Yaxta - Wikipedia
Yaxta - Wikipedia - Haqqında Məlumat
Yaxta — motorlu, yaxud yelkənli yüngül gəmi, su nəqliyyat növü.
"Yaxta" holland sözüdür, qovmaq, təqib etmək mənasını verir. Motorlu, yaxud yelkənli yüngül gəmidir. Yelkənli yaxtalar daha geniş yayılıb. İlk yelkənli yaxtalar 17-ci əsrdə meydana çıxıb.
Hazırda yaxta əsasən imkanlıların istifadə etdiyi su nəqliyyat növüdür.
Müasir dövrdə yaxtaları üç qrupa bölmək olar:
- yelkənli
- yelkənli-motorlu
- motorlu yaxtalar.
Amma bütün müasir yelkənli yaxtaların da, demək olar, hamısının köməkçi motoru olur.