağ sahilindən Vladimirovka adına qəsəbəyə qədər )Qorki (Jeleznodorojno rayonunun tərkibində) — təxminən 24 kilometr.
Amurun hündür sağ sahilində yerləşir, relyefi müxtəlifdir.Xabarovskun mərkəzi hissəsi nisbi əlavələrlə dəniz səviyyəsindən 20-30 metrdən 70-90 metrə kimidir.
İqlimi
redaktəMülayim, musson iqlimi, soyuq qarlı qışıyla və ilıq rütubətli yayla zəngindir[2].
- Yanvarda orta temperatur −19,8 °C,
- Orta temperatur iyul +21,3 °C,
- Orta illik temperatur — +2,4 °C,
Mütləq minimum tepratur −41,1 °C 14 yanvar 2011-ci ildə 1980-ci il , 1,1- °C qeyd edilmişdi[3].Mütləq maksimum tempratur +36,7 °C — 2010-cu ilin iyununda qeydə alınıb.[4][5] 2008-ci ilin iyununda temperatur +35,1 °C çatırdı, nə iyunun temperatur rekordunu təşkil etdi, amma 27 iyun 2010-cu il rekord 1,6 dərəcədə artaraq +36,7 °C təşkil etdi[6].
İldə orta hesabla 684 millimetr çöküntü tökülür. Bir gün ərzində çöküntülərin maksimal miqdarı — 121,2 millimetr — 1985-ci ilin iyulunda qeydə alınmışdır . Bir ay ərzində çöküntülərin maksimal cəmi 1981-ci ilin avqustunda düşdü və 434 millimetr təşkil etdi.
Rusiyanın bir çox iri şəhərlərində; Moskva və Sankt-Peterburqda olduğu kimi Günəşli günlərin sayı ildə xeyli çoxdur.Qışda Sibir antisiklonunun noyabr ayından mart ayına qədər aydın və günəşli hava şəraiti ilə müəyyənləşdirilir, onun sayəsində şəhər üzərində çox quru və şaxtalı havanı kontinental iqlim əvəz edir.
Xabarovsk şəhərinin iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 0,6 | 6,3 | 17,0 | 28,9 | 31,5 | 36,4 | 35,7 | 35,6 | 30 | 25,8 | 15,5 | 6,6 | 36,4 |
Maksimum orta, °C | −15,7 | −10,7 | −1,5 | 10,4 | 18,6 | 23,9 | 26,6 | 24,8 | 19,1 | 10,0 | −3,1 | −13,5 | 7,4 |
Orta temperatur, °C | −19,8 | −15,4 | −6,4 | 4,8 | 12,4 | 18,1 | 21,3 | 19,9 | 13,7 | 5,1 | −7,2 | −17,3 | 2,4 |
Minimum orta, °C | −23,5 | −19,7 | −11 | 0,1 | 7,1 | 13,0 | 16,8 | 15,9 | 9,2 | 1,0 | −10,6 | −20,6 | −1,9 |
Mütləq minimum, °C | −40 | −35,1 | −28,9 | −15,1 | −3,1 | 2,2 | 6,8 | 4,9 | −3,3 | −15,6 | −27,4 | −36,7 | −40 |
Yağıntı norması, mm | 13 | 11 | 22 | 43 | 62 | 74 | 133 | 154 | 79 | 50 | 25 | 17 | 684 |
Mənbə: "Hava və iqlim" saytında Xabarovskun iqlimi |
Xabarovskun iqlimi Son 10 il (2004 - 2013-cü il) ərzində iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | −16,1 | −11,5 | −2,5 | 8,9 | 18,4 | 24,0 | 26,5 | 25,3 | 20,3 | 10,4 | −2,6 | −14,3 | 7,1 |
Orta temperatur, °C | −20,3 | −16,1 | −7,4 | 3,9 | 12,9 | 18,9 | 21,7 | 20,8 | 15,0 | 5,3 | −6,3 | −17,9 | 2,4 |
Minimum orta, °C | −24,7 | −21 | −12,3 | −1,2 | 6,5 | 13,4 | 16,9 | 16,0 | 9,7 | 0,3 | −10,1 | −21,7 | −2,4 |
Mənbə: www.weatheronline.co.uk |
Tarixi
redaktəŞəhərin yaranma tarixi
redaktəXIX əsrin ortasına qədər indiki Xabarovsyun ərazisi, Nerçinski müqaviləsinə uyğun olaraq, neytral ərazidə idi, Sin imperiyasının və Rusiyanın arasında ayırılmamışdır.[7].1858-ci ildə çin şəhərində Sin və Rusiya imperiyasının nümayəndələri arasında danışıqlar mübahisəli ərazilərin müəyyənləşdirilməsi haqqında mənsubiyyətindən başlayıb.Danışıqlar Rusiya tərəfindən Şərqi Sibirin general-qubernatoru Nikolay Muravyov və Çin tərəfdən isə Amur baş komandanı İşan tərəfindən aparılmışdır[8].16 mayda (28 may) 1858-ci il müqavilə imzalanmışdı, müqaviləyə əsasən , Amurun bütün sol sahili Rusiya imperiyasının mülkünə , Ussuri çayına qədər sağ sahil Çinin mülkünə keçirdi, lakin Amurun Ussuriyə töküldüyü yerdən dənizə qədər yer sərhədelan edilmişdi[8].Müqavilənin imzalanmasından sonra, Amur üzrə qəsəbələrin təhlükəsizliyi üçün Muravyov kapitan Yakov Dyacenkonun komandanlığının altında 13-cü Sibir xətt batalyonunu Amura göndərilmişdi.
İstinadlar
redaktə- ↑ Xabarovsk Diyarının «Xabarovskun şəhər statusu haqqında və onun sərhədləri müəyyənedilməsi» haqqında 28.04.2004 № 177 nömrəli qanunu
- ↑ "Xabarovskun iqlimi. Havanın rütubətliyi". 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-15.
- ↑ Hava və İqlim. 2011-ci ilin yanvarında Xabarovskda hava
- ↑ "Hava və İqlim". 2012-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-15.
- ↑ "newsarmenia". 2015-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-15.
- ↑ "Xabarovskun iqlim monitoru". 2013-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-15.
- ↑ "Hrono.ru saytında Nerçinski müqaviləsi üzrə rus-Çin sərhədinin təsviri". 2017-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-16.
- ↑ 1 2 "hrono.ru". 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-16.