Yenikend Ses - Wikipedia
Yenikənd SES (tam adı: Yenikənd su-elektrik stansiyası) — Yenikənd su anbarı üzərində tikilib, Şəmkir SES ilə birlikdə kaskad yaradan su-elektrik stansiyası.[1]
Yenikənd su-elektrik stansiyası | |
---|---|
Yenikənd SES | |
Ümumi məlumatlar | |
Çay | Kür |
Sahibi | Azərenerji |
Status | işlək |
Tikilmə tarixi | 1984 |
İstismara verilib | 2000 |
İstismarçı | |
Əsas xüsusiyyətləri | |
İllik elektroenerji istehsalı | 3,78 milyard kVt·s |
Elektrik enerjisi gücü | 37,5 MVt |
Avadanlıq xüsusiyyətləri | |
Turbin tipi | Hidroaqreqat |
Yerləşməsi | |
40°55′46″ şm. e. 46°14′39″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | |
Rayon | |
Yer | Yenikənd |
|
Yenikənd su-elektrik stansiyasının tikilməsi üçün qərar prezident Heydər Əliyev tərəfindən hələ 1979-cu ildə verilmişdi.[2]
Təməli 1984-cü ildə qoyulan "Yenikənd" SES 2000-ci ildə istifadəyə verilib. O zaman hər birinin gücü 37,5 MVt olan 3 hidroaqreqat istismara verilib. 2003-cü ildə dördüncü hidroaqreqat işə qoşulmaqla müəssisənin gücü 150 MVt-yə çatdırılıb.[3]
Azərbaycanda iqtisadiyyatı, energetika və kənd təsərrüfatının inkişafında tikilən su anbarları və SES-lərin mühüm rolu vardır. Bu işdə Heydər Əliyevin yüksək fəaliyyəti danılmazdır. Yenikənd SES-in tikilib, istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə Heydər Əliyevin söylədikləri:
Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Yenikənd su-elektrik stansiyasının tikilib bu gün istifadəyə verilməsi, demək olar ki, həqiqətən, birinci belə böyük tikintinin başa çatması və istifadəyə verilməsidir. Mən "böyük" deyəndə, əlbəttə, onun Azərbaycan üçün, dövlətimiz üçün, millətimiz, xalqımız üçün əhəmiyyətini nəzərdə tuturam. Əhəmiyyəti isə ondan ibarətdir ki, Azərbaycanın energetika sisteminə əlavə 112 meqavat elektrik enerjisi daxil oldu. Bu tikintinin son hissəsi, yəni dördüncü turbini, aqreqatı quraşdırılıb başa çatandan sonra biz 150 meqavat elektrik enerjisi alacağıq.
Mən Yenikənd su-elektrik stansiyasının tikilib qurtarması münasibətilə sizi bir daha təbrik edirəm. Burada 1979-cu ildən başlayaraq bu su-elektrik stansiyasının tikilməsində və istifadəyə verilməsində əmək sərf etmiş, xidmət göstərmiş bütün vətəndaşlarımızın hamısının əməyini qiymətləndirirəm və hamıya səmimi qəlbdən təşəkkür edirəm. Layihəçilərə də, inşaatçılara da, quraşdırıcılara da, energetiklərə də - hamıya bu münasibətlə təşəkkür edirəm. [2] |
Texniki göstəriciləri
redaktə2011-ci il mart ayında “Şəmkir” və “Yenikənd” su elektrik stansiyaları (SES) üzrə 85 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Bu, proqnozdan 3 milyon kilovat-saat çoxdur.
2011-ci ilin birinci rübdə SES-lər üzrə 187 milyon kilovat-saat əvəzinə 192,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Bunun 129 milyon kilovat-saatı “Şəmkir” SES-in payına düşür.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycanda su-elektrik stansiyalarının böyük kaskadı elektrik enerjisinin istehsalını artırıb". 2016-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-31.
- ↑ 1 2 "Yenikənd su-elektrik stansiyasının açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 23 may 2000-ci il" (az.). https://lib.aliyevheritage.org. Archived from the original on 7 February 2023.
- ↑ 1 2 ""Şəmkir" və "Yenikənd" su elektrik stansiyaları üzrə istehsal artmışdır" (az.). https://azertag.az. 06.02.2023 tarixində arxivləşdirilib.
Xarici keçidlər
redaktə- ""Şəmkir" və "Yenikənd" su elektrik stansiyaları üzrə istehsal artmışdır" (az.). https://azertag.az. 06.02.2023 tarixində arxivləşdirilib.
- "Yenikənd su-elektrik stansiyasının açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 23 may 2000-ci il" (az.). https://lib.aliyevheritage.org. 07.02.2023 tarixində arxivləşdirilib.