Memar Sinan - Wikipedia
Memar Sinan və ya Böyük Memar Sinan Ağa (Sinaneddin Yusuf – Abdulmennan oğlu Sinan) (Osmanlı Türkcəsi: قوجه معمار سنان آغا) (təq. 1490[1] – 17 iyul 1588[2], Konstantinopol[2]) — Osmanlı memarıdır.
Memar Sinan | |
---|---|
türk. Mimar Sinan ərəb. قوجه معمار سنان آغا | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1490[1] |
Vəfat tarixi | 17 iyul 1588[2] |
Vəfat yeri | |
Dəfn yeri | |
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | İstanbul, Ədirnə, Qahirə, Hələb, İstanbul |
Əsas tikililəri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMənbələrə görə Sinan, I Səlim sultan olduqdan sonra başlanılan və Rumelidə olduğu kimi Anadoludan da əsgər toplanmasını irəli sürən yeni bir tətbiqata görə 1512-ci ildə İstanbula gətirildi. Orduya əsgər hazırlayan Əcəmi Oğlanlar Ocağına verildi, 1514-cü ildə Çaldıran döyüşündə, 1516–1520-ci illər arasında da Misir səfərlərində iştirak etmişdir. İstanbula dönüncə Yeniçəri Ocağına qəbul olundu.
I Süleyman Qanuni dövründə 1521-ci ildə Belqrad, 1522-ci ildə Rodos səfərlərinə qatılmış və zabit rütbəsi almışdır. 1526-cı ildə qatıldığı Mohaç səfərindən sonra baş mühəndis oldu. 1529-cu ildə Vyana, 1529–1532-ci illər arasında Almaniya, 1532–1535-ci illər arasında da İraq, Bağdad, Təbriz səfərlərində iştirak etmişdir. Bu son səfər ərəfəsində Van gölünün üstündən keçəcək olan üç gəminin təmir işlərini müvəffəqiyyətlə yerinə yetirməsinə görə Ona "haseki" ünvanı verilmişdir. 1536-cı ildə Pulya səfərlərinə qatıldı. 1538-ci ildə iştirak etdiyi Karabuğdan (Moldova) səfəri ərəfsində Prut çayı üstündə inşa etdiyi bir körpü ilə hamının diqqətini öz üzərinə çəkdi. Bir il sonra Əcəm Əlinin ölümündən sonra onun yerinə, sarayın baş memarı oldu. Ömrünü axırına qədər bu vəzifədə qaldı.
Əsərləri
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Bell A. Sinan // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
- ↑ 1 2 3 4 Sinan // Encyclopædia Britannica (ing.).
Xarici keçidlər
redaktə- Vikianbarda Memar Sinan ilə əlaqəli mediafayllar var.