Yakov Kostyukovski - Wikipedia
Yakov Aronoviç Kostyukovski (rus. Яков Аронович Костюковский; 23 avqust 1921, Zolotonoşa[d], Kremençuk quberniyası[d] – 11 aprel 2011, Moskva) — sovet və rus şairi, dramaturq və ssenaristi.
Yakov Kostyukovski | |
---|---|
Doğum tarixi | 23 avqust 1921 |
Doğum yeri |
|
Vəfat tarixi | 11 aprel 2011 (89 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | dramaturq, ssenarist, şair, jurnalist, hərbi müxbir[d], yazıçı |
Mükafatları |
Həyatı
redaktəYakov Aronoviç Kostyukovski 23 avqust 1921-ci ildə anadan olmuşdur. 1939–1941-ci illərdə Fəlsəfə, ədəbiyyat və tarix institutunun filologiya fakültəsində təhsil almışdır.
Qəzet və jurnal nəşrilə məşğul olmuşdur. 1948-ci ildən Vladlen Baxnovla birlikdə felyetonlar, satirik şeirlər, pyeslər, ssenarilər yazmışdır. 1963-cü ildən isə Moris Slobodskoyla ortaq kitablar yazmışdır.
O, Moris Slobodskoy və Leonid Qaydayla birlikdə 3 məşhur komediyanın ssenarisini yazmışdır: ""I" əməliyyatı", "Qafqaz əsiri" və "Brilyant əl".
Yakov Aronoviç Kostyukovski 11 aprel 2011-ci ildə miokard infarktından aprelin 8-də ağır vəziyyətdə gətirildiyi Moskvanın Botkin adına şəhər klinikasında vəfat etmişdir[1][2].
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ "Сценарист "Кавказской пленницы" Я.Костюковский скончался от инфаркта". 2011-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-15.
- ↑ Умер сценарист "Бриллиантовой руки" Яков Костюковский