Yelena Stasova - Wikipedia
Yelena Dmitriyevna Stasova (rus. Елена Дмитриевна Стасова; partiya ləqəbləri: Absolyut, Varvara İvanovna, Quşa, Delnaya, Delta, Zelma, Gerta; 3 (15) oktyabr 1873[1], Sankt-Peterburq[1] – 31 dekabr 1966[1][2], Moskva[1]) — Rusiya və SSRİ siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri (9 – 15 sentyabr 1920-ci il), Sosilaist Əməyi Qəhrəmanı (1960).
Yelena Stasova | |
---|---|
rus. Елена Дмитриевна Стасова | |
9 sentyabr 1920 – 15 sentyabr 1920 | |
Əvvəlki | Viktor Naneyşvili |
Sonrakı | Vladimir Dumbadze |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 (15) oktyabr 1873[1] |
Doğum yeri | |
Vəfat tarixi | 31 dekabr 1966[1][2] (93 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Dini | ateizm |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYelena Stasova 3 oktyabr 1873-cü ildə Sankt-Peterburqda zadəgan vəkil Dmitri Stasovun ailəsində dünyaya gəlib. 6 uşaqdan beşincisi olub. Məşhur memar Vasili Stasovun nəvəsi idi. 13 yaşınadək evdə təhsil alıb, 1887-ci ildə birbaşa qadın gimnaziyasının 5-ci sinfinə daxil olub və cəmi 3 il sonra gimnaziyanı qızıl medalla bitirib. Həmin vaxtlarda inqilabçı qadın A. Kollontayla dostluq münasibətləri yaranıb. 20 yaşında V. İ. Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə tanış olub və hər ikisi fəhlələr üçün bazar məktəblərində çalışıblar. 1901-ci ildən "İskra" qəzetinin agenti olub. Sankt-Peterburqda, Oryolda, Moskvada, Minskdə, Vilnüsdə gizli partiya işi aparıb. 1905–1906-cı illərdə İsveçrədə mühacirətdə olub.
1906-cı ildə Finlandiyada silah, pul və partiya işçilərinin sərhəddən keçirilməsi ilə məşğul olub, elə həmin il də həbs edilib. 1907-ci ildə Qafqaza gəlib və 5 il Tiflisdə çalışıb. 1912-ci ildə Peterburqa gedib və valideynlərinin mənzilində həbs olunub. 3 il Yenisey quberniyasında sürgündə olub və Beya kəndindəki evində hələ də xatirə lövhəsi var. 1920-ci ildə Mərkəzi Komitə Stasovanı Bakıya göndərib və həmin il sentyabrın 9-dan 15-nə qədər Azərbaycan KP MK Rəyasət Heyətinin sədri olub.
1938–1946-cı illərdə "Beynəlxalq ədəbiyyat" jurnalının redaktoru olub. Müharibə illərində xarici dilləri bildiyi üçün cəbhəyə getmək istəsə də, icazə verilməyib.
1942-ci ildən ömrünün sonunadək Moskvada yaşayıb. 4 dəfə Lenin ordeni ilə təltif edilən Yelena Stasova 1966-cı ildə Yeni il axşamında Moskvada vəfat edib və Qızıl Meydanda dəfn olunub.
Əsərləri
redaktə- "Страницы жизни и борьбы". М., 1960. — [1]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Стасова Елена Дмитриевна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Историческая энциклопедия Сибири (rus.). / под ред. В. А. Ламин Новосибирск: 2009. ISBN 5-8402-0230-4