Xatabala - Wikipedia
"Xatabala" (erm. խաթաբալա) — 1906–1916, 1922 və 1925–1926-cı illərdə[1] Tbilisidə erməni dilində nəşr edilmiş həftəlik satirik jurnal.[2] Redaktorları Astvatsatur Yeritsyan və Aşot Atanasyan olmuşlar.[1]
Xatabala | |
---|---|
erm. խաթաբալա | |
| |
Baş redaktor | Astvatsatur Yeritsyan, Aşot Atanasyan |
Əməkdaşlar |
Astvatsatur Yeritsyan Aşot Atanasyan Atrpet Tmblaç Xaqan Hovannes Tumanyan Avetik İsahakyan Arazi Stepan Zoryan |
Növ | həftəlik satirik jurnal |
Təsisçi | Astvatsatur Yeritsyan |
Təsis tarixi | 10 (23) iyun 1906 |
Ölkə | |
Qərargah | Tbilisi, İrəvan meydanı, № 2 |
Dil | erməni dili, rus dili, gürcü dili |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktə"Xatabala" jurnalının ilk nömrəsi 10 iyun 1906-cı ildə nəşr edilmişdir. Naşiri və redaktoru Tbilisidə rusdilli "Jqut" (cəmi bir nömrəsi çıxmışdır) və "Svistok" (cəmi iki nömrəsi çıxmışdır) jurnalları çıxarmış Astvatsatur Yeritsyan olmuşdur. Birinci Dünya müharibəsi dövründə 25 oktyabr 1914-cü il tarixli 7-ci nömrəsindən sonuncu nömrəsinə kimi ikidilli: erməni və rus dillərində nəşr edilmişdir. 1916-cı ildə 9 nömrədən sonra nəşri dayandırılmışdır.
Sovet dövründə iki dəfə dirçəldilmişdir. 1922-ci ildə cəmi bir nömrəsi, 1925–1926-cı illərdə toplam 7 nömrəsi çap olunmuşdur. Sonuncu nəşr edildiyi illərdə erməni, gürcü və rus dillərində çıxmışdır.
Fəaliyyəti
redaktəJurnalda satirik şeirlər, felyetonlar, təmsillər, tapmacalar və s. nəşr edilirdi. Osmanlı imperiyasının ermənilərə qarşı olan siyasətini pisləmiş, Zaqafqaziya xalqlarının dostluğunu təbliğ etmişdir. O, beynəlxalq hadisələri, xüsusilə, Şərqdəki hədisələri (Balkan xalqlarının azadlıq mübarizəsi, İranda məşrütə hərəkatı, Qərb imperializmi) öz səhifələrində işıqlandırmışdır.
Qevorq Başincağyan, Henrik Hrinevski, Qaregin Yeritsyan, A.Mirzoyan, İosif Rotter və Oskar Şmerlinq kimi rəssamlar, Atrpet (Sarkis Mubayajyan), Muşeq Baqratuni, Tmblaç Xaqan (Konstantin Məlik-Şahnazaryan), Qaregin Levonyan, Hovannes Tumanyan, Avetik İsahakyan, Arazi (Movses Harutunyan), Stepan Zoryan kimi şair və yazıçılar "Xatabala" jurnalı ilə əməkdaşlıq etmişlər.
Qalereya
redaktə-
"Münaqişədən sonra" (№ 6, 15 iyul 1906-cı il). Rəssam: İosif Rotter
-
"Son düşmənlər" (№ 10, 12 avqust 1906-cı il). Rəssam: Oskar Şmerlinq
-
"Dövlət dumasının Qafqaz vəkillərinin təntənəli qayıdışı" (№ 11, 19 avqust 1906-cı il). Rəssam: Oskar Şmerlinq
-
"Bakı şəhəri. Duma seçkilərindən sonra: 1. sosial-demokrat Əhməd bəy Ağayev, 2. beynəlxalq kadet Mərdan bəy Topçubaşov, 3. əsl vətənpərvər Hacıyev" (№ 18, 14 oktyabr 1906-cı il). Rəssam: Oskar Şmerlinq
-
"İkinci dövlət dumasının Qafqaz vəkillərinin təntənəli qayıdışı" (№ 26, 23 iyun 1907-ci il). Rəssam: Oskar Şmerlinq
-
"Həm fəaliyyət. Molla. — "Molla Nəsrəddin" jurnalı biz ruhaniləri və müsəlman arvadlarını rüsvay etdiyi üçün onu boykot edin, ay möminlər. "Vdak"ın liderləri. — "Xatabala" bizim işimizə zərərlli olduğuna görə onu oxumayın, ey erməni dindarları, əgər bizim "xətrimizi" istəyirsinizsə..." (№ 11, 8 mart 1908-ci il). Rəssam: Oskar Şmerlinq
-
"Bir çox türk operaları türk dilində oynanılır və tamaşaçılar həmişə teatrı ağzına qədər doldurur". (Qəzetlərdən) Qoy onlar ermənilərə nümunə olsunlar. (№ 50, 12 dekabr 1909-cu il). Rəssam: İosif Rotter
Ədəbiyyat
redaktə- ԽԱԹԱԲԱԼԱ // Հայկական Սովետական Հանրագիտարան. հ․ 4, էջ 703.
- Əkbər Yerevanlı, "Խաթաբալա" շաբաթաթերթը Ադրբեջանի մասին ("Xatabala" həftəlik jurnalı Azərbaycan haqqında), Yerevan: Hayastan, 1974.
- Kövsər Tarverdiyeva, Azərbaycan mədəniyyəti erməni dövri mətbuatında (1850–1920), Bakı: Yazıçı, 1985.
- Mouradian, C. Caricature in the Armenian Press of the Caucasus / C. Mouradian // “Armenian Review”. – Cambridge, Volume 44, 1992, N 4. – P. 1–35.
İstinadlar
redaktə- ↑ 1 2 Ermənistan Sovet Ensiklopediyası (erməni). IV. Yerevan: ESE-nın Baş Redaksiyası. 1978. səh. 703. 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-03.
- ↑ S.A. Melikyan. "Genre Pioneers" (PDF). International scientific journal (rus). Volgograd. Vol. III (№ 4 (44)). 2017: 91. 2019-04-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-11.
- ↑ "Ottoman Constitutionalism by Houri Berberian, author of Roving Revolutionaries: Armenians and the Connected Revolutions in the Russian, Iranian, and Ottoman Worlds". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-29.
Xarici keçidlər
redaktə- ԽԱԹԱԲԱԼԱ // Հայկական Սովետական Հանրագիտարան. հ․ 4, էջ 703.