Yaponiya Imperator Evi - Wikipedia
Yaponiya imperator evi (yap. 皇室 ко:sitsu) — yapon monarxik sülaləsini — imperator və onun ailə üzvlərini bildirmək üçün istifadə olunan ümumi ad.
Ad
redaktəQısa məlumat
redaktəKontekstdən asılı olaraq, imperator ailəsinə imperatorun öz ailəsiylə yanaşı onun yaxın qohumlarının da ailələrini aid edirlər. Yapon taxtının varislik qaydaları və imperator ailəsinə mənsubluq kriteriyaları 16 yanvar 1947-ci ildən İmperator evi haqqında qanunla tənzimlənir. Evin başçısı imperator hesab olunur, o olmadıqda isə regent. Yaponiya imperator evinin idarəçilik və təsərrüfat məsələləri ilə bağlı qərarlar imperator evi şurasında və xüsusi orqan olan Nazirlər kabinetində qəbul edilir. Mövcud konstitusiyaya əsasən, imperator evinin mülkiyyəti dövlətə məxsusdur, buna görə də evin üzvlərinin mülkiyyətin ötürülməsi və əldə edilməsi məsələlərində hüquqları məhduddur. Yaponiya imperator evinin büdcəsi Yaponiya Parlamenti tərəfindən təsdiqlənir. 1889–1947-ci illərdə qüvvədə olan konstitusiyaya əsasən, bütün Yaponiyaya aid olan ümumi hüquqi normalar imperator evinə aid edilmirdi və parlament evin işlərinə qarışmaq hüququna malik deyildi. Administrativ işlərlə imperator özü məşğul olurdu, ona bu işdə İmperator sarayı nazirliyinin rəhbəri köməklik edirdi. 1889-cu il Konstitusiyası qəbul olunana qədər imperator evi 752-ci ildə qəbul edilmiş Tayxo Kodeksinə əsasən idarə olunurdu. Yapon tarixi ənənəsinə əsasən imperator evi artıq 2500 ildir ki fəaliyyət göstərir. Evin əsası e.ə. 660-cı ildə əfsanəvi imperator Dzimmu tərəfindən qoyulub. Evin hal-hazırkı başçısı imperator Akixito hesab olunur və o, öz ailəsiylə birgə Tokio imperator sarayında yaşayır.
Ştandartlar
redaktəYaponiya imperator evi haqqında 1926-cı ildə qəbul edilən qətnaməylə təsdiq edilmişdir.
-
İmperator
-
Həyat yoldaşı
-
Şahzadə (oğlan)
-
Şahzadə (qız)
-
Üzv
İstinadlar
redaktəYaponiya Konstitusiyası. Maddə 8.
Yaponiya Konstitusiyası. Maddə 88.