Yevgeni Lansere - Wikipedia
Yevgeni Yevgeniyeviç Lansere (rus. Евге́ний Евге́ньевич Лансере́, 23 avqust (4 sentyabr) 1875[1], Pavlovsk[d], Sankt-Peterburq quberniyası[d][2] – 13 sentyabr 1946[2][3], Moskva[2]) — rus rəssamı.
Yevgeni Lansere | |
---|---|
Yevgeni Yevgeniyeviç Lansere | |
Doğum tarixi | 23 avqust (4 sentyabr) 1875[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 13 sentyabr 1946[2][3] (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam, professor, səhnə dizayneri, heykəltaraş, illüstrasiyaçı[d], qrafika ustası[d] |
Təhsili | |
Janr | portret |
Tələbələri | Apollon Kutateladze, Tamara Abakeliya |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏsl bədii klan – rus rəssamlığı, memarlığı, dekorativ-tətbiqi sənəti və kitab qrafikasının fəxridir. Lansere nəsli öz başlanğıcını Napoleon ordusu ilə Rusiyaya düşmüş və Borodino döyüşündə yaralanmış fransız Pol Lanseredən götürür. O, Rusiyada qalır, qrafinya fon Taube ilə evlənir və uşaqları olur. Yeri gəlmişkən, onun Rusiyada qalması ailənin özü üçün də çox əlverişli olur. Çünki Lansere XIV Lüdovikin qohumu idi, bu isə amansız fransız inqilabları zamanı nəslin kökünün kəsilməsinə gətirib çıxartdı.
Rusiyada isə hər şey başqa cür oldu.
Pol Lanserenin nəvəsi Yevgeni Aleksandroviç heykəltaraş-memar-rəssamlar sülaləsinin banisi oldu. O, Albert Kavosun nəvəsi (Bolşoy və Marinski teatrlarının memarı) və ondan heç də az məşhur olmayan memar Nikolay Benuanın qızı Yekaterina Nikolayevna Benua ilə evlənir.
Lansere-Benuanın evində yaradıcı mühit hökm sürürdü: burada hamı şəkil çəkir, yapma ilə məşğul olur, teatr və musiqi ilə maraqlanır, qohumlarla əyləncə məclisləri düzəldirdilər. Yekaterinanın üç qardaşı – Albert, Leonti və Aleksandr – tanınmış rəssamlıq tənqidçisi, incəsənət tarixçisi, ictimai xadim idi.
Yevgeni və Yekaterina Lanserelərin altı uşağı var idi, onlardan üçü çox məşhur idi: Yevgeni Yevgenyeviç, Nikolay Yevgenyeviç və Zinaida Yevgenyevna (ərlik familiyası Serebryakova).
Biz bu ailənin yalnız bir budağı – öz əsərləri ilə kitab işinə qiymətsiz incilər bəxş etmiş Yevgeni Yevgenyeviç haqqında danışacağıq. Məhz Yevgeni Yevgenyeviç kitabın bədii obrazının bir bölməsi kimi onun tərtibatının banilərindən hesab olunur. O, təkid edirdi ki, kitabın bütöv, tam obrazının yaradılmasında yalnız illüstrasiyalar deyil, tərtibatın bütün elementlərinin məcmusu mühüm rol oynayır: başlıq şəkli, kitab fəsillərinin axırında qrafik bəzək, ornament, kiabın səhifə nömrəsi. Ona qədər rəssamın əsas vəzifəsi ayrı-ayrı süjetlərə illüstrasiyalar çəkməkdən ibarət idi.
Rus rəssamları içərisində ilk dəfə olaraq Y. Lansere qrafik elementlərin düzgün harmoniyasını yaradaraq kitabın səhifə-səhifə maketini hazırlayıb. Bu yenilik nəhayətdə kitab qraqfiki ustalarının hamısının təcrübəsinə daxil oldu.
Y. Lansere hesab edirdi ki, kitabın bədii obrazını illüstrasiyalar deyil, məhz dekorativ tərtibat müəyyənləşdirir. O, kitabın başlanğıc və sonundakı şəkillərə daha məsuliyyətlə yanaşırdı, nəinki mətndəki hər hansı bir epizoda çəkilmiş illüstrasiyalara.
Kitabla daimi iş Lansereni nəşriyyat-poliqrafiya məsələlərinin dərinliklərinə nüfuz etməyə, çap texnologiyaları ilə məşğul olmağa və onun imkanlarını düzgün qiymətləndirməyə məcbur etdi. Yeri gəlmişkən, kitab tərtibatı nəzəriyyəsi baxımından yalnız görkəmli rəssam V.A.Favorskovu Y.Y.Lansere ilə yanaşı qoymaq olar.
Kitab qrafikası sahəsində Lanserenin ən yaxşı işi A.Benuanın “İmperatriçə Yelizaveta Petrovnanın hakimiyyyəti dövründə Çar Kəndi” və L.N.Tolstoyun “Hacı-Murad” və “Kazaklar” kitablarıdır.
Bu gün Yevgeni Yevgenyeviç Lanserenin varisləri – nəvələri Yevgeni və Yekaterina – ailənin yaradıcılıq ənənəsini davam etdirirlər. Yevgeni heykəltaraş, Yekaterina isə rəssamdır. Lansere-Benua-Serebryakov ailəsinin şəcərə ağacını araşdırarkən çox asanca görmək olur ki, ailənin üçdə bir hissəsi dahi, üçdə biri istedadlı, üçdə biri isə çox qabiliyyətli adlandırılıb. Varislər ailə ənənəsini çox dəqiqliklə davam etdirirlər. Onlar babalarının ev-muzeyini yaradıblar, böyük maarifçilik işləri aparır, onun ədəbi və bədii irsini sistemləşdirməklə, sərgilərin təşkili, kitabların nəşri ilə məşğul olurlar.
İstinadlar
redaktə- ↑ 1 2 The Fine Art Archive. 2003.
- ↑ 1 2 3 4 5 6 Лансере Евгений Евгеньевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Jewgeni Jewgenjewitsch Lansere // Brockhauz Ensiklopediyası (alm.).