Yalova - Wikipedia
Yalova — Türkiyənin Yalova ilinin inzibati mərkəzi. Bugünkü inzibati bölgüyə görə, mərkəz rayonla birlikdə 6 ilçədən ibarətdir. İlçələr: Yalova Mərkəz, Altınova, Armudlu, Çınarcık, Çiftlikköy və Termal. Yalovanın 6 ilçə bələdiyyəsi ilə birlikdə, cəmi 15 bələdiyyəsi var.
Yalova | |
---|---|
40°39′20″ şm. e. 29°16′30″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Hündürlük | 30 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 77000 |
Avtomobil nömrəsi | 77 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin əhalisi 2018 ildə 144.407 nəfər təşkil etmişdir. 1937-ci ildə 21.000 nəfər olan əhali 1990-cı ildə 65.823-ə, 2000-ci ildə 70.118-ə, 2007-ci ildə isə 87.372 nəfərə çatmışdır.
Yalova ərazisinə görə Türkiyənin ən kiçik ilçəsi olsa da, 105 km olmaqla, ən uzun dəniz sahili olan turizm ilçələrindən biridir.
Yalova, səmərəli və bərəkətli torpaqlara malikdir. Çınarcık, Gökçədərə, Albalılı, Kılıçköy və Taşköprü ilə dəniz arasında bir-birindən alçaq təpəciklərlə ayrılan böyüklü kiçikli düzənliklər yaranıb. Bu düzənliklər, axar sular boyu uzanmaqda olub dairələrində meyvəçilik və tərəvəzçilik aparılır.
Tarixçəsi
redaktəBölgədə ilk yaşayış məskənləri e.ə. XVIII-XV Əsrlərə aiddir. 74-cü ildə romalılar ilçənin nəzarətini ələ keçirdi. Roma İmperiyasının 395-ci ildə parçalanmasından sonra Yalova Bizans İmperiyasının tabeliyinə keçdi. 1302-ci ildə Yalova ətrafında Bafeus müharibəsi baş verdi. Yalova və ətrafı 1326-cı ildə Osmanlı İmperiyasının nəzarətinə keçdi.
Mustafa Kamal Atatürk həyatının son hissəsində bəzən Yalovanı ziyarət etmiş və Yeriyən Köşkdə istirahət etmişdir. Bir çıxışında "Yalova mənim şəhərimdir" ifadələrini də işlətmişdir. Bu yolla şəhərə olan sevgisini ifadə etmişdir.
Həmçinin bax
redaktə Türkiyə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |