Yastiqelsemeliler - Wikipedia
Yastiqelsemeliler - Wikipedia - Haqqında Məlumat
Yastıqəlsəməlilər (lat. Elasmobranchii) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinə aid heyvan yarımsinfi. Akulalar və skatlar daxil olan bu sinifaltının nümayəndələrində başın önündə rostrum adlanan çıxıntı, yanlarında 5-7 qəlsəmə yarığı var. Bu yarıqların üzərini örtən ümumi dəri qatlaq yoxdur, qəlsəmə yarpaqcıqları yastıdır. Pulcuqlar plakoiddir, kloaka var. Kəllə amfistil və ya hiostildir, fəqərə cisimləri inkişaf edib. Quyruq heteroserkaldır. Erkəklərdə qarın üzgəclərinin daxili hissəsində barmaqvari çıxıntı əmələ gəlir ki, bu kopulyasiya orqanıdır. Yastıqəlsəməlilər sinifaltına iki dəstəüstü daxildir: Akulalar-Selechomorpha və skatlar- Batomorpha.
Yastıqəlsəməlilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Sinif: Yarımsinif: Yastıqəlsəməlilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2003.
- ↑ Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7