Yehya Efendi Turbesi - Wikipedia
Yəhya Əfəndi türbəsi (türk. Yahya Efendi Türbesi) — İstanbulun Beşiktaş səmtində, Çırağan sarayı ilə üzbəüz, Yəhya Əfəndi küçəsinin yanında yerləşən, Memar Sinan tərəfindən tikilmiş 1571-ci ilə aid hörgü türbə.
Yəhya Əfəndi türbəsi | |
---|---|
türk. Yahya Efendi Türbesi | |
Ümumi məlumatlar | |
Növü | türbə |
Ünvan | Beşiktaş, Çırağan sarayı, Yəhya Əfəndi küçəsi |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Koordinatlar | 41°02′44″ şm. e. 29°01′04″ ş. u.HGYO |
Açılma | 1571 |
Hündürlük | |
Memarlıq | Osmanlı memarlığı |
Dizayn və konstruksiya | |
Memar | Memar Sinan |
Vikianbarda əlaqəli mediafayllar |
Sultan Süleymanın tikdirdiyi dərgah-mədrəsədən ibarət kompleks I Süleyman dövrünün məşhur alim və şairi Yəhya Əfəndiyə məxsus türbədir. Kvadrat plan üzərində bir günbəzli taxta konstruksiyadır.[1]
XVI əsrin II yarısından etibarən məqbərənin qəbiristanlığında bir çox təriqət üzvləri, dövlət xadimləri, üləma və saray mənsubları dəfn edilmişdir. XIX əsrin II yarısında əvvəlcə Osmanlı imperiyasının yüksək təbəqəsinin qəbiristanlığına, sonra isə sultanın ailə qəbiristanlığına çevrilmişdir.[2] Xüsusilə II Əbdülhəmid və Adilə Sultanın qohumları burada dəfn olunublar.
Tarixi
redaktə1571-ci il mayın 4-də vəfat edən Yəhya Əfəndinin dərgahının yerləşdiyi yerdə dəfn edilməsindən sonra Yəhya Əfəndiyə böyük sevgi və ehtiram bəsləyən II Səlimin əmri ilə onun məzarı üzərinə türbə qoyulmuşdur, həmçinin dərvişlər üçün hücrələr və türbədarlar üçün kiçik hücrə tikilmişdir.[3] Türbə II Mahmud, Pərtəvniyal Validə Sultan, II Əbdülhəmid tərəfindən təmir edilmişdir. İndiki görünüşü Pertevniyal Validə Sultan tərəfindən etdirilən təmir zamanı alınmışdır.[4] Türbə sonuncu dəfə 2011-2013-cü illərdə Vəqflər Ümumi Müdirliyi tərəfindən təmir etdirilib.
1903-cü ildə dərgahın üzvü Hacı Mahmut Əfəndi tərəfindən dərgahın qapısında birmərtəbəli, dördbucaqlı kitabxana tikilmiş, yamacdakı fəvvarə yenilənmişdir. Həmin dövrdə məzarlığın şimal hissəsində “Şəhzadələr türbəsi” adlanan bina tikilmişdir. Bu binada xanədanlığın bir çox nümayəndələri, kişilər və qadınlar dəfn olunub.[4]
Dövrünə uyğun əl işləri ilə bəzədilmiş türbədə Yəhya Əfəndidən başqa 11 nəfərə məxsus sənduqələr də vardır. Yəhya Əfəndinin vəfatından bir qədər sonra məzarı və dərgahın ətrafı onunla qonşu olmaq istəyən doğmalarının məzarları ilə doldu.[2] Türbənin daxilində və xaricində Şeyx Yəhya Əfəndinin nəvələrinə, saray və sülalə üzvlərinə, dövrün görkəmli adamlarına, türbə sahiblərinə və müridlərinə aid türbələr də vardır. Qəbiristanlıqdan nömrələnmiş olaraq tapılan daşların sayı 2141 ədəddir.[2] Bəzi şahzadələr, ikballar və sultanlar XIX əsrin sonlarında Sultan Əbdülhəmid tərəfindən tikilmiş məqbərənin düz yanında, ayrıca məqbərədə dəfn olunublar.
Bu gün türbə İstanbul Türbələr Muzeyi Müdirliyinə tabedir və ziyarətçilərin üzünə açıqdır.[5]
Türbədəki sənduqələr
redaktə- Yəhya Əfəndi
- Yəhya Əfəndinin anası Afifə Xatun
- Yəhya Əfəndinin büyük oğlu İbrahim Əfəndi
- Yəhya Əfəndinin kiçik oğlu Şeyx Əli Əfəndi
- Yəhya Əfəndinin həyat yoldaşı Şərifə Xatun
- Dərviş Əli Əfəndi
- Sultan Süleymanın qızı ve Yəhya Əfəndinin mənəvi qızı Raziyə Sultan
- Şeyhx Həsən Əfəndi
- Şeyx Mehməd Nuri Şəmsəddin Efəndi
- II Əbdülhəmidin qızı Xədicə Sultan
- II Əbdülhəmidin oğlu Bədrəddin Əfəndi
İstinadlar
redaktə- ↑ Halil İbrahim. "İstanbul Türbeleri". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
- ↑ 1 2 3 "Yahya Efendi Külliye Haziresi". 2016-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
- ↑ Haşim. "XVI. Yüzyıl Osmanlı Toplumunda Çok Yönlü Bir Âlim: Beşiktaşlı Yahya Efendi".
- ↑ 1 2 Aydemir Olcay. "Beşiktaş Şeyh Yahya Efendi Küliyesi Onarım Çalışmaları" (PDF). İstanbul Ansikloepdisi Cilt 7. 29 Nisan 2016 tarixində arxivləşdirilib (PDF).
- ↑ "İstanbul Türbeler Müzesi Müdürlüğüne Bağlı Müzeler Listesi". http://www.kulturvarliklari.gov.tr. 5 Mayıs 2016 tarixində arxivləşdirilib.